Heydər Əliyev tribunaya çıxdı, hamı heyrət içində idi və... - Pastuxov TARİXİ FAKTLARI AÇDI
Bizi izləyin

Xüsusi

Heydər Əliyev tribunaya çıxdı, hamı heyrət içində idi və... - Pastuxov TARİXİ FAKTLARI AÇDI

Bu gün Ulu öndər Heydər Əliyevin vəfatından 17 il ötür.

Publika.az dünya səviyyəli nəhəng siyasətçi, Ümummilli lider Heydər Əliyevə həsr olunmuş silsilə yazıların növbəti sayını təqdim edir:

Tanınmış siyasətçilər, Ümummilli lideri yaxından tanıyan iş yoldaşları, onun haqqında həm insan, həm də rəhbər kimi xatirələrini bölüşürlər.

Rusiyanın Xarici İşlər Nazirliyinin keçmiş birinci müşaviri (1996-1998), Rusiya Federasiyasının MDB ölkələri üzrə keçmiş naziri Boris Pastuxovun xatirələrini təqdim edirik:

- Heydər Əlirza oğlu Əliyevin 95 illiyinə həsr olunmuş süjetdə yer almaq mənim üçün böyük şərəfdir. Yaşım mənə düşündüklərimi rahat söyləməyə imkan verir. O, həqiqətən gözəl vətəninin dahi övladı idi. Bu böyük şəxsiyyətə qarşı duyduğum dərin hissləri sözə çevirməkdə çətinlik çəkirəm. Məni ona heyran qoyan əsas xüsusiyyətləri qüsursuz insanlığı, istənilən fənn haqda dərin savadı və təbii ki, fenomenal yaddaşı idi. Heydər Əlirza oğlu ilə ilk ünsiyyətimi heç vaxt unutmayacağam. O vaxtlar Mərkəzi Komitənin Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının katibi vəzifəsində çalışırdım. O, Azərbaycana gəlib dəyişiklik edirdi. Növbə komsomola da çatmışdı. Komsomolçuları da dəyişirdi. Yaxşı yadımdadır, biz onunla durub gözləyirik ki, Azərbaycan komsomolçularına yeni başçı seçilsin. Səsvermə qutusunun yanında dayanmışdıq. Mən deyirəm ki, gəlin, kənara çəkilək, burada sanki nəzarətçi təsiri bağışlayırıq. Heydər Əliyev cavab verir: “Sən heç narahat olma, əleyhinə səsverənlər üçün fərqi yoxdur, sən qutunun yanında durmusan, ya yox”.

Sonra ezamiyyətdən Moskvaya dönən kimi məni xarici işlər naziri təyin etdilər. Təyinatımdan sonra da Bakıya çox səfər etdim. Bakıya ilk səfərim və Heydər Əlirza oğlu ilə ünsiyyətim xüsusilə xatirəmə həkk olundu.

Heydər Əliyev düz iki dəfə karyerasının zirvəsinə ucaldı. Birinci dəfə Azərbaycanın SSR Kommunist Partiyasının birinci katibi olanda, ikinci dəfə isə 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələndə. Onun ikinci dəfə zirvəyə yüksəlməyini izləmək mənim üçün böyük şərəf və məmnuniyyət idi.

Heydər Əliyev ünsiyyətdə olduğu insanları ən xırda cizgilərinədək yadda saxlayırdı. O, məşhur sima idi, lakin ikinci dəfə vəzifəyə gəlişindən sonra zəngin keyfiyyətləri daha çox üzə çıxdı. Yalnız bir həyat amalı vardı ki, sadə insanlar rahat və xoşbəxt yaşasın.

Heydər Əliyev SSR-i Nazirlər Şurasının sədrinin birinci müavini vəzifəsində çalışanda mən Sovet İttifaqının Nəşriyyat, Çap və Kitab Ticarətinin Dövlət Komitəsinə sədrlik edirdim. Yəni adi nazir idim. Bəlkə də adi sözü bir az yerinə düşməz, çünki qeydiyyat kartına düşmədən töhmət almışdım.

50 yaşım tamam olurdu, ənənəyə görə bu yubileydə ordenlə təltif edirlər. Töhmətə görə mənə orden verilmədi. Amma Əliyev hakimiyyətin məni dəyərləndirməsini israr etdi ki, xoş xatirə qalsın. Nəticədə mənə xatirə hədiyyəsi təqdim olundu. Həmin rəsmi indi evimin divarından asmışam.

Sonra bir gün Əliyev məni görüb dedi ki: “Boris, sənin ordenin çoxdur, amma belə bir rəsm bir dənədir”. “Elədir, Heydər Əlirza oğlu” deyib razılaşdım. Həmin rəsmdə tozağacları təsvir olunub.

Yadımdadır, Dağlıq Qarabağ müharibəsi çərçivəsində erməni və azərbaycanlı hərbi əsirlərin dəyişdirilməsi məqsədilə Yevgeni Maksimoviç Primakovla Bakıya gəlmişdik. Əliyev Qarabağ problemini həll etmək üçün bütün gücünü səfərbər etmişdi. Rusiya da öz növbəsində münaqişənin həlli yolunda bacardığı qədər əmək sərf edirdi, indi də etməkdə davam edir.

Bundan sonra Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Prezidenti seçiləndə Rusiya nümayəndə heyətilə birgə onun inauqurasiyasında iştirak etdim. O, tribunaya çıxdı, düz iki saat ərzində kağızsız, əlavə qeydsiz inauqurasiya nitqini dilə gətirdi. Hər kəs heyrət içində idi, amma mən Əliyevi çoxdan tanıdığım üçün adi qarşıladım.

Heydər Əliyevlə Yevgeni Primakovun münasibətləri haqda

Akademik Primakov Əliyevlər ailəsinin köhnə dostu idi. Bir dəfə Heydər Əlirza oğlu Yevgeni Maksimoviçlə məni bağ evinə dəvət etdi. Bu insanın sadəliyi məni bir daha heyrətləndirdi. Bəlkə də, çiçəklənən respublikanın prezidentinə təmtəraqlı həyat yaraşardı, O, isə sadəliyə üstünlük verirdi və böyük şərəflə Primakovu qəbul etdi.

Yevgeni Maksimoviçlə Heydər Əlirza oğlu çox çətin zamanlarda tanış olmuşdular. Primakov həmişə Heydər Əliyevə dərin hörmətlə yanaşırdı. Xarici İşlər Nazirliyindən tutmuş MDB üzrə nazir vəzifəsində çalışdığım dövrədək Primakovla birgə işləmişəm. Ona görə də bu fikrimi hər yerdə əminliklə səsləndirə bilərəm.

Bizi Səməd Vurğun birləşdirdi

Primakov Heydər Əliyevin kabinetində əyləşib. Mən də dəhlizdə əsəbi gəzişirəm. Azərbaycan Prezidentinin qəbul otağında isə kitabxana var. Səməd Vurğunun kitabını əlimə alıram. Söhbətlərini bitirəndən sonra Heydər Əliyevə yaxınlaşıb soruşuram: “Heydər Əlirza oğlu, olar bu kitabı götürüm, məndə yoxdur”.

“Sizdə nəşr etmirlər?” - deyə soruşur.

Cavab verirəm:

“Bəlkə də edirlər, amma mən əldə etməmişəm. Ümumiyyətlə, Səməd Vurğunun kitabları məndə yoxdur. Xahiş edirəm, imzalayın”.

Heydər Əliyev kitabı imzaladı. Səməd Vurğunun qırmızı, qalın həmin kitabı indi də mənim kitabxanamı bəzəyir.

İlham Əliyev haqda

Bir dəfə Yevgeni Maksimoviçlə birgə Heydər Əliyevin oğlu - Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə görüşdük. O, atasına çox bənzəyir. Tək zahirən yox, müzakirə etmək bacarığına, ünsiyyətdə sadəliyinə görə də atasının oğludur. İlham Əliyev məndə dərin təəssürat oyatdı. Biz əyləşib söhbət edirdik, O, da gəlib bizə qoşuldu. Masanın üzərindəki ləziz xörəklər unudulmuşdu, çünki Primakov və kiçik Əliyev intellektuallarının söhbəti gedirdi. Heydər Əlirza oğlu xatırlandı, sakitcə rus və Azərbaycan xalqının birləşdirən böyük məsələlərdən bəhs edildi.

Heydər Əliyevin Rusiyaya münasibəti

Heydər Əliyev hər zaman Rusiya, Moskva haqda böyük rəğbətlə danışırdı. Moskvada hakimiyyətdə kim olursa-olsun həmin şəxs haqda dərin rəğbətlə bəhs edirdi. O, Azərbaycanın işıqlı gələcəyini Rusiya ilə dostluqda, mehriban qonşu münasibətlərində görürdü. Bu, həqiqətən də belədir, belə də oldu.

Azərbaycan-rus münasibətləri haqda

Bu gün Rusiya və Azərbaycan arasında münasibətlər yüksək xətlə inkişaf edir. Bu, çox gözəldir. Ruslara və rus dilinə Azərbaycan kimi belə yüksək münasibət bəslənilən iki ölkə tapmaq çətindir. Bu faktdır. Bizim münasibətlərimiz yerində dayanmır, əməkdaşlıq müstəvisində, sülh və qarşılıqlı anlayış zəminində davam edir. Buna misal olaraq, azərbaycanlı yazıçı Çingiz Abdullayevin kitabxanamı zənginləşdirən əsərlərini qeyd edə bilərəm. O, möhtəşəm yazıçıdır!

Azərbaycan Səfirliyi ilə üzbəüz yaşayıram. Hazırkı səfirlə də yaxşı tanışam, Müslüm Maqomayevi də tanıyırdım. Hər səhər işə gedəndə də, evə dönəndə də əziz Müslümün abidəsi önündə təzim edirəm. Sevinirəm ki, onun xatirə abidəsi məhz bizim küçəmizdə, Azərbaycan səfirliyinin önündə ucaldılıb. Bilirəm ki, Heydər Əlirza oğlu Müslüm Maqomayevi də, Tamara Sinyavskayanı da çox sevirdi. Onları öz övladlarında ayırmırdı. Həm onların, həm də müasir rəssamların yaradıcılıqları yolunda az işlər görməmişdi.

Bu dahi azərbaycanlıların xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Bəzən Arbat küçəsinin sükutunu azərbaycanlı müğənninin gözəl səsi pozur. Düşünürəm ki, insanı mahnıları ilə xatırlamaq çox gözəl ənənədir. Ruslarla azərbaycanlıları birləşdirən dəyərlər, bir-birimizə belə doğma münasibətimiz xarakterlərimizin bənzərliyinə işarədir. Bizi əsrlərdən gələn elə böyük dostluq birləşdirir ki, heç kimin bu müqəddəs münasibətlərə xələl gətirməyə cəsarəti çatmaz. İnsanlarınızın xalqınıza olan münasibətlərini bilirəm. Bakıda olmaq istəyirəm. Mütləq bir gün gələcəyəm.

Dağlıq Qarabağ münaqişəsi haqda

Yevgeni Maksimoviç Rusiyanın xarici işlər naziri vəzifəsində çalışanda mən onun müavini idim. Biz əlimizdən gələn hər şeyi edirdik ki, bu problem öz həllini tapsın. Amma o artıq köhnəlmişdi. Biz münaqişəni həll etməyə çalışırdıq. Primakovun tapşırığı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Azərbaycanda da, Ermənistanda az olmamışam. Primakovun bu problemin həlli üçün səylə çalışdığının şahidi olurdum. Ancaq biz anlayırdıq ki, bu problemi o vaxt həll etmək mümkün deyildi. Hesab edirdik ki, bu problemi sonraya saxlamaq lazımdır. Amma mən həmişə ermənilərə demişəm ki, siz böyük riskə gedirsiniz. Azərbaycan güclənəcək, zəngin dövlətə çevriləcək. Güclü orduya sahib olub sizi əzəcək. Bu haqda düşünün.

Müstəqil Dövlətlərin dostluğu haqda

Hesab edirəm ki, MDB öz həyat gücünü sübut etdi. Bu təşkilat 25 ildən çoxdur ki, mövcuddur. Bu müddət ərzində dəfələrlə bağlana bilərdi, amma bu, baş vermədi. Əməkdaşlıq xalqlarımızın leyhinə fəaliyyət göstərməkdə davam edir. MDB sayəsində dövlətlərin prezidentləri görüşür, bu da münaqişələrin həlli yolunda güclü meydandır.

Azərbaycanın beynəlxalq arenada rolu

Bu gün Azərbaycanın beynəlxalq arenada rolu artır. Azərbaycana, onun gücünə hələ çox müraciət edəcəyik.

Leyla Sarabi

Qeyd: Müsahibə ötən il yayımlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm