Xüsusi
"Göyə baxan daşlar" təqdim olundu - - FOTOLAR
“Aydınlığa doğru” milli-mənəvi ictimai birliyinin nəzdində fəaliyyət göstərən ADTV-nin istehsal etdiyi, Azərbaycanın Xalq rəssamı Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş “Göyə baxan daşlar” sənədli filmi təqdim edilib.
Publika.az xəbər verir ki, filmin təqdimat mərasimi "Leyla Xəzəri" özəl sənət qalereyasında baş tutub.
Tədbirdə öncə sənədli filmi ərsəyə gətirən “Aydınlığa doğru” birliyinin qurulma məqsədləri və fəaliyyət istiqamətlərindən, həmçinin birliyin gördüyü işlərdən bəhs olunan təqdimat çarxı nümayiş olunub.
Nümayişdən sonra filmin ssenari müəllifi Lalə Əliyeva qonaqları salamlayıb. O, sənədli filmin ərsəyə gəlməsi ilə bağlı qonaqlara məlumat verib. Lalə Əliyeva Fazil Nəcəfovun canlı korifey, heykəltaraşlıq sənətinin klassiki olduğunu vurğulayıb. Onun yaratdığı hər bir əsərin gənc nəsil üçün ibrət, məktəb olduğunu bildirib.
Daha sonra Fazil Nəcəfovdan bəhs edən film nümayiş olunub.
Daha sonra Filologiya elmləri üzrə fəlsəfə doktoru Siracəddin Hacı film və Fazil Nəcəfov haqqında təəssüratlarını qonaqlarla bölüşüb. O, xalq rəssamının övladlarının atalarına olan qayğısını xüsusi vurğulayıb:
“Fazil Nəcəfovun həyəti həyət deyil, həyatdır. Onun cazibəsindən hələ də qurtula bilməmişəm. Heykəllər, üzüm tağları, heç yerdə rast gəlmədiyim ölçüdə zeytunlar, zəfəran cərgələri, nar ağacları, kiçik məscid…
Bu film isə demək olar ki, yoxdan yaranıb. Çox kiçik, cüzi imkanlarla ərsəyə gəlib. Bu işdə ürək təri var. Ürək tərləyərmi? Belə işlər ortaya çıxaranda hə, tərləyər. Ona görə də bu komandaya təşəkkür və dua etmək lazımdır. Fazil Nəcəfova dua etmək lazımdır. Mən Fazil müəllimdə həyatı gördüm. Böyük sənətkar olmaq üçün həm də ağıllı olmaq lazımdır – mən bunu gördüm. Siz inanın ki, “Qurani –Kərim”də rəsm əsərləri ilə bağlı bir cümlə belə fikir yoxdur. Musiqi ilə bağlı mənfi fikir yoxdur. Çünki ən böyük yaradıcı Allahdır. Ən gözəl rəssam Allahdır. Baxın görün, bu qədər gözəl təbiəti, bu qədər müxtəlif insanları kim bu cür rəngarəng çəkə bilərdi?
Mən Fazil müəllimin ömründə gördüm ki, insan fitrətinə uyğun iş görəndə xoşbəxt olur. Fazil kimi insanları unutmamaq lazımdır. Çünki unutmağın cəzası unudulmaqdır. O, insana, bəşəriyyətə sevgi dolu insandır. Onun yaradıcılığında ədalət var, sülhə çağırış var, məhəbbət var”.
Qeyd edək ki, “Göyə baxan daşlar” sənədli filmi Fazil Nəcəfovun 83 illik ömür yolundan, fəlsəfi baxışlarından bəhs edir. Filmin adı Xalq rəssamının yaratdığı heykəltaraşlıq nümunələrinin fiqurundan – göyə baxmasından götürülüb. Film F.Nəcəfovun Bilgəhdə yerləşən bağ evində çəkilib. Fazil Nəcəfov uzun müddətdir ki, şəhər mühiti ilə vidalaşaraq bağ evində yaşayır. Onun bağ evi görünüşü, təbiəti, heykəlləri ilə incəsənət muzeyi təəssüratını yaradır.
Zümrüd
Foto: Pərviz Həşimi
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO