Cənubi Qafqaz
Ermənistanda Paşinyana TƏLƏB QOYULDU
Erməni ziyalılarının 70 nümayəndəsi baş nazir Nikol Paşinyan və xalqa müraciət edib.
Publika.az xəbər verir ki, onlar bütün fikir ayrılıqlarından imtina etməyə çağırıb.
Ziyalılar baş nazirə konkret təkliflər təqdim edib. Onlar Ermənistan qanunvericiliyində nəzərdə tutulmuş və aydın səlahiyyətlərə malik xüsusi bir hərbi-siyasi qurumun yaradılması da daxil olmaqla, bütün mümkün həll yollarını müzakirə etmək tələbi irəli sürüblər.
Xatırladaq ki, bir neçə həftə əvvəl Ermənistanda 16 parlamentdənkənar partiya da hərbi-siyasi qərargahın yaradılması təklifi ilə çıxış etmişdilər. Lakin bu təklif hələ də cavabsız qalır. Bu prosesdə “Daşnaktsütyun” Partiyası lokomotiv rolunu oynayıb. Belə ki, ziyalılar Baqrat Yesayan tərəfindən hərəkətə gətirilib və mətn "Daşnaksütyun"un Ali Qurumunda yazılıb. Lakin ölkə rəhbərliyi və müxalifətin əsas siyasi qüvvələri buna qoşulmaqdan imtina ediblər. Təklif olunan məsələlər, o cümlədən Dağlıq Qarabağda Ermənistanın əleyhinə çevrilən durumla bağlı tərəflər arasında yekdil mövqenin olmadığı bildirilib.
Keçmiş hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov belə bir birliyin və səfərbərliyin mümkün olmadığını bildirib. Parlamentdəki “Çiçəklənən Ermənistan” fraksiyası isə Qarabağdakı məğlubiyyətə görə Nikol Paşinyanın liderlik etdiyi Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını açıqlayıb.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

