Tabloid.az
Yeniseydən yeni roman
Çoxsəsli roman janrında yazılan "Hərflərin vahiməsi"nin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir.
Publika.az xəbər verir ki, bu sözləri yazıçı Aqşin Yenisey deyib.
O bildirib ki, iqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqindədir.
Yeni kitabının yaxın günlərdə satışa çıxacağının müjdəsini verən yazıçı sözlərinə belə davam edib:
"O, seçim qarşısındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil.
Yaxın günlərdə kitab dükanlarında!"
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur








.jpg)

























.jpg)
.jpg)

