Tabloid.az
Ebru Elnurla sevincini belə bölüşdü
Bu gecə “O Səs Türkiyə” müsabiqəsində olan Elnur Hüseynovun qalib seçilməsi Azərbaycanda və qardaş ölkədə onun pərəstişkarları tərəfindən sevinclə qarşılanıb.
ANS PRESS-in məlumatına görə, müsabiqəyə qatıldığı ilk gündən səsi
ilə hamını heyran qoyan Elnur jüri seçimində Ebru Gündeşlə yolunu
davam etdirməyi seçmişdi.
Türkiyənin sevilən sənətçisinin komandasında həftələrlə yarışan
Elnur Hüseynov duel mərhələlərindən sonra, ən nəhayət xalqın seçimi
ilə finala qədər gəlib çıxmağı bacardı.
Burada ona sevənləri ilə yanaşı, sənətçi dostları, bir sıra
tanınmışlar, eləcə də komanda rəhbəri Ebru gündeş də yaxından
dəstəyini çatdırdı.
Xüsusən son final gecəsində də o, sosial şəbəkə izləyicilərini
Elnuru dəstəkləməyə çağırdı və qələbədən sonra onlar birlikdə
sevinclərini bölüşərək çəkdirdikləri fotoşəkli internetdə
yayımladılar.
Ebru Gündeşin “Tviter” mikrobloqunda yayımlanan fotoşəkildə çox sayda təbrik tvitləri yazılıb. Həmçinin "#GündesinOsesiELNUR" heşteqi tvitlənmə reytinqində 3-lüyə daxil olub.
Qeyd edək ki, "O səs Türkiyə"dəki ilk ifası ilə bütün Türkiyəni
heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq
finala qədər gəldi və ən nəhayət bu gecəki son buraxılışda mövsümün
birincisi seçildi.
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı

















.jpg)

















.jpg)


