Xüsusi
Cavanşir Quliyev ən böyük QORXUSUNU AÇIQLADI: “Qızımın gözündə...” - MÜSAHİBƏ
Dünən çağdaş Azərbaycan musiqisinə böyük töhfələr vermiş görkəmli bəstəkar Cavanşir Quliyevin 68 yaşı tamam oldu.
Publika.az bu münasibətlə maestro üçün həyat yolu və yeni yaşla bağlı ənənəvi suallar hazırlayıb. Cavanşir Quliyev doğum günündə etiraf edib ki, qızının gözündən düşmək onun ən böyük qorxusudur.
Bəstəkarla müsahibəni təqdim edirik:
- Necə düşünürsüz illər üzünüzdə, yoxsa qəlbinizdə dərin qırışlar və izlər qoyub?
- Məncə, o “qırışlar” dediyiniz təcrübədir, həyat təcrübəsi və o, görünən fiziki iz buraxmır. İz buraxan bədənin yorğunluğudur.

- Hər bir insan layiq olduğu ömrü yaşayır deyirlər, bu baxımdan sizin qismətinizə hansı ömrü yaşamaq nəsib olub?
- Mən heç bir zaman ömrümün yaxşı və ya pis olduğunu düşünməmişəm - mənə verilən ömür adlanan vaxtı insanların yararına sərf etməyə çalışmışam.
- Ömrünüzün ən gözəl baharı hansı illərə təsadüf edir?
- 1981-ci ilə - o il qızım dünyaya gəldi.
- Gənclərin aynada görə bilmədiklərini, yaşlılar oxuya bilir. Bu fikirlə razısınız?
- Bəzən gənclərin içində də o aynanı oxuya bilənlər olur.

- İllər sadəcə simvolik rəqəmlərdir, əsas odur ki, ruhən gənc qala biləsən. İnsan qoca olmağa qərar verdiyi gün qocalar. Maraqlıdır ki, ruhən özünüzü neçə yaşında hiss edirsiniz? Doğum tarixinizi bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?
- 25 yaş.
- Qocalmaq sizi kədərləndirmir ki? Yoxsa, bunu müdriklik əlaməti kimi qəbul edirsiniz?
- Türklər “koca” kəlməsini “böyük”, “əzəmətli” anlamında işlədirlər. Bu mənada, heç kədərlənmirəm, əksinə qürurlanıram.
- Elələri var ki, sabahını düşünmədən yaşayır və bu gündən zövq alır. Siz bu günlə yaşayanlardansınız, ya sabahını düşünənlərdən?
- Yox, mən lap irəlini düşünməyə çalışıram.

- Həyat nə tamaşa, nə də bayramdır, həyat bir sınaqdır... Ən çətin imtahanınız nə olub?
- Ən çətin imtahanım - qızımın gözündə kiçilməmək... Bu imtahan hələ də davam edir.
- Öz doğum gününüzdə gələcək üçün, yoxsa keçmiş üçün daha çox darıxırsınız?
- İtirdiyim yaxınlar və dostlar üçün darıxıram.

- Sizcə, insanlar qocalmaq qorxusuna necə qalib gələ bilər?
- Qocalığa qalib gəlmək mümkün deyil. Ona görə də o haqda heç düşünməmək lazımdır.

- Doğum gününüzlə bağlı hansısa ənənəniz var?
- Yox.
- Qadınların sevilənə qədər gənc qaldığını deyirlər. Bəs kişilər?
- Yanlış deyirlər - qadınlar həmişə gəncdirlər, sadəcə görmək lazımdır. Kişilər sevdikləri qədər.
- Qocalığın ilk simptomları həyat eşqinin azalmasıdır. Sizcə, həyat eşqinin azalmasının 3 əsas səbəbi nədir?
- Məncə, həyat eşqinin azalmasının bir səbəbi var - heç bir işə və heç bir kəsə gərəkli olmamaq.

- Doğum günlərində biz sevildiyimizi daha çox hiss etmək istəyirik. Bu günü təmtəraqlı keçirməyi sevməyənlər belə doğmalardan və dostlardan gözəl təbrik sözləri gözləyir. Cavanşir Quliyev öz doğum günlərində sevildiyini hiss edə bildi?
- Artıqlamasıyla! Hamıya təşəkkür edirəm!
Aytən Məftun
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama









































