Cənubi Qafqaz
Avropa İttifaqı Ermənistana yeni missiya göndərir
Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri noyabrın 27-29-da Ermənistana gələcəklər.
Publika.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün mümkün istiqamətlərin nəzərdən keçirilməsi, eləcə də Ermənistanın Aİ-Ermənistan Hərtərəfli və İnklüziv Əməkdaşlığının bütün potensialından necə istifadə edə biləcəyinin nəzərdən keçirilməsi məqsədilə Aİ-Ermənistan münasibətləri müxtəlif aspektlərdə müzakirə olunacaq.
Səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İnvestisiya Bankının (AİB) və Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyi olan "Frontex"in nümayəndələri Aİ Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələrinə qoşulacaqlar. .
Gələn nümayəndə heyətinin Ermənistan Respublikası hökumətinin yüksək vəzifəli nümayəndələri, həmçinin BMT və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşləri olacaq.
Səfərlə əlaqədar olaraq Avropa İttifaqı ilə Ermənistan Respublikası arasında investisiya koordinasiya platformasının işə salınması elan ediləcək.
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız
-
Hadisə00:27Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanalıq oldu - Yeniləndi
-
ABŞ20 May 22:32Tramp arzusunu açıqladı: 2032-ci ilə qədər...
-
Magazin220 May 22:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm20 May 21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Magazin120 May 20:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti




































