Cənubi Qafqaz
44 gün ərzində 5 mindən çox itki - Bu, Ginnesin rekordudur
“Hər kəsə aydındır ki, Ermənistan indi uçuruma yuvarladılmaqda davam edir”.
Bunu ölkənin sabiq baş naziri, "Vətənin qurtuluşu üzrə Hərəkat"ın namizədi Vazgen Manukyan deyib.
"Bu (İkinci Qarabağ müharibəsində -red) müharibədə 5 mindən çox əsgər itirdik. Bu, yəqin ki Ginnesin rekordu hesab edilə bilər ki, 44 gün ərzində 2,5 milyonluq xalq belə itkilərə malik olsun", - Manukyan qeyd edib.
Müxalif siyasətçi vurğulayıb ki, baş verənlərdən sonra Ermənistanda heç kim bu müharibə və onun dağıdıcı nəticələrinə görə məsuliyyətə cəlb edilməyib: "Bundan başqa, baş nazir elə xoruzlanır, sanki günahkar o deyil, kimsə başqasıdır”.
Manukyanın sözlərinə görə, Ermənistanın itkiləri təkcə müharibə ilə kifayətlənməyib. Ölkənin məhkəmə sistemi, təhsil sahəsi hücumlara məruz qalır. Atom Elektrik Stansiyasının bağlanılacağı deyilir.
“Dövlətimizi uçuruma yuvarladılır, bizim dövlət formal olacaq, hansı ki, müstəqilliyə malik olmayacaq, inkişaf etməyəcək", - o əlavə edib. (report)
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)