Stringer.az
Prezidentin oğlu koronavirusdan limon və zəncəfillə sağaldı - ŞOK AÇIQLAMA
Tanzaniya Prezidenti Con Maqufulinin oğlu limon və zəncəfillə koronavirusdan sağalıb.
Publika.az xəbər verir ki, bu iddia dövlət başçısının özü tərəfindən səsləndirilib.
Ölkənin Çato bölgəsindəki Evangelist Lüteran Kilsəsində çıxış edən prezident bildirib ki, oğlu koronavirusa yoluxduqdan sonra özünü ətrafdan təcrid edib, qaynamış bitkilərin buxarı, limon və zəncəfil istifadə edib və idmanla məşğul olub. Beləliklə, xəstəliyə qalib gəlib.
C. Maqufuli ölkədə son zamanlarda infeksiyanın yayılmasının səngidiyini, yaxın müddətdə məktəblərin yenidən açılacağını və ölkəyə bütün uçuşların bərpa ediləcəyini deyib.
Qeyd edək ki, koronavirus pandemiyası yayılandan bəri Tanzaniyanın dövlət başçısı xəstəliyə qarşı gördüyü təbii tədbirlərlə tez-tez gündəmə gəlir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı yaratdığı təəssüratı yıxmaq üçün ölkəsində müxtəlif siyasətlər yürüdən Maqufili virus testlərini yoxlayan laboratoryanın rəhbərini işdən çıxarmışdı.
O, laboratoriyaya gizli şəkildə insan adları altında heyvan, meyvə və yağ nümunələri göndərdiklərini, bir keçi və papaya bitkisinin testinin pozitiv çıxdığını açıqlamışdı.
Qeyd edək ki, Tanzaniya aprel ayının sonundan etibarən koronavirus statistikalarını yeniləyib xalqla paylaşmır.
Son rəqəmlərə görə, Tanzaniyada bu günədək 509 nəfər virusa yoluxub, 21 nəfər ölüb, 183 nəfər sağalıb.
Zümrüd
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



































.jpg)


