Sovet sirləri
Kosıgin: “Fidel gəlməlidir, şalvarıma ləkə düşüb” - FOTOLAR
SSRİ liderlərinin sadiq xidmətçisi...
"Kişilərin rəisə söyləmədiklərini qadınlar mütləq ağızlarından qaçıracaqlar"...
KQB-nin doqquzuncu idarəsinin podpolkovniki Aleksey Salnikov qırx il ərzində hökümət mühafizəsində xidmət göstərib. Bu müddət ərzində o, Xruşşovdan tutmuş Boris Yeltsinə qədər bir çox dövlət başçıları ilə çalışıb.
Beləliklə, podpolkovnik çalışdığı SSRİ liderlərinin vərdişləri,
özəllikləri barədə danışır:
Nikita Xruşşov istefaya gedəndən sonra onun bütün ətrafını, o
cümlədən, mühafizə işçilərini “təmizlədilər”. Onların arasında mən
də var idim...
Həmin ərəfədə haqqımda daha nələr danışmadılar. Guya Xruşşovun qızı Lena ilə evlənmək istəmişəm və guya SSRİ lideri də kürəkəni olmağıma etiraz etməyib.
Hər nə isə, Xruşşov gedəndən sonra mənim gələcəyim də qaranlıq idi. Nə olacağı bəlli deyildi... Bir neçə aydan sonra idarə rəisi Antonov gəldi. O, bizdə çalışan qadınlarla söhbət etməyi sevirdi. O düşünürdü ki, bütün lazımi məlumatları qadının dilindən almaq olar. Kişilərin rəisə söyləmədiklərini qadınlar mütləq ağızlarından qaçıracaqlar. Belə də oldu. Bir dəfə bir qadın Antonova dedi: “Bizdə Aleksey Salnikov var. O, uzun müddət Xruşşovla çalışıb , indi isə dərin ehtiyatdadır...”
Keçmiş kəşfiyyatçı söylənilənlərə dərhal reaksiya verdi və mən
bataqlıqdan çıxarıldım...
Beləcə, Kosıginin yanında çalışmağa başladım. Aleksey Nikolayeviç
məni Xruşşovun yanında çalışdığım vaxtdan tanıyırdı. Buna
baxmayaraq, o, mənə hələ tam güvənmirdi. Lakin zaman keçdikcə, mənə
öyrəşdi və etibar etməyə başladı. Məsələn, ezamiyyətdə olduğu
müddətdə, onun şəxsi əşyaları olan çamadanı yalnız mən aça
bilərdim. Orada nə axtarmalı olduğumu və nəyi hara qoyacağımı
bilirdim.
Bizim işimizdə mühafizə etdiyin şəxsin xarakterini, onun
vərdişlərini öyrənmək vacibdir. Məsələn, Aleksey Nikolayeviç
yanında çoxlu sayda adamın dolaşmasını heç sevmirdi. O öyrəşmişdi
ki, bütün işləri etibar etdiyi bir nəfər görsün. Ailəsi də bunu
bilirdi.
Bir dəfə belə bir hadisə oldu; Onun kostyumunu ütüləyirdim. Ütüləyib qurtardım. Kostyumu Aleksey Nikolayeviçə aparmağa hazırlaşdığım vaxtda mühafizə rəisinin müavini Nikolay Nikolayeviç Qorenkov daxil olub, kostyumu əlimdən aldı. Kosıginin qızı Lyudmila bunu görüb dedi:“Nikolay Nikolayeviç, məgər kostyumu sən ütüləmisən ki, aparırsan? Qoy kim ütüləyib, o da aparsın!”
Dövlət başçılarının həyatında hər xırda bir şey müəyyən məna
kəsb edir. Axı onlar öz ölkələrinin təmsil edirlər, kənardan onlara
baxıb ölkənin ümumi səviyyəsi haqda fikir yürüdürlər. Xırdalıqlar
isə kifayət qədər idi...
Bir dəfə Kubada idik. Kosıginin iqamətgahında Fidel Kastronu
gözləyirdilər. Birdən Aleksey Nikolayeviç kefsiz halda peyda olub
söyləyir: “Alyoşa, Fidel gəlməlidir. İşə bir bax, şalvarıma ləkə
düşüb”. Vəziyyəti dərhal dəyərləndirdim: “Gəlin, mən tez
təmizləyim!”
Şalvarını soyundu. Onu yaxşıca təmizləyib ütülədim. Kosıgin razı
halda şalvarı götürüb, səfər vaxtı onu müşayiət edən qızına:
“Alyoşamızdan bir dənədir, düzdür?” – söylədi. Lyudmila isə: “Hə,
əlbəttə. O, mənim də qayğıma qalır. Müxtəlif qəbul və ziyafətlər
zamanı paltarlarımı ütüləyir”. Odur ki, hər işin öhdəsindən gəlməyi
bacarmalı idim.
Bir hadisə də Kanadada baş vermişdi. Baş nazir Tryüdo ilə gəzinti
zamanı bir dələduz Kosıginin üstünə cummuşdu. Səfərlər zamanı
özümlə çox şey götürürdüm. Əfqanıstanda idik. Aleksey Nikolayeviç
kralla görüşə qara kostyum geyinəcəkdi. Ancaq şalvar ona böyük idi.
Kosıgin məndən: “Çiyin qayışın var?” – deyə soruşdu. Çamadanımda
hər ehtimala qarşı, çiyin qayışları da vardı. Baxmayaraq ki,
Aleksey Nikolayeviç heç vaxt onlardan istifadə etmirdi.
Sonradan Kosıginin həyat yoldaşı Klavdiya Andreyevna mənə dedi:
“Alyoşa, Aleksey Nikolayeviçi çətin vəziyyətdən çıxardığına görə,
çox sağ ol”. Deməli, Kosıgin ona hər şeyi danışmışdı.
Aleksey Nikolayeviçin yanında on beş il çalışdım. Təqaüdə çıxanda
mühafizə rəisi Karasev də getdi və Kosıgin tək qaldı. Ölümündən bir
neçə gün öncə o, məni yanına çağırdı: “Alyoşa, Karasevi əlimdən
alırlar. Köməkçisi də mənimlə çalışmaq istəmir. Mənimlə qalmağa
razısan? Biz səninlə gəzəcəyik, teatra gedəcəyik. Həmişə bir yerdə
olacağıq. Lyudmila Alekseyevna və ailənin bütün üzvləri də şad
olacaqlar”.
Açığı, bu səmimiyyət məni kövrəltdi. Mən dövlətə qulluqçusu idim, indi isə şəxsi mühafizəçi kimi çalışmalı olacaqdım. Ancaq bu mənim üçün problem deyildi. Fikirləşməyə də bir o qədər vaxtım yox idi, odur ki, düşünmədən: “Aleksey Nikolayeviç, mən razıyam!” – söylədim.
Aytən Cavanşir
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı