Cənubi Qafqaz
Putindən Koçaryan sürprizi: Paşinyanı pis günlər gözləyir
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin hazırda həbsdə olan sabiq prezident Robert Koçaryanı Yeni il və Milad bayramı münasibətilə təbrik etməsi iki ölkənin münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir.
Publika.az xəbər verir ki, bu sözlər erməni siyasi şərhçi Akop Badalyanın Ermənistanın “Lraqir.am” xəbər portalında yerləşdirilmiş analitik məqaləsində yer alıb.
Müəllif qeyd edir ki, Rusiya Prezidentinin Koçaryandan ötrü Ermənistanla münasibətləri pozacağı ehtimalının az olduğunu iddia etsə də, Yerevanda baş verənlər bunun tam əksini göstərir. Məsələ bundadır ki, sabiq prezidentin vəkillərinin dekabrın 26-da onun haqqında həbs-imkan tədbirinin dəyişdirilməsi müraciətinə rədd cavabı verilib. Məhkəmədə bunu “hakimin vaxtının olmaması” ilə izah ediblər.
“Putin və Paşinyan Koçaryanın həbsi haqqında danıdımı? Paşinyanla görüşdən sonra Putin Koçaryanı təbrik etməsi demarş təəssüratı yarada bilər. Amma digər tərəfdən bu onu bildirə bilər ki, Putin öz dostu üçün yaxşı heç nə ala bilmədi və ona mənəvi dəstəklə kifayətləndi”, - Badalyan yazıb.
Ömər
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


