Cənubi Qafqaz
Qaxariya: "Hakimiyyət müxalifətlə danışıqlara hazırdır"
"Gürcüstan hakimiyyəti parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə danışıqlara hazırdır".
Publika.az xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxariya “İmedi” telekanalına müsahibəsində deyib.
O, hakimiyyətin danışıqlara hər zaman açıq olduğunu bildirib: “Gürcüstan seçiciləri doqquz partiyaya mandat verib. Onlar hakim partiyanın qarşısında da vəzifə qoyublar: ölkəni böhrandan çıxarmaq üçün danışıqlara başlamaq. Hakim qüvvənin məsuliyyəti ondan ibarətdir ki, müxalifətlə birgə ölkənin qayğısına qalsın və ölkəni böhrandan çıxarsın”.
Hökumət başçısı seçkilərdə nöqsanların olduğunu qeyd edib: “Onlar lazımı qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir”.
Qeyd edək ki, oktyabrın 31-də qonşu ölkədə keçirilən parlament seçkilərində deputat mandatları qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirirlər.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər





































