Əlində avtomat tutan gözəllərin SSRİ macəraları – FOTOLAR
Bizi izləyin

Sovet sirləri

Əlində avtomat tutan gözəllərin SSRİ macəraları – FOTOLAR

KQB-nin doqquzuncu idarəsinin keçmiş əməkdaşı xarici liderlərin SSRİ-yə səfərləri zaman gizli qalmış məqamlardan danışır...

Yuqoslaviya prezidentinin qaranlıq keçmişi ...

Keçən il Yuqoslaviyanın keçmiş prezidenti İosip Broz Titonun dul arvadı Yovanka Budisavleviç-Broz vəfat etdi. Yovanka və Titonu ilk dəfə SSRİ-yə səfərləri zamanı gördüm. SSRİ-dəki səfərinin proqramına nəzər salan Tito bir neçə saatlıq Omska baş çəkmək arzusunu dilə gətirdi.

Niyə Tito Omska baş çəkmək istəyirdi? Sən demə, onun keçmiş həyat yoldaşı orada yaşayırmış. Bunu araşdırdım: Vətəndaş müharibəsi zamanı Broz Omskda rus əsirliyinə düşür. Burada Palaqeya adlı gənc tibb bacısı ona qulluq edir. Titonun o vaxt 24 yaşı vardı. Qız İosiplə evlənir, ona oğul və qız övladı dünyaya gətirir.

Prezident olandan sonra Tito daha arvadını görməmişdi. Palaqeya uzun illər Stalin düşərgələrində “Yuqoslaviya kommunisti” kimi yaşayıb. Beləliklə, SSRİ-də səfərdə olarkən Tito Omskda yaşayan Pelaqayanın ünvanını öyrənir və ora yollanır. Prezidentin hazırkı həyat yoldaşı Yovanka ərinin Sibirdə kimin axtarışında olduğunu öyrənmiş, buna görə ondan incimişdi də. O, Omskda uşaq bağçasına baş çəkdiyi vaxt əri Tito keçmiş həyat yoldaşı və uşaqlarını ziyarət etməyə yollanmışdı. Prezident onların yanında bir saatdan çox olur. Sonradan aydın oldu ki, Tito onlardan Yuqoslaviyaya gəlməyi xahiş edib, onlar isə imtina ediblər. Sonra biz Titonun keçmiş həyat yoldaşına yardım etmək arzusunda olduğumuzu bildirdik. Amma o, ciddi, təvazökar və kübar qadın idi. O artıq həyatda deyil, uşaqları ilə də maraqlanmamışam...

Liviyalı diktatorunun avtomatlı gözəlləri...

Hər bir ölkə prezidentinin səfərinə hazırlıq həmişə çox ciddi olur. Ancaq sürprizlər də öz yerində...

1985-ci ilin 10 oktyabrında Müəmmar Qəzzafi SSRİ-yə səfər edir. Adətən, qonaq üçün nəzərdə tutulmuş əsas maşından əlavə, ehtiyat kimi daha bir maşın da olur. Mühafizə üçün ayrı maşın, təhlükəsizlik üçün qarşıdan gedən maşın və motosikletlər də ki öz yerində. Deməli, hava limanındayıq. Qəzzafi təyyarədən çıxır, yanında isə... beş gözəlçə - iki sarışın, iki qarabuğdayı və bir qaradərili! Hamısının əlində avtomat və pistolet. Onlar ərəb və bir neçə başqa dildə yazılmış “mühafizə” maşınına minməli idilər, amma qaydalara məhəl qoymayan gözəllər ehtiyat maşınına oturdular və silahlarını sanki pusquda dayanıbmış kimi maşının pəncərəsindən çıxardılar. Qorbaçova dərhal çatdırdılar. O isə sakitcə: “Qoyun getsinlər” - dedi.

Naməlum əsgərin qəbrini ziyarət etməklə yanaşı, Müəmmar Qəzzafi Mavzoleyə də baş çəkir, üstəlik sirkə getməyə də vaxt tapır. Sonradan Liviya rəhbərinə qara kürülü, şampanlı yemək-içmək də təşkil edirlər...

Riçard Niksonun təyyarə həyəcanı...

Amerikalılara SSRİ ərazisindən uçmağa icazə vermirdilər. ABŞ prezidenti Riçard Nikson SSRİ-yə gəlmək üçün Kiyevə uçmalı idi, vətəninə də Kiyevdən qayıtmalı idi...

Düzdür, Niksona bir yox, üç təyyarə təqdim edilmişdi. Çünki prezidenti düz 740 nəfər müşayiət edirdi! KİV, xidmətçilər, aşpazlar...

Nikson Moskvadan Kiyevə yollanır. İki təyyarə öncədən uçdu. Növbədə, prezidentin olduğu əsas təyyarə idi.

Beləliklə, Nikson uçmağa hazırlaşır, hökümət nümayəndələri onu yola salır, orkestr çalır. Təyyarəyə daxil olduq. Birdən ekipaj komandiri: “Uça bilmirəm, sağ motorda problem var!” – söyləyir. Kosıgin və aviasiya naziri Buqayev də təyyarəyə minib problemlə tanış oldular.

Kosıgin Niksona: “Cənab prezident, aviasiya prezidentimiz nasazlıq aşkar edib”. Nikson cavabında: “Onu mükafatlandırmaq lazımdır” dedi.

  • Nəyə görə?
  • Nasazlığı havada yox, burada aşkarladığına görə!

Hamı güldü. Kosıgin ondan ehtiyat təyyarəsinə minməyi xahiş etdi.

Hamı təyyarədən enir, yenidən alqışlar, orkestr... Nümayəndə heyəti yenidən sağollaşır...

ABŞ-ın dövlət katibi Henri Kissincer bizdən xahiş etdi: “Bütün bunlar olmayıb, danışdıq?” Əlbəttə! Növbəti gün səfərlə bağlı reportajlar dərc olundu. Təyyarə ilə bağlı isə heç nə!

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm