Xüsusi
Fransada Bayraq günü ilə bağlı MÖHTƏŞƏM TƏDBİR - FOTO
Şanlı bayrağımızın 100 yaşı ölkənin hüdudları xaricində də təntənəli şəkildə qeyd olunub. Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə, 9 Noyabr 2018-ci il tarixində ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayevin dəstəyilə Fransanın Lion şəhərində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəsmi təqdimat gecəsi keçirilib.
Publika.az xəbər verir ki, tədbirin ikinci hissəsi gənc cazmen Etibar Əsədlinin caz-muğam konserti ilə davam edib.
Tədbiri Lion şəhərinin 6-cı rayonunun mədəniyyət məsələləri üzrə müşaviri xanım Mari-Jozef Barni dö Romane açaraq Azərbaycan haqqında qısa məlumat verib. İlk dəfə meriya binasında Azərbaycanı təmsil edən cazz-muğam konsertinin keçirilməsinin təşkilində iştirak etdiyi üçün məmnunluğunu dilə gətirib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Fransadakı səlahiyyətli səfirinin təmsilçisi Vaqif Ağayev çıxış edib. Azərbaycan Demokratik Respublikasının 100 illiyi haqda, Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanınmasında Heydər Əliyev Fondunun müstəsna fəaliyyətindən danışıb. Həmçinin folklorumuzun incisi muğam sənəti barədə məlumat verib.
Daha sonra Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova tədbir iştirakçılarını salamlayaraq assosiasiyanın 2018-ci ilin may ayında yaranmasına baxmayaraq qısa müddətdə görülən işlərdən tədbir iştirakçılarına məlumat verib. Assosiasiyanın əsas məqsədinin Azərbaycanı, Fransanın regional rəsmi idarəetmə orqanları ilə birlikdə müştərək layihələrlə tanıtmaq olmasını vurğulayıb. Eyni zamanda, Azərbaycanın Dövlət Bayrağı Gününün 100 illiyindən və Azərbaycan mədəniyətinin zənginliyindən söz açıb.

Bayrağımızın işığına toplaşanlar arasında Azərbaycan Respublikasının Fransadakı səfirliyinin əməkdaşları, Türkiyənin Lion şəhərindəki Baş Konsulu, Monteneqro və Danimarkanın fəxri konsulları, habelə Lion şəhərin sakinləri, fransız ictimai-siyasi xadimləri olub.
Qeyd edək ki, Lion Fransanın üçüncü böyük şəhəridir. Burada illərlə Azərbaycan və ölkənin mədəniyyəti ilə bağlı heç bir tədbir keçirilməyib. Onu da nəzərə almaq lazımdır ki, Lion şəhərinin hazırkı merinin müavini, erməni soyqırımının tanınmasının ən parlaq dəstəkçisi olan Corc Kəpənəkyandır. Belə bir şəhərdə Azərbaycan icmasının rəsmi təşkilatının fəaliyyət göstərməsi və Lion şəhərinin mərkəzində, dövlət binasında ölkəmizlə bağlı tədbirin keçirilməsinə nail olmaq çox təqdirəlayiqdir. Bu tədbirin əsas məqsədi erməni lobbisinin və diaspora təşkilatlarının ən güclü olduğu bir coğrafi məkanda milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasıdır.

Tədbirin sonunda Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel xanım çıxış edərək hər kəsə tədbirdə iştirakı və dəstəyi üçün minnətdarlığını bildirib. Tədbiri yüksək maraqla qarşılaşan xanım Mari-Jozef Barni dö Romane öz növbəsində bundan sonra Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının tədbirlərinə daha da yaxından dəstək verəcəklərini vurğulayıblar.
Leyla Sarabi
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?













.jpg)







.jpg)
.jpg)















