Tabloid.az
Dırnaqları sürətlə uzadan və möhkəm edən qidalar hansılardır?
Bir qadın ən vacib aksessuarlarını əllərində daşıyır. Bu səbəbdən də dırnaqlarınızın baxımlı olması istifadə etdiyiniz aksessuarların daha gözəl görünməsi üçün vacib amildir. Bununla yanaşı, dırnaqlarınızı sağlam şəkildə uzatmaq asan başa gəlmir. Hər kəsin dırnaqları normal şərtlər altında ayda təxminən 1 millimetrə qədər uzanır. Ancaq bir sıra qoruma üsulları ilə dırnaqlarınızın daha sürətli uzanmasını təmin etmək mümkündür.
Dırnaqlar matris adı verilən və kütikülin altındakı sahədən böyüyür. Matris dırnaqların yaşayan hissəsidir. Kütikül isə dərinizin matrisini qoruyan hissəsidir və buna görə dırnaq sağlamlığı və dırnaq uzatmaq üçün olduqca əhəmiyyətlidir. Matrisinin içində yeni dırnaq hüceyrələri böyüdükcə, köhnə dırnaq hüceyrələri bayıra çıxmağa çətinlik çəkir və sərt bir hal alır.
Dırnaqların tez uzanması üçün onları mümkün qədər qorumalısınız. Nəyisə çıxartmaq, açmaq üçün dırnaqlarınızı istifadə etməməlisiniz. Məsələn, telefonunuzu istifadə edərkən və ya içkiləri açarkən dırnaqlarınız yerinə, barmaqlarınızdan yaxud da, hər hansı alətlərdən istifadə etməlisiniz.
Ev təmizliyində, ya da qab-qacaq yuyarkən əlcək geyinin. Bununla da, dırnaqların təmizlik zamanı həddən artıq suda qalaraq yumşalıb sınma riskini azaldarsınız. Bağçada bitkilərlə məşğulsunuzsa, deməli, dırnaqlarınız üçün infeksiya, quruma, təbii yağların itirilməsi kimi təhlükə var. Sözügedən təsirlərdən də ancaq əlcəklə qoruya bilərsiniz.
Əlləri lazımsız yerə və uzun müddət yumaq da, dırnaqlara zərər verir. Belə ki, dırnaqlar quruyub qırılır.
Kütikül dırnaq matrisini bakteriyalardan qoruyan bir baryerdir. Bu səbəblə kütikülləri kəsməkdən uzaq durmalısınız. Bununla bərabər kütiküllərin həddən artıq böyüməsi də dırnaqlarınızın uzanmasına mane olur, dırnaqlarınızı ilıq suda yaxşıca yumşaltdıqdan sonra kütikülləri geriyə doğru itələyin. Beləliklə, dırnaqlarınız ölü dəridən də təmizlənmiş olacaq.
Dırnaqlarınızın sürətli uzanmasına təsir edən amillərdən biri də dırnaq yonma əməliyyatıdır. Məsələn, dırnaqlarınızı kvadrat formasında yonursunuzsa, tez qırılmasına səbəb olur. Bu halda dırnaqlarınız daha gec uzanacaq. Dırnaqlarınızı dairəvi şəkildə yonmaq isə daha az qırılmasını və daha sürətli uzanmasını təmin edir. Bununla bərabər dırnaqları müəyyən fasilələrlə düzgün şəkildə yonmaq dırnaqlarınızın uzanmasını təmin edir.
Dırnaqların uzanmasına mane olan amillərdən biri də onları dişlərlə qırmaq vərdişidir. Dırnaqlarınızı yeməyin ki, onlar da vaxtında uzansın. Unutmayın ki, dırnaqlarınız yavaş uzanır və onlara verəcəyiniz zərərin təsiri aylarla keçmir.
Qidalanma tərzinizin də dırnaqlarınız üzərində təsiri böyükdür. Metabolizmin düzgün işləməsi və hüceyrə yenilənməsinin təmin edilməsi üçün lazımlı vitamin, mineral və yağların qəbul edilməsi vacibdir. Xüsusilə, səhv pəhriz saxlayan insanlarda qida çatışmazlığı ucbatından dırnaqların uzanması ləngiyir. A vitamini və kalsium çatışmazlığı zamanı dırnaqlar quruyur və daha tez qırılır. Sink çatışmazlığı zamanı dırnaqlarınızda ağ nöqtələr yaranır. Yetərli B12 qəbul edilmədiyi zaman isə dırnaqlarda həddindən artıq quruluq yaranır və dırnaqların rəngi tündləşir. Fındıq, kəpəkli taxıllar, buğda toxumu, dəniz məhsulları, süd və süd məhsulları, yumurta sarısı və soya lobyası yemək dırnaqlarınızın uzanmasında əvəzsiz ola bilər.
Gündə ən az 2 litr su içmək də dırnaqların uzanmasına müsbət təsir göstərəcək.
Lak təmizləyicini ayda iki dəfədən çox işlətməkdən uzaq durmalısınız. Lak çıxarıcı alan zaman tərkibindəki asetonun çox az miqdarda olmasına fikir verin. Dırnaq möhkəmləndirən vasitələrdən istifadə etmək də dırnaqların sağlamlığını qoruyur.
Əllərinizin nəmə ehtiyacı olduğu qədər dırnaqlarınızın da var. Ona görə də əllərinizə nəmləndirici krem çəkən zaman dırnaqlarınızı da unutmayıni və əlinizi yuduqdan sonra bu prosesi təkrar edin.
Dırnaqlar daim laklı qalmamalıdır. Dırnaqların “nəfəs alması” üçün vaxtlı-vaxtında lakları təmizləmək lazımdır. Bununla da dırnaqları getdikcə cansızlaşmaqdan, saralmaqdan qoruyar və tədricən uzanmasına mane olan ciddi səbəbləri aradan qaldırarsınız. Yadınızda saxlayın ki, həftənin bir neçə günü dırnaqlar mütləq laksız qalmalı və dırnaqların hava alması təmin olunmalıdır.
Uzun və gözəl dırnaqlara sahib olmaq səy və xüsusi diqqət tələb edir. Bu səbəblə səbirli olmalı və göstərilən texnikaları düzgüntətbiq etməlisiniz.
Dırnaqları necə möhkəmləndirməli?
Dırnaqlarınızın uzanması üçün onları möhkəmləndirmək də olduqca əhəmiyyətlidir. Bunun üçün isə dırnaq qoruyucu məhsullardan istifadə faydalı olacaqdır. Bir çox qadın bu məhsulları necə istifadə edilməli olduğunu bilmir. Əvvəla, dırnaqlarınız müəyyən bir gücə çatana qədər hər gün dırnaq qoruyucu məhsullardan istifadə etməlisiniz. Dırnaqlarınız güclənməyə başlayandan sonra, əgər istəyirsinizsə, lak istifadə etməyə başlayın. Burada diqqət etməyiniz lazım olan ilk məqam əvvəl dırnaq qoruyucu tətbiq etməkdir. Lakı isə daha sonra çəkməli və son mərhələdə yenə də təkrar dırnaq qoruyucu məhsulu çəkməlisiniz.
Güclü dırnaqlara sahib olmaq üçün onları mütəmadi olaraq kəsməlisiniz. Lakin hər hansı bir qayçı ilə deyil, dırnaq qayçısı ilə kəsməli və çox qısa kəsməməyə diqqət etməlisiniz.
Zeytun yağı, hindqozu yağı, badam yağı, kakao yağı, arqan yağı, çay ağacı yağı və ya jojoba yağı kimi təbii məhsulları dırnaqlara çəkmək də onları möhkəmləndirməyə kömək edir. Digər tərəfdən, C vitamini ehtiva edən limon və portağal qabığı ilə dırnaqları masaj etmək də dırnaqlarınızın qidalanmasını təmin edib onları qüvvətləndirəcək.
Bunları bilirdinizmi?
Dırnaqlarınız yay aylarında qış aylarına nisbətən daha sürətli uzanır.
Qadınların hamiləlik dövrlərini istisna etsək, kişilərin dırnaqları qadınlara nisbətən daha sürətli uzanır.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”