Oğluna qarşı şok hərəkət edən Maykl Cekson haqda TÜKÜRPƏDƏN FAKTLAR - İNANILMAZ VİDEO
Bizi izləyin

Xüsusi

Oğluna qarşı şok hərəkət edən Maykl Cekson haqda TÜKÜRPƏDƏN FAKTLAR - İNANILMAZ VİDEO

(II hissə)

Yazının birinci hissəsini buradan oxuya bilərsiniz.

Elə həmin il kral “Strainger in Moscow” mahnısını da lentə alır. Maykl dünyanın bütün qlobal problemlərinə qarşı mübarizə aparırdı. Hətta öz dumanında boğulan ekologiya da onun diqqət mərkəzində idi. “Earth song” yəni, "Yer" mahnısı klipi ekranlara gəlir. Klipi klip edən fantastik özəlliyi isə o idi ki, çəkilişlər 4 qitədə aparılmışdı.

Publika.az-ın bildirir ki, yerin mahnısı dünyanın bütün problemlərinə həll yolları axtarırdı.

Bu aralar Mayklın sevimli bacısı Cenet də istedadını kəşf edir. Qardaşı ilə birgə duet oxumağa başlayır.

2009-cu ildə Maykl dünya qastroluna çıxır. Bütün Yer kürəsinin sakinləri onun gəlişini elə gözləyirlər ki, təşkilatçılar proqrama 40 konsert də əlavə edirlər.

Elə bilirsiniz, Maykl Cekson tək müğənni, bəstəkar, rəqqas və ştatların şöhrət ordenli xalq artisti idi? O, həm də istedadlı aktyor kimi filmlərdə çəkilirdi. Kralın iştirakı ilə düz 20 film ərsəyə gəlmişdi. Yəqin onun “Qara geyimli adamlar 2” filmindəki unudulmaz obrazını da xatırladınız. Xatırlamadınızsa, gedin, filmə baxın...

Kral ayvarı addımlarla zirvəyə ucaldıqca, cibləri də ağırlaşırdı. Bitməyən pullarını plastik cərrahların güzəranına xərcləyirdi. 80-ci illərdən başlayaraq kralın zahiri get-gedə ağarmağa başladı. Dəri bəyazlaşdıqca, burun kiçilir, dodaq dəyişir, yanaqlar dolğunlaşırdı. Günlərin bir günü Maykl elə dəyişir ki, gur saçlı, enli burunlu qəhvəyi oğlandan əsər-əlamət qalmır.

Картинки по запросу michael jackson

Bu transformasiyanın bir səbəbi də dünyanın çirkin qanunları, iyrənc rasizm idi.

Çoxumuz düşünürük ki, uşaqlıqdan bəri atasının işgəncələri azmış kimi, yaşadığı cəmiyyət də onun xəyallarını zorlamışdı. Sırf afroamerikalı olduğu üçün ilk illər heç bir televiziya kanalı onu efirə buraxmırdı. Odur ki, Maykl kral zirvəsinə qalxdıqca, anlayırdı ki, çoxlarının gözündə qara kölədən başqa dəyəri yoxdur.

Amma Mayklın özü sadaladığım faktları inkar edirdi. Dərisinin bəyazlığını piqment pozğunluğu ilə əlaqələndirirdi. Uzunmüddətli stressdən, gərginlikdən irsən keçən vitiliqo xəstəliyinə yaxalandığını bildirirdi. Dərisindəki piqment ləkələri kralın sözlərinə sübut idi. Konsert proqramlarında Maykl vücudunun ləkəli hissələrini qəhvəyi kremlə qrimləyirdi. Sonra ağ dəliklərin sayı daha da artdı. Odur ki, müğənni ağ qrimə boyanmağa başladı. Bu xəstəlik kralı günəşdən məhrum edir. O, daim bağlı geyinir, şlayapa, çətir və gün eynəyi il boyu əlindən düşmürdü. Üz əməliyyatını isə Pepsinin reklamı müddətində baş verən yanğın zamanı başından aldığı zədə ilə əlaqələndirirdi. O, sadəcə 3 əməliyyatı rəsmi təsdiqləyirdi. Digər dəyişiklikləri isə yaş və vegetarianlığa keçidə bağlayırdı. Həkimlər isə dodaqlarını naziltdiyini, alnını qabartdığını yanaq və gözaltı hissələrini dəyişdirdiyini iddia edirdilər. 2000-ci ilin əvvəlləri Maykl hər yerdə tibbi maska ilə peyda olurdu. Şayiələr yayıldı ki, kralın burnu çürüməyə başlayıb, və əməliyyatla bərpa etdirməyə çalışır. Bir müddət sonra kral yayılan söz-söhbətə son qoyaraq məlum vəziyyəti allergiya ilə əlaqələndirdi.

Amma kralın yalanı yeriyə bilmir. Az keçmir ki, burnunu əməliyyt edən cərrah mediaya açıqlama verərək, onun nəfəs alma qabiliyyətini də itirmək təhlükəsi ilə üz-üzə qaldığını bildirir. Əməliyyatın səbəbini də bununla əlaqələndirir.

Ümumiyyətlə, kralın həyatı yaradıcılığından daha çox müzakirə olunurdu. Jurnalistlər, fanatları yemədən, içmədən yatmadan onun addımlarını izləyirdilər. Səhnələrin ən qalmaqallı sənətçisi də Maykl özü idi.

Hətta sizə onun haqda tükürpədən bir əhavalat danışmaq istərdim.

2002-ci ildə kralın oğlu dünyaya gəlir. Körpəsi və xanımı ilə birgə Berlinə gedir. Alman fanatları qaldığı otelin önündə izdiham yaradırlar. O, isə körpəsi ilə birgə dördüncü mərtəbədə yerləşən nömrəsinin eyvanına çıxıb uşağı çox təhlükəli vəziyyətdə havada saxlayır. Fanatlar kumirlərini görməyin heyrəti ilə onun vəhşi hərəkətinin şoku arasında azıb qalırlar.

“Qayğıkeş” atanın görüntüləri bütün dünyaya yayılandan sonra, kral çıxıb açıqlama verir və hərəkətini izahı olmayan böyük yanlış adlandırır. Amma təəssüf ki, kralın ən böyük qalmaqalı körpə şahzadəsinə qarşı etinasızlığı ilə bitmir. Bir müddət sonra onu yetkinlik yaşına çatmayan uşaqları zorlamaqda təqsirləndirirlər. Kralın yaradıcılığına ən ağır zərbəni də bu qalmaqal vurur.

Hələ 1993-cü ildə Cekson 13 yaşlı Cordan Çandlerə intim yaxınlıq təklif edir. Cordan yaşca kiçik olsa da, Mayklın yaxın dostu idi. Onlar birgə çox zaman keçirdirdilər. Bir müddət sonra uşaqın atası kralı məhkəməyə verir. Şikayət ərizəsində müğənninin oğluna cinsiyyət orqanına toxunmağı təklif etdiyini bildirir. Lakin məhkəmə prosesində kral Çandler ailəsinə 22 milyon dollar təzminat ödəyərək həbsdən yaxa qurtara bilir.

Картинки по запросу jordan chandler

10 il sonra Maykla qarşı növbəti cinayət işi qaldırılır. Bu dəfə də 13 yaşlı Hevin Arvizonun valideynləri kralı həbsə saldırmağa çalışırlar. Onlar övladlarının digər azyaşlılarla birgə Ceksonun yataq otağında birgə yatdığını iddia edirdilər. Hətta müğənninin həddi-buluğa çatmamış bu uşaqlara spirtli içki verdiyi, sonra isə zorladığını bildirirdilər.

Kran ünvanına yağan ittihamları geri çevirərək, ailənin addımını ondan pul qoparmaq məqsədi güddüyünü bildirdi. 4 ay davam edən məhkəmə 2200-dən çox informasiya qurumu, telekanal hadisələrin gedişatını işıqlandırır. 2005-ci ildə məhkəmə son qərarını verir, sübut olmadığı üçün Cekson qalib gəlir.

Lakin vəkillərin cibinə axan pullar hesabına qazanılan qalibiyyət çox sürmür. Kral tez-tez ciddi xəstəliklərə düçar olur və güclü antidepressantlar qəbul edir. Müğənni dünyadan köçəndən sonra Cordan Çandler etiraf edir ki, kral onu heç vaxt intim münasibətə təşviq etməyib. Atası pul xatirinə müğənnini tələyə salmaq istəyib, sonra isə intihar edib.

МайкÐ

Maykl başgicəlləndirən şöhrətdən şəxsi həyata da vaxt tapırdı. O, 1994-cü ildə əfsanəvi Elvis Preslinin qızı Liza Mariya Presli ilə dünya evinə girir. Amerikanın ən məşhur iki musiqiçi ailəsinin izdivacına hərə bir don geyindirməyə başlayır. Lakin ulduzların ailəsinin ömrü 1 il yarımdan çox olmur. Bir neçə ay sonra kral Debbi adlı tibb bacısı ilə rastlaşır. Ondan da iki övladı dünyaya gəlir. Berlində başına oyun gətirdiyi körpə də Debbidən olan oğludur.

5 ildən sonra Maykl ikinci arvadını da əlcək kimi soyunur.

İki övlad Maykla az gəlirdi. Odur ki, 2002-ci ildə kralın surroqat anadan 3-cü uşağı dünyaya gəlir.

2012-ci ildə kralın Uitni Hyustonla da eşq yaşadığı bəyan olunur. Hətta deyilənə görə, Uitni Maykla elə aşiq olur ki, ona ərə getmək sevdasına düşür. Lakin Maykl rəsmi nikahdan qaçdığı üçün sevgilsinin arzusunu ürəyində qoyur. Bu gün Mayklın övladları da incəsənət sahəsindədirlər. Oğlu Maykl Cozef televiziyada çalışır. Yeganə qızı isə aktrisadır. Surroqat anadan doğulan ən kiçik övladı ixtisas seçimi etməyib. Atasının qaraşın vaxtlarına eynən bənzəyən kiçik oğlu Maykla çox bənzəyir. Kralın pərəstişkarları onun atasının yolu ilə gedəcəyinə ümid edirlər.

Картинки по запросу deti maykla djeksona

Kralın ölümü də həyatı qədər hüzünlüdür. Qəbul etdiyi dərmanların təsirindən sürətlə arıqlayan Maykl son günlərində elə həddə çatmışdı ki, dərisinin altında rəqs edən sümükləri görünürdü.

2009-cu ilin iyun ayında kral Los Ancelesdəki evində gözlərini o dünyaya əbədi açır. Ölüm səbəbi olaraq yüksək dozalı ağrıkəsici dərmanlar içdiyi bildirilir. Odur ki, kralın müalicəsini üzərinə götürən həkim öncə tibbi lisenziyadan məhrum olur, sonra isə 4 il azadlıqdan məhrum edilir.

Kralın ölümü dünyanı sarsır. Yüzlərlə musiqiçi onun ölümünə bəstələr həsr edib, klip çəkdirirlər.

Cekson Los Ancelesdə torpağa tapşırılır. Ölüm xəbəri internet portallarında elə sürətlə yayılır ki, hətta şəbəkələrdə tıxac yaranır.

Hələ də milyonlarla fanatı kralın ölümünə inanmaq istəmir. Onun bir gün qayıdacağına ümid edirlər. Onlar iddia edir ki, müğənni şöhrətdən, qalmaqallardan uzaqda rahat yaşamaq istəyir. Bəli, bəli nəfəs almaq deyil, havanı ciyərlərinə acgözlüklə doldurub özü üçün yaşamaq...

Gəlin, etiraf edək ki, bu dünya dahilərin cəhənnəmidir.

Mayklın dəfn mərasimində tabutun qapağı bağlı qalır, bundan əlavə polislərə yoxlanışa icazə verilmir. Heç ailəsi də kralın DNT analizlərini tələb etmirlər. Qəribə deyilmi?

Həm də fanatlar iddia edirlər ki, kralın ölümü barədə xəbərlər sağlığında da dəfələrlə aləmə yayılmışdı. Ölümündən sonra Mayklın bütün şəxsi əşyalarını gizli auksionda əsrarəngiz kolleksiyaçı alır, onun biznesini isə heç kimin tanımadığı dostu idarə edir. Həmçinin insanlar krallarını dəfələrlə İngiltərə və Meksika küçələrində gəzib dolaşan görüblər.

İqtisadi şərhçilərə görə isə kral bu addımı artan borclarından və haqqında gəzən şayiələrdən qurtulmaq üçün atıb. Axı Mayklın ölümü albomlarına olan tələbatı 10 qat artırdı, çıxış edə bilməyəcəyi 50-dən çox konsertin satılmış biletlərinin pulu geri qaytarılmadı.

Bəli, bu gün Kral Maykl dünyadan köçən ulduzlar arasında ən varlısıdır.

МогиÐ

Milyonlarla izləyicisi olan instaqram səhifəsi də var. Amma gəlin hesab edək ki, bu səhifə kralın sevənləri tərəfindən idarə olunur.

Sizi bilmirəm, Kral Cekson mənim uşaqlığım, musiqi zövquümü formalaşdıran pop nəhənglərdən biridir. Cismi yer üzündə gəzsə də, gəzməsə də tez-tez dinlədiyim möhtəşəm mahnılarında yaşayır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm