Cənubi Qafqaz
Gürcüstanda peyvənd olunan şəxs 10 min lari QAZANA BİLƏR
Gürcüstanda peyvənd edilən insanlar həvəsləndiriləcək və onlara lotereyalar vasitəsi ilə pul mükafatı veriləcək.
Publika.az "24News"a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın milli lotereya kompaniyası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, lotereya həm gündəlik, həm də həftəlik oynanılacaq və nəhayət, dekabrın 31-də final mərhələsi keçiriləcək.
Məlumata əsasən, hər gün 160-a yaxın mükafat oynanılacaq. Gündəlik 100-500 lari, həftəlik - 1000, 1500, 5000 və 10 000 lari məbləğində mükafatlar oynanılacaq. İlin sonunda yekun lotereya olacaq və bu mükafat fondu 100.000 lari təşkil edəcək.
Vətəndaşlar əldə etdiyi mükafat barədə məlumatları xüsusi olaraq yaradılmış stopcov.lotto.ge veb sayt vasitəsilə alacaqlar. Veb saytda qaliblər haqqında məlumatlar yerləşdiriləcək, qaliblərin adları və soyadının ilk hərfləri, istifadəçinin hansı peyvəndlə və hansı şəhərdə peyvənd edildiyi, həmçinin sifariş kodu göstəriləcək.
Qeyd edək ki, ümumi mükafat fondu 2.800.000 laridir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)





.jpg)

















.jpg)

.jpg)