Cənubi Qafqaz
Gürcüstan hökuməti İSTEFAYA GETDİ - 1 həftə ərzində...
Gürcüstanın Baş naziri Giorgi Qaxariya istefa verib.
Publika.az-ın məlumatına görə, paytaxt Tbilisidə jurnalistlərə açıqlama verən Qaxariya ölkədəki ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın rəhbəri Nika Melianın həbs qərarı ilə əlaqədar komandası ilə fikir ayrılığına görə vəzifəsindən istefa etdiyini bildirib.
Melianın həbs qərarını tənqid edən Baş nazir ölkədə hazırda siyasi gərginliklərin yaşandığını və sözügedən qərarın gərginliyi daha da artıracağını söyləyib.
Gürcüstan Konstitusiyasına görə, hakim Gürcü Xəyalı Partiyası yeni baş nazir namizədi və yeni kabinet siyahısını 1 həftə ərzində Prezident Salome Zurabişviliyə təqdim etməlidir.
Baş nazirin istefasından sonra hökumət də tam tərkibdə həmin qərarı qəbul edib.
Qeyd edək ki, 20 iyun 2019-cu il tarixində 26-cı Pravoslav Parlamentlərarası Baş Assambleyasının iclasında Rusiya Kommunist Partiyasının üzvü və Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kreslosuna oturması minlərlə insan tərəfindən protest edilmişdi. Etirazçıları təhrik etdiyinə görə tutulan və daha sonra girov müqabilində sərbəst buraxılan Nika Melia girovu ödəmədiyi üçün yenidən saxlanılıb.
Zümrüd
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər





































