Cənubi Qafqaz
Ermənistan əhalisi yarım milyon nəfər azalıb - RƏSMİ STATİSTİKA
Ermənistanda növbədənkənar parlament seçkiləri kampaniyası dövründən əsas mövzulardan biri də emiqrasiyadır.
Ermənistan mətbuatı yazır ki, rəsmi statistikaya əsasən, müstəqilliyin əldə edilməsindən sonra ölkənin əhalisi yarım milyon – rəsmi olara 553 000 nəfər azalıb. Qeyd edilir ki, hazırda ölkə əhalisi 2,9 milyon nəfər təşkil edir. Təbii, bu say yalnız miqrasiyanın həcmini əks etdirmir, həm də əhalinin mənfi təbii artımının göstəricisidir.
Ermənistanın baş naziri vəzifəsinin icra edən Nikol Paşinyanın sözlərinə görə, ikinci Qarabağ müharibəsinin gedişatında ölənlərin sayı təxminən 3 700 nəfər təşkil edib.

2020-ci il ərzində emiqrasiya haqqında məlumatlara gəlincə, sərhədlərin bağlı olması səbəbindən bu göstərici praktik olaraq sıfır idi.
Amma rəsmi məlumata görə, cari ilin yanvar-mart aylarında Ermənistanı 127 338 vətəndaş tərk edib, ölkəyə 63 625 nəfər gəlib. Beləliklə, üç ay ərzində ölkədən 63 713 nəfər həmişəlik gedib. (report)
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO




































.jpg)

.jpg)