Cənubi Qafqaz
Qarabağ əməliyyatı ilə Azərbaycan dünyanı xilas etdi, BUNDAN SONRA... - Polkovnik
Bütün statistika və beynəlxalq qurumların silahlanmaya nəzarət orqanlarının verdiyi məlumatla bu gün Ermənistan ordusunun hərbi texnika sarıdan itkilərinin sayı üst-üstə düşmür. Hətta Ermənistandakı say digərini bir neçə dəfə üstələyir. Bu da onu göstərir ki, Ermənistan dövləti cürbəcür qanunsuz yollarla silahlandırılıb. Bu silahlar da işğal altında olan torpaqlara gətirilərək orada beynəlxalq nəzarət qurumlarından gizlədilib.
Bu fikirləri Publika.az-a müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.
Müsahibəni təqdim edirik:
- İşğaldan azad olunan Zəngilanın Azərbaycan ordusu üçün hansı strateji əhəmiyyəti var?
- Zəngilan Azərbaycan-Ermənistan sərhəd bölgəsi istiqamətindən yerləşən ən uzaq rayondur. Bu rayonunun işğaldan azad olunması o deməkdir ki, Azərbaycan İranla dövlət sərhədlərini tam bərpa etmək üzrədir. Həm də İrandan işğal olunmuş ərazilərə gələn yolların nəzarəti Azərbaycana keçdi. Ermənistan həmin ərazilərdən gələ biləcək hər hansı dəstəkdən məhrum qaldı. Zəngilanın nəzarətinin ələ keçirilməsi həmin istiqamətdən növbəti addımlar atmaq üçün geniş imkanlar verir. Düşünürəm ki, Azərbaycan Ordusu bu imkanlardan hazırda istifadə edir və növbəti uğurlar haqqında biz bu istiqamətdən məlumatlar alacağıq. Zəngilan azadlığının həm siyasi, həm daxili auditoriyaya, həm də düşmənə istiqamətlənmiş çoxlu əhəmiyyəti var. Buradan bizə aid olanı odur ki, Azərbaycan Silahlı Qüvvələrinin ruh yüksəkliyi daha da artır.
- Azərbaycan müdafiə sənayesinə illərdir ki, milyardlarla manat həcmində sərmayə qoyur, ən müasir silahlar alırdı. Bəzən bu faktlarla bağlı “hərbiyə xərclənən milyardlar hanı” tipli isterik suallar səsləndirilirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri bu sualların cavabını döyüş meydanında verirmi?
- Əlbəttə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı nəyin nə zaman ediləcəyini yaxşı bilir. Onun gördüyü işlərin nəticəsidir ki, Azərbaycan Ordusu müasir silahlarla silahlanıb və müasir tələblərə cavab verən hərbi əməliyyatları həyata keçirir. Biz görürük ki, Prezidentin tapşırıqları əsasında alınan silah-sursatlar düşmənin bütün hədəflərini məhv etməyə imkan verir. Deyərdim ki, bugünkü döyüş əməliyyatlarının planlaşdırılması şəxsi heyətdə minimum itkilərə gətirib çıxaracaq formada hazırlanıb və hərbi təchizatımız belə taktikanın qurulmasına imkan verib. Şəxsi heyət birbaşa təmasa girmədən düşmənin bütün atəş mövqeləri darmadağın olur.
- Ermənistanın qeyri-leqal formada silahlanmasına və işğal altında olan torpaqlara nəzarəti kimlər həyata keçirməli idi?
- Bu barədə Azərbaycan Prezidenti dəfələrlə beynəlxalq qurumlardakı görüşlərdə çıxış edib, bu məsələyə diqqət cəlb etməyə çalışıb. Bildirilib ki, Ermənistanın işğalında olan ərazilər nəzarətsizdir və orada demək olar ki, narkotik ticarətindən terrorçuların təşkilatlanmasına qədər bütün qanunsuz fəaliyyətlər mövcuddur. Qeyd edib ki, həmin yerlər beynəlxalq ictimaiyyətin diqqət və nəzarətindən kənarda qalıb. İndi də həmin ərazidə cənab Prezidentin dediyi bütün məsələlərin əksini tapdığını görürük. Bütün statistika və beynəlxalq qurumların silahlanmaya nəzarət orqanlarının verdiyi məlumatla bu gün Ermənistan ordusunun hərbi texnika sarıdan itkilərin sayı üst-üstə düşmür. Hətta Ermənistandakı say digərini bir neçə dəfə üstələyir. Bu da onu göstərir ki, Ermənistan dövləti cürbəcür qanunsuz yollarla silahlandırılıb. Bu silahlar da beynəlxalq nəzarət qurumlarından işğal altında olan torpaqlarda gizlədilib.
- Ermənistanın hazırkı daxili vəziyyətini necə dəyərləndirirsiniz? Nəzərə alsaq ki, baş nazir, müdafiə naziri və xarici işlər nazirlərinin verdiyi heç bir açıqlama digəri ilə üst-üstə düşmür və hətta ölkədə ikihakimiyyətliliyin hökm sürdüyü iddia olunur...
- Ermənistanın vəziyyəti bu zamana qədər acınacaqlı idi. İndi daha da acınacaqlı olub. Görünür, onlar vəziyyətə tam şəkildə nəzarət edə bilmir. Cəbhədə əməliyyat şəraitində nəzarət Azərbaycan silahlı Qüvvələrindədir. Əlbəttə, iqtisadi baxımdan ciddi itkilər verən hökumətin nəyəsə ümid etməyə imkanları çox azdır. Hansısa proseslər kənar qüvvələrin, erməni diasporlarının sayəsində həll olunur. Bu da onların vəziyyətinin daha da pisləşəcəyini və təminat məsələlərində problem yaranacağını göstərir.
- İşğaldan azad olunan ərazilər arasında Xudafərin körpüsünün strateji və tarixi əhəmiyyəti daha çox vurğulanır. Bu əhəmiyyət döyüşlər gedən müddət ərzində nəyi ifadə edir? 2016-cı ildə İranla Azərbaycan arasında bağlanan sazişin burada nə kimi rolu var?
- Vaxtilə imzalanmış bütün sazişlər indi Azərbaycana xidmət edir. Bundan sonra Azərbaycanın iqtisadiyyatı və iqtisadi siyasətinə uyğun olaraq addımlar atılacaq. Xudafərin körpüsü bizim üçün tarixi simvol, abidə kimi önəmlidir. Bu ərazilərin işğaldan azad olunması, həm xalqımızın, həm şəxsi heyətin Cənab Prezidentin bu əməliyyatları sona kimi aparacağına inamı böyük həcmdə artırdı.
- Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağla bağlı yerinə yetirilməmiş 4 qətnaməsi vardı. Azərbaycan əks-hücum əməliyyatları ilə həm də bu qətnamələrin reallaşdırılmasını təmin etdi. Gələcəkdə bunun Azərbaycan üçün üstünlüyü olacaqmı?
- Azərbaycan bu addımlarla, bəlkə də, dünyanı gələcək bəlalardan xilas etdi. Yəni heç bir işğalçı bundan sonra düşünməyəcək ki, onun aqressiyası cavabsız qalacaq, o, cəzalandırılmayacaq. Düşünürəm ki, Azərbaycan dövlətinin və Ordusunun apardığı mübarizə, ilk növbədə, beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qərarlarına hörmətsizlik edən tərəfi cəzalandırmaq və haqq-ədaləti bərpa etməyinə istiqamətlənib.
Zümrüd Kərimova
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO