Tatlısəsi sağaldan azərbaycanlı xanım həkim HƏR ŞEYİ AÇDI: Onunla tanış olanda... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Tatlısəsi sağaldan azərbaycanlı xanım həkim HƏR ŞEYİ AÇDI: Onunla tanış olanda... - MÜSAHİBƏ

Məşhur müğənni İbrahim Tatlısəsə loqopedik dərslər verən azərbaycanlı doktor Esmira Kazımova Publika.az-a eksklüziv müsahibə verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Esmira Kazımova müsahibəsində Tatlısəslə tanışlığından və onunla keçirdiyi günlərdən söz açıb.

Həmin müsahibəni təqdim edirik:

- Esmira xanım, özünüzü oxucularımıza təqdim edin...

- Esmira Kazımova, 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Defektologiya Fakültəsini bitimişəm. 2016-cı ildə Saratov Dövlət Universitetinin Loqopediya Fakültəsində magistr təhsili almışam.

Hazırda 11 saylı xüsusi-yardımçı məktəbin müəllimə defektoloq-loqopedi, “Nitq inkişaf mərkəzi”nin rəhbəri və “Autizm” qəzetinin baş redaktoruyam. Hazırda analıq məzuniyyətindəyəm. Bununla yanaşı, Türkiyə Disleksiya Vəqfində çalışıram. Eyni zamanda, İzmir Nartane Reabilitasiya Özəl Mərkəzinin məsləhətçisiyəm.

- Neçə müddətdir Türkiyədə fəaliyyətdəsiniz?

- 2015-ci ildən Türkiyə Disleksiya Vəqfi quruculuğunda çalışıram. Ara-sıra seminarlarda iştirak edirəm. Oğlum burada təhsil alır. Ona görə də hələ ki burada yaşayırıq. Qızım da burada dünyaya gəlib. Hələ ki, Türkiyədə yaşamaq üçün 3 il vaxtımız var.

- Məşhur müğənni İbrahim Tatlısəsə loqopedik dərslər vermək xəbəriniz xeyli diqqət çəkdi. Onunla tanışlığınız necə baş tutdu?

- İbrahim bəylə ortaq tanışımız var idi. Onun vasitəsilə müğənninin İzmirdəki restoranına getmişdim. Loqoped olduğumu biləndə mənimlə yaxından maraqlandı. Onunla tanış olanda qızıma hamilə idim. Buna görə də həmin vaxt ona loqopedik dərslər vermək təklifini qəbul edə bilmədim. Daha sonra mənə şəxsən zəng etdi. Məni araşdırmışdı. Təklifini məmnuniyyətlə qəbul etdim.

Daha sonra evinə getdim. Məni çox gözəl qarşıladı. Müayinə etdim, problemlərini soruşdum. İlk başda terapiyasının çox uzun çəkəcəyini düşünürdüm. Lakin İbrahim bəyin əzmkarlığı, çalışqanlığı sayəsində bu işin öhdəsindən cəmi bir aya gəldik. Kaprizli bir insan deyil, ona verilən tapşırıqları olduğu kimi yerinə yetirirdi. Gözlədiyimdən də artıq, mükəmməl insandır. Bizim tanıdığımız imperator deyildi, lakin özünü imperator kimi aparırdı. Mədəni, mərifətli insandır. İşimiz bitdikdən sonra yoxlanış üçün arada zəng edirəm.

- Dərsləriniz hansı aralıqda baş tuturdu?

- Başlanğıcda səhər və axşam olmaqla, beş gün ardıcıl getdim. Daha sonra həftədə üç dəfə iki saat, bir saat yarım olmaqla dərslərimiz oldu. Dil masajı etdik, loqopedik dərslər keçdik.

- Tatlısəsin nitqi ilə bağlı nə kimi problemləri vardı?

- Özünün də dediyi kimi, əvvəl bir sözü iki dəfə təkrarlamaq məcburiyyətində qalırdı. Dili dönmürdü. Bu da onun keçirdiyi ağır travma ilə bağlı idi. İstədiyi fikri yaxşı tələffüz edə bilmirdi. Danışıq səsi istədiyi səviyyədə çıxmırdı. Danışdıqca isə yorulurdu.

- Bəs ödəniş necə, bu mövzuda necə razılığa gəldiniz?

- Özünə də demişəm. Onun kimi bir şəxsiyyətlə işləmək mənim üçün qürurdur. Onun restoranına anamın arzularını gerçəkləşdirmək üçün getmişdim. Anamın ən böyük xəyalı İbrahim Tatlısəsi görmək idi. Anamın o duaları, arzuları qarşısında mən İbrahim bəydən heç nə tələb edə bilməzdim. Şəxsən özüm dedim ki, o barədə heç söhbət də açılmasın.

- Bəs İbrahim bəydən başqa məşhurlarla işləmisinizmi?

- Bəli işləmişəm. Lakin onların icazəsi olmadan kimliklərini açıqlaya bilmərəm. Ancaq Azərbaycanda məşhurların övladları, nəvələri ilə işlədiyim olub.

- Demək ki, İbrahim bəy icazə verib?

- Bəli. Uşaqlıqdan onun səsinin xəstəsiyəm. Özü də mənə hocam deyirdi. Baxmayaraq ki, onun qızı, hətta nəvəsi yaşdayam. Bununla belə heç vaxt adımı demirdi. Onunla ilk dəfə görüşəndə çox həyəcan keçirdim. Çünki hər adamı bəyənmir. Hər loqopedlə işləmir. İşlədiyi adamları isə özü seçir. İlk baxışdan insanı tanıyan potensialı var.

- Esmira xanım, yaxın gələcəklə bağlı hansı planlarınız var?

- 15-16 dekabr tarixlərində Kanada, Amerika, Makedoniya, Türkiyə, Qazaxıstan kimi ölkələrin nümayəndələri ilə seminarımız olacaq. Mən həmin seminarda Azərbaycanı təmsil edəcəyəm. Yeri gəlmişkən, qeyd edim ki, Loqopediya üzrə Azərbaycanı beynəlxalq arenada təmsil edən ilk mütəxəssis mənəm.

- Dəyərli xatirələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm