Sovet sirləri
SSRİ lideri: “Yanımda qal, heç yerə getmə” - FOTOLAR
SSRİ-nin içməyi və sayaqlamağı sevən rəhbəri...
SSRİ-nin müdafiə naziri Ustinovu SSRİ qəhrəmanı adına layiq görmüşdülər. 71 yaşlı Brejnev 70 yaşlı Ustinova mükafatı təqdim edir və deyir: “Qızının dünyaya gəlməsi münasibətilə səni təbrik edirəm”...
“Neyləmisiniz ona? İçirtmisiniz?”
Brejnevin Almaniya Federativ Respublikasında söylədiklərini isə heç dilə gətirmək istəmirəm...
Qırx il ərzində hökümət mühafizəsində çalışmış KQB-nin doqquzuncu idarəsinin podpolkovniki Aleksey Salnikov danışır:
Brejnevdən elə də xoşum gəlmirdi. Xruşşov və Kosıginlə yanaşı,
onunla da çalışmalı olmuşdum. İşimizin nədən ibarət olduğunu
bilirsiniz? Mümkün qədər gözəgörünməz olmaq, düz deyil? Ancaq
Brejnev mənə deyirdi: “Yanımda dayan və heç yerə getmə!”
Bax belə, o vaxtlar Brejnev artıq nə etdiyini, nə söylədiyini tam
dərk etmirdi...
Qəbulların birində, həmişəki kimi, onun arxasında dayanmışdım. Bu
yerdə Brejnev üzünü mənə çevirib soruşur: “Yaxşı dedim? Hər şey
qaydasındadır?” Qəbullar zamanı, xüsusilə, xaricdəki görüşlər vaxtı
publika müxtəlif idi, qonaqların arasında çoxlu sayda əcnəbi
kəşfiyyatçılar olurdu. Brejnev də iki dəqiqədən bir mənə müraciət
edirdi...
Yanına qaçıram, mənə nəsə deyir, hamı da elə bilir ki, mənə
hansısa informasiya ötürür. Əslində isə necə danışdığını soruşurdu,
bir növ xeyir-dua alırdı yaxud “orada hər şey yaxşıdır?” deyə sual
verirdi. İndi gəl, başa düş ki, nə demək istəyir...
Bəzən elə olurdu ki, o, nəinki pis danışırdı, həmçinin, sözləri də
qarışdırırdı. Belə bir misal deyim: 1978-ci il idi. SSRİ-nin
müdafiə naziri Ustinovu SSRİ qəhrəmanı adına layiq görmüşdülər.
Yetmiş bir yaşlı Brejnev 70 yaşlı Ustinova mükafatı təqdim edir və
deyir: “Qızının dünyaya gəlməsi münasibətilə səni təbrik edirəm”. O
vaxt onun yanında idim, ona görə, hər şeyi öz qulağımla
eşitdim.
Brejnevin Almaniya Federativ Respublikasında söylədiklərini heç
dilə gətirmək istəmirəm. Bircə onu deyə bilərəm ki, onun mühafizə
xidmətinin rəisi Ryabenko məndən soruşdu: “Neyləmisiniz ona?
İçirtmisiniz?” Mən sakit səslə cavab verdim: “ Xeyr, özü
içib”...
Mənim işimdə bütün nüansları nəzərə almaq gərək idi. Əgər yataq
otağındakı qrafini su ilə doldurduqdan sonra kimsə otağa daxil
olubsa, qrafindəki suya diqqətlə baxırdım. Su azalıb, yoxsa üstünə
əlavə olunub... Bəlkə, kimsə nəsə atıb... Üstəgəl, mühafizə etdiyim
şəxsin dərmanını içib-içmədiyinə də nəzarət etməli idim.
Xaricə səfərlərimiz zamanı qaldığımız iqamətgahda bütün izləri
silmək məcburiyyətində idim – xüsusilə, dərman qablarını,
ümumiyyətlə, tibbi ləvazimatların izi-tozu qalmamalı idi. Kəşfiyyat
hər yerdə işləyir axı. Adamlar zibil yeşiyinə qədər yoxlayırdılar,
təki “çar”ın hansı xəstəlikdən əziyyət çəkdiyini öyrənsinlər...
Hələ çalışdığım müddətdə tapdığım iynələrin sayını biləsiniz! Bir
dəfə Brejnevlə Finlandiyada idik. SSRİ liderinin yatması üçün
nəzərdə tutulmuş çarpayını yoxlamağa başladım. Yorğan təzə idi,
içindən iynə çıxdı. Amma çox güman ki, qəsdən qoyulmamışdı...
Nikita Serqeyeviçlə də bənzər hadisə baş vermişdi. Xaricdə səfərdə
idik. İqamətgahın eyvanında kiçik divan vardı. Divanın üstündəki
balışı yoxladım. Ordan da iynə çıxdı!
Andropov çox sadə insan idi, heç bir şıltaqlığı yox idi. Onunla işləmək demək olar ki, istirahət idi. Lakin sağlamlığı neçə vaxtdır ki, qaydasında deyildi, müalicə alırdı.
Andropov: “Lyoşa, xahiş edirəm, heç kimi yanıma buraxma”...
Andropovun ətrafındakı insanlar müxtəlif idi. Bir çoxları onunla
ünsiyyət qurmaq, yaxınlaşmaq istəyirdi. Onun isə həvəsi yox idi.
Bəzən o, mənə deyirdi: “Lyoşa, xahiş edirəm, heç kimi yanıma
buraxma”...
Yuri Vladimiroviç insanlarla yalnız iş yerində və bağ evində deyil,
digər məkanlarda da görüşürdü. Məsələn, hansısa akademik zəng edib
görüşmək istədiyini bildirirdi. Onu KQB-yə dəvət etməyəcəkdik ki!
Gizli mənzillərdə görüşürdülər. Mən onu müşayiət edirdim.
Səksəninci illərin ortasında məni şef-təlimatçı təyin etdilər.
Gəncləri öyrədirdim, yoxlayırdım. Sonra 60 yaşım tamam oldu,
düşünürdüm ki, məni təqaüdə yollayacaqlar. Amma belə olmadı, işdə
saxladılar...
Raisa Qorbaçova işimdən xeyli razı idi. Onun polit-büro üzvlərinin
həyat yoldaşları ilə görüşlərini mən təşkil edirdim.
Bir dəfə Raisa Qorbaçova mənə söylədi: “Mənim üçün kiçik gül
dəstələri düzəldin. 23 fevralda mühafizə işçilərini təbrik etmək
istəyirəm”.
On iki dəstə düzəltmək lazım idi. O vaxt isə indiki kimi deyildi
axı, gül tapmaq əsl problem idi. Lakin tapdım. Gül dəstələri
düzəltdim, bu dəfə onları bükməyə bir şey yox idi. Yeni Arbatdakı
“Güllər” mağazasına gedib xüsusi kağız aldım.
Səhəri günü Raisa xanım gülləri təqdim edəndə kağız əllərini çirkləndirdi. Çox narazı qaldı. Ola bilsin, o, həddindən artıq tələbkar idi. Səsini qaldırmağı xoşlayırdı. Polit-büro üzlərinin arvadlarına da qənaəti öyrədirdi. Təmtəraqlı süfrəyə qarşı idi; masada konfet az, üstəlik bahalı olmamamlıdır. Süfrəyə beş növ yox, bir-iki növ qəlyanaltı qoyulmalıdır. “Bədxərclik etməyin!” – söyləyirdi.
Ömrümün çox hissəsini onların həyatı ilə yaşamışam. Onlarla birgə uğurlarına sevinmişəm, uğursuzluqlarına məyus olmuşam. Oxuculara da demək istəyirəm: Yaxınlarınıza xırdalıqları unutmamağa yardım edin. Həyatımız məhz həmin xırdalıqlardan ibarətdir...
Aytən Cavanşir
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb