Xüsusi
Stiv Cobsun ən dəyərli mirası - ƏN VARLI İNSANDAN HƏYAT DƏRSİ
Ən böyük ixtirası onu gözümüzdə əvəzsiz edib. Lakin nəhəng sərvətinə, zənginliyinə baxmayaraq biz onu sadəliyinə görə sevmişik. Bəli söhbət ərəb əsilli “alma” kralı Stiv Cobsdan gedir.
Publika.az Stiv Cobsun ölüm ayağında ikən dünya sakinlərinə ünvanladığı məktubun mətnini təqdim edir.
“Mən biznes dünyasının zirvəsinə qalxmağa müvəffəq oldum. Hətta çoxları həyatımı uğurun mücəsimməsi kimi dəyərləndirir. Acı etirafda bulunmaq istəyirəm. İşim xaricində məni xoşbəxt edən məqamlar az olub. Zənginlik, var-dövlət həyatın alışdığım gerçəyinə çevrildi. İndi xəstəxananın bir küncündə uzanmışam. Anlayıram ki, bu günədək qürur mənbəyim olan ad-sanım mənə doğru irəliləyən ölümün yanında dəyərini tam itirib.
Həyatımı bir neçə saatlıq uzadan cihazın yaşıl işığına baxdıqca, ölümün səsini və tanrının nəfəsini duyuram.
Məni yaxşı dinləyin. İstəklərinizi gerçəklşdirmək üçün yetərli maddi duruma sahibsinizsə, mənəvi dəyərlərə daha çox zaman sərf edin.
Kimin üçünsə qurduğu münasibətlər, digərlərinə görə incəsənət həzzi, yaxud uşaqlıq arzuları...
Gündəlik qaçhaqaç bizi işimizin, ən pis halda biznesimizin köləsinə çevirir. Bu mənim də başıma gəldi. Mən də digərləri kimi unutdum ki, ən böyük zənginlik tanrının bizə bəxş etdiyi hisslərimizdir. Xəsisliyimiz ucbatından onu belə doğmalarımıza çox görürük.
Qazandığım pulları özümlə apara bilməyəcəm. Bu uzun yolda yeganə yol yoldaşım xatirələrimdir. Sevgi ən böyük məsafələri dəf etməyə qadirdir. Həyat hüdudsuzdur. Dilədiyiniz zirvələrə doğru yol alın. Ürəyiniz hara çağırırsa, ora gedin. Bütün bunlar öz əlinizdədir.
Pulunuz artdıqca sizə xidmət edənlərin sayı da çoxalcaq. Amma heç kim xəstəliyinizi canınızdan sovurub, vücudunda daşımayacaq. Odur ki, itirdiyimiz maddi dəyərləri yenidən əldə etmək, qazanmaq mümkündür. Bir daha tapmayacağınız yeganə mücəffər həyatdır.
İndiki yaşınızın heç bir önəmi yoxdur. Onsuz da bir gün hamımızın üzünə pərdə enəcək. Ən böyük xəzinəniz dostlarınıza, doğmalarınıza duyduğunuz məhəbbətdir.
Özünüzü qoruyun, insanların qayğısına qalın.”
Leyla Sarabi
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
































.jpg)