Cənubi Qafqaz
Ermənistan parlamentində əlbəyaxa davanın DETALLARI - VİDEO
Ermənistan parlamentində baş vermiş əlbəyaxa davanın təfərrüatları məlum olub.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, davaya görə müxalifət və hakimiyyət bir-birini ittiham edir.
“Ermənistan” fraksiyası hesab edir ki, dava spiker Alen Simonyan tərəfindən törədilib.
Davada iştirak edən “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyan bildirib ki, qarşıdurma birbaşa müxalifətin “erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan” qanun layihəsindən qaynaqlanır: “Spiker Simonyan vəziyyətə nəzarət edə bilmir”.
Onun fraksiya həmkarı İşxan Saqatelyan da Simonyanı ittiham edib. Bildirib ki, parlament rəhbəri harada olduğunu anlamadan təxribat törədir və onlar bunu cavabsız qoya bilməzdilər.
“Baş verənlər bizim (qondarma) “soyqırımı” layihəmizlə bağlıdır. Hakimiyyət bunu qəbul etmək istəmədiyi üçün hay-küylə insanları manipulyasiya edir. Qanun layihəsini dəstəkləməsələr, əminəm ki, belə olacaq, bir ay ərzində hakimiyyətin “soyqırımı” inkar etdiyi hər kəsə məlum olacaq”, - Saqatelyan bildirib.
Parlamentin dövlət-hüquq məsələləri komitəsinin sədri, hakim fraksiyanın deputatı Vladimir Vardanyan davanın “soyqırımı ilə bağlı qanun layihəsindən” qaynaqlandığını təkzib edib. Onun sözlərinə görə, insident müzakirə olunan layihəyə birbaşa aidiyyəti olmayan iraddan sonra baş verib.
Vardanyan əlavə edib ki, Ermənistan Cinayət Məcəlləsində “beynəlxalq ictimaiyyət tərəfindən tanınmış soyqırımı aktlarının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan 136-cı maddə var”.
Müxalifət isə bildirir ki, bu maddə ümumi kontekstdə soyqırımılara aiddir. Onların irəli sürdüyü qanun layihəsi isə (qondarma) “erməni soyqırımının inkarına görə konkret cəzanın verilməsi”ni əhatə edir.
Spiker Simonyan da parlamentdəki dava ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, hər şey müxalifət fraksiyası daxilindəki diskursla başlayıb.
“Mən Minasyandan əyləşməyi xahiş etdim, Danielyan isə ona əyləşməyi qadağan etdi. Bundan sonra “uşaq bağçasını” xatırladan hadisələr baş verdi”, - o bildirib.
Asif
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO


























.jpg)



.jpg)







