Məşhur həkimdən ŞOK SÖZLƏR: Valideynlərin 70 faizi ağıldan kəmdir və uşaqlarını...
Bizi izləyin

Xüsusi

Məşhur həkimdən ŞOK SÖZLƏR: Valideynlərin 70 faizi ağıldan kəmdir və uşaqlarını...

Tanınmış həkim Peteris Klyava müsahibəsinin ikinci hissəsində uşaq xəstəliklərinin əsas səbəblərini bəzəmədən, düz xətt üzrə açıq şəkildə izah edib. Razılaşın ki, bu, bəzən baha başa gələ bilər.

Publika.az Peteris Klyavanın müsahibəsinin ikinci hissəsini təqdim edir:

Birinci hissəni buradan oxuya bilərsiniz:

- Uşaq travmalarının əsas səbəbləri nələrdir?

- Latviya Avropada ictimai nəqliyyatın və avtomobillərin küçələrdə uşaqların ölümünə səbəb olması üzrə birinci yeri tutur. Burda sərxoş ataların uşaqları ilə kvadrosikl sürməsi çox adi haldır. Belə sərbəstlik ciddi travmalara səbəb olur. Həmçinin uşaqlar velosiped və çarxlarını dəbilqələrsiz sürəndə travma alır və ya çarhovuzlarda boğulurlar. Bədbəxt hadisələrin çoxu tibbi dərmanlar, kimyəvi maddələr və yanıqlarla bağlıdır. Yanacaqla oynayan uşaq oda yaxınlaşdığı zaman sözsüz ki, ağır xəsarət alacaq. Yeri gəlmişkən, əgər uşağın üstünə qaynar su tökülüb və ya yanıq xəsarəti alıbsa, ona edə biləcəyiniz yeganə yardım yanmış nahiyəyə 3-5 dəqiqə soyuq su tökməkdir. Bu, ağrını və yanığın zərərlərini azaldır və yanıq dərəcəsini zəiflədir.

- Məyusluq yaradan uzun siyahınızın səbəbi nədir?

- Latviyada və bütün dünyada valideynlərin 60-70%-i ağıldan kəmdir. Xəstəxana mühafizəçilərin müşahidələrinə əsasən valideynlər uşaqlarını xəstəxanaya ön oturacaqda və təhlükəsizlik kəmərini bağlamadan gətirir. Hər gün valideynlərin cahilliyi, axmaqlığı və diqqətsizliyi ucbatından onlarla uşaqların əzabını və ölümü görürəm. Mən sistemli cəhalətdən danışıram. Təsəvvür edin ki, bir dəfə balaca bir qızcığaz kanalizasiya sisteminin təmizləyən kimyəvi maye içmişdi. O, mətbəxdə çanağın yanında şüşə bir limonad butulkasında olub. Avropada ona bizim pulla 200 min avro dəyərində qaraciyər köçürtdülər.

- Bir çox ailə maddi və fiziki baxımdan öz öhdəliklərini yerinə yetirə bilmir. Dövlətin uşaqlı ailələri nə cürsə dəstəkləməsi pis olmazdımı?

- Hər il on minlərlə uşaq aclıqdan ölür. Bu yaxşıdır, yoxsa pis? Özünüz düşünün, əgər bütün uşaqlar sağ qalsaydı, onda hamısına keyfiyyətli qida çatardımı? Yaxın Şərqdə hamı tualet kağızından istifadə etsə, bir neçə il içində planetdə bir ağac belə qalmayacaq. Əgər hər kəs sivil qaydada yaşasa, onda iyirmi il sonra Yer kürəsi ölər. Yaxşı yaşamaq hər kəs üçün deyil. Əhali sayının azalması cəmiyyətin duyğusallığı baxımdan qorxuludur, amma elmin məntiqi nöqteyi-nəzərindən lazımdır. Odur ki, dünyada heç kim sizin uşağınızın sağ qalmasının xüsusi qayğısına qalmayacaq. Ona narkotiklər verilir ki, öz əcəliylə ölsün, üstəlik bunun üçün pul ödəyir. Dönüşü olmayan keçid nöqtəsidir! Odur ki, tənzimləmə müxtəlif səviyyələrdə həyata keçiriləcək.

- Sizə heç irqçi deyiblər?

- Bəzən. Bir yerdə oxudum ki, Birləşmiş Millətlər Təşkilatı artıq uşaq əməyinin istismar olunmasını hər hansı bir zorakılıq problemi olmadığını düşünür. Yəqin ki, bu, həyatın normasına çevrilib.

Donmuş, ac və zorakılığa məruz qalmış uşaqları görəndə, hər kəsə uşaq sahibi olmasına niyə icazə verildiyini anlamıram. Üstəlik, bunu "insan hüquqları" adlandırırlar. Bu, axmaq bir mədəniyyətdir. Doğuş sayına nəzarət tələb olunur. Müxtəlif ölkələrdə bir zamanlar yalnız pedofillərdə deyil, anormal, əxlaqsız səviyyədə yaşayan insanlarda da sterilizə (dölsüzləşdirmə) aparılırdı. Əks halda onların uşaqları xəstəlikdən, yoxsul bəslənmədən əziyyət çəkəcək, həm də qayğıdan məhrum olacaq.

Yanıma huşsuz uşaq gətirəndə nə baş verdiyi anlamaq üçün üç saniyəm var. 4-cü dəqiqədə artıq uşağın vəziyyətini yaxşılaşdırmaq üçün hərəkətə keçirəm. Cəmiyyətin və ölkənin digər prosesləri də eyni şəkildə idarə edilməlidir.

Son 10 ildə xəstəxanamız inkişafda böyük bir sıçrayış etdi, uşaqlara kömək etmək üçün böyük imkanlar var. Lakin uşaqların mənəvi, əxlaqi və fiziki vəziyyəti eyni dərəcədə pozulur. Həyatdan bir neçə nümunə verəcəyəm. Bir dəfə bir uşaq kimyəvi məhlul içmişdi. Nəticəsi dəhşətli idi, qida borusundan yoğun bağırsağa qədər bir çox orqan transplantasiyası lazım idi. Uşaq komada idi. Gənc ana isə oturub ağlayırdı. Bütün bunların necə baş verməsi ilə maraqlanmağa başladım. Danlamaq üçün deyil, bu dəhşəti dərk etməsi üçün. “Hamama getdi, götürdü və içdi” deyə ana izah edir. Hesab edir ki, burda günahkar sadəcə uşaqdır, təsəvvür edirsiniz?

Başqa bir uşaq piknikdə manqal üzərinə yanar məhlul tökmüşdü və ağır dərəcəli xəsarətlər almışdı. Reanimasiyada ana ilə ata bizə əmr və göstərişlər verməyə başladı. Ay səfeh, sən alovun qarşısında dayananda göstəriş verməli idin, burada yox! Məcbur olub dedim ki, əgər bir kəlmə də desəniz, polis çağırıb cinayət hadisəsi olduğu barədə protokol tərtib etməli olacam. Ata dərhal səsini kəsib yerində oturdu və işimizə müdaxilə etməyi dayandırdı.

Başqa bir misal sirkə essensiyası ilə bağlıdır. 4 yaşlı uşaq nənəsigildə içinə sirkə essensiyası tökülən "Cola" şüşəsini başına çəkmişdi. Bütün bunlar nənənin gözü qarşısında baş vermişdi.

Bir dəfə də xəstəxanaya üstünə qaynar su tökülmüş uşaq gətirmişdilər Məlum oldu ki, hadisə ana bütün gün günəş vannası qəbul edən zaman baş verib. Və belə anaya heç bir cəza verilməyəcək. Beyinsiz böyüklərin uşaqlarla özbaşınalığının qarşısını almaq lazımdır. Yenə deyirəm, elə hadisələr var ki, onlar baş verməli deyil.

- Hansılar?

- Məsələn, bütün kimyəvi təmizləyicilər və dərmanlar mətbəxdə uşaqlar üçün əlçatmaz olmalıdır. Latviyada beta-blokerlərdən ölən uşaqlar olur. Nənələr üçün nəvəsini müəyyən mənada öldürdüyünü qəbul etmək çətindir. İstəmədən də olsa, məsuliyyətsizlikdən irəli gəlir. Hər ikisi də yazıqdır.

Limonad şüşəsini kimyəvi təmizləyicilərlə doldurmaq olmaz. Doktor Dina Sviridova valideynlər üçün Kanadanın pediatriya üzrə kitabını tərcümə edib. Nəşrin sonunda 40 səhifə uşağı mətbəxdə, maşında, zooparkda, ümumiyyətlə hər yerdə qorumağın yollarına həsr olunub. Bizdə uşaqlar hələ də itin hücumuna məruz qalır, ən çətini velosiped dəbilqəsinin lazımlılığını sübut etməkdir.

Arzu edirəm ki, təsadüfən doğulan uşaqlar onların məsuliyyətini çəkən bilən ailələrdə dünyaya göz açsın. Almaniyada gənclər arasında “Prioritetləriniz nədir” sualı ətrafında sorğu keçirilib. 70 faizi təhsil, iş, gəlir, həyat keyfiyyəti və mədəniyyət səviyyəsinin onlar üçün vacib olduğunu bildirib. Uşaqlar ən sonuncu yerdə gəlib. Bu, o deməkdir ki, almanlar “Uşağa nə verə bilərəm” sualına cavab tapdığı və onu reallaşdırmaq gücünə malik olduğu zaman övlad sahibi olmağa qərar verir. Ən azı sivil yanaşmadır. İnsanların şüursuz şəkildə övlad dünyaya gətirməsi artıq məsuliyyətsizlikdir.

- Onda niyə ölümə məhkum olan uşaqları xilas etməyə çalışırsınız?

- Liepada müharibəsində yəhudi bir məşhur cərrah var idi. Almanlar üçün yaxşı işlədiyi üçün onu öldürmürlər. Qırmızı Ordu gəldikdən sonra onu vurmaq istəmişdilər, lakin cərrah yenə də öz işini görməyədavam edirdi. Daha sonra qızıl skalpel almışdı. Hər bir insan taleyin onun üçün təyin etdiyi öhdəliyi yerinə yetirməlidir. Bu, Allah, başqaları və öz vicdanımız qarşısında vəzifədir.

- Cəmiyyətin inkişaf səviyyəsi uşaqların tərbiyəsinə təsir edirmi?

- Bizim məhdud və cahil düşüncə səviyyəmiz necədirsə, dünyaya da o gözlə baxırıq. Tibetdə buna karma öngörməsi deyilir. Bir insanın uşağına verə biləcəyi ən yaxşı şey, öz avamlığını və cahilliyini azaltmaqdır. Fribax deyirdi ki, malikanədə və daxmada düşüncələr fərqlidir. İtlərə uşaqlardan daha çox qayğı göstərildiyini görəndə, ağlamaq istəyirəm. Onları sığallayır, çimizdirir, öpür və bəsləyirlər. Dünyada bütün bu qayğıya ehtiyacı olan nə qədər uşaq var? Belə olan halda hansı sivilizasiyadan söhbət gedə bilər?

Dünyada müharibələr, oğurluq, qətllər baş alıb gedir, doğum sayı, xəstəliklər və s. nəzarət edilmir. Sialkovskiy, Uspenski, Berdyayev kimi bir çox qərb alimləri sivilizasiyanın inkişafının yeddi cədvəli haqqında danışırdılar. Biz hələ sıfır səviyyəsindəyik. Planet yalan və zorakılıqla idarə olunur. Harvard və digər universitetlərdə şəxsi mənafe və xeyir naminə dünyanı zorlamaq öyrədilir.

Peyğəmbərlərin və Tibet müqəddəslərinin danışdıqları ilə müqayisədə bizim sivilizasiyamız daş dövründə qalıb. Ziyalı ailələr güzəştlər axtarır. Müdriklik ağıl strukturunun bilikləridir. Uşaqların daha ağıllı gələcəkdə yaşaması kainatın güzəştidir.

- Bir neçə il əvvəl siz ölüm cəzasını açıq şəkildə müdafiə etmişdiniz. Fikrinizi dəyişdirməmisiniz ki?

- Xeyr, dəyişməyib. Mən Sinqapurda və Birləşmiş Ərəb Əmirliklərində pedofillərə qarşı tətbiq olunan ölüm cəzasını və qanunları dəstəkləyirəm.

- Kriminal xəbərlərini oxuyanda görürsən ki, xeyir və şər haqqında elementar düşüncələr öz mənasını itirib. Anlayışların dəyişməsi baş verir.

- Yalnız qorxu insanı ədəb çərçivəsində saxlayır. Bu gün artıq heç nədən qorxmurlar. Qorxunu ləğv ediblər.

Problem demokratiyada deyil, onun dərk edilməsindədir. İnqa Mart Txurdkildsen (Norveçdə uşaqların və gender hüquq bərabərliyinin işləri üzrə naziri. O, müsahibəsinin birində yaxın qohum nikahlarını Norveçdə "sosial ənənə" adlandırıb) ibtidai siniflərdə yaxın qohumlar arasında nikahlara həsr edilmiş dərslər daxil olunması üçün mübarizə aparır. Bu, onlar üçün normadır. Valideynlərin uşaqları hansı əlamətlərə əsasən cəzalandırdığı əvvəlcədən öyrədilməlidir. “Heç nə olmayacaq” düşüncəsi son əyləci boş buraxır. Biz daha Çexov, Tolstoy, Puşkin, Blaumanis, Raynis kimi əsərləri oxumuruq. Cəmiyyətin üzərindən qorxu idarəsini soyunduranda Qərbin təklif etdiyi cəmiyyət qurulur. Əlbəttə ki, bütün Qərb belə deyil, amma söhbət tendensiyalardan gedir. Qərb cəmiyyəti mənəvi baxımdan dağılır. İki nəslin təhrif etdiyi demokratiya ilə istənilən cəmiyyəti dağıtmaq olar. İndi cəmiyyətin daha ağıllı olmasına xidmət edən hər hansı mexanizm yoxdur. Böyük əksəriyyət bir günlə yaşamağa və tikəni nə bahasına olursa-olsun qopartmağa çalışır. Uşaqlar da sağ qalmaq uğrunda mübarizədə başqasının hesabına böyüyür.

- Heç bir şansımız yoxdur?

- Sübut olunub ki, müdrik biliklər əsasında verilən qərarlar insanın özünü və ətrafını da dəyişdirir. Valideynlər özünü inkişaf etdirməli, təhsil və yenə də təhsillə məşğul olmalıdır. Bəzi ölkələrdə mənəviyyata önəm hələ qalıb, Qərb ondan qorxur. Söhbət dini səviyyədə mənəviyyatdan getmir, müasir elmdə kosmik mənəviyyatı nəzərdə tuturam. Bu, bəşəriyyətin gələcəyidir.

- Ailədə liderliyi kim öz üzərinə götürməlidir?

- Ailədə hər şey atadan başlanır. Amma atalar korlanıb. Onları tərk edilmiş və ya ərləri içkiyə aludə olan qadınlar böyüdür. Belə ana potensial “mama uşağı” böyüdür. Bu kompleksli oğullar ailə qura və dövləti qorumağa qadir deyil.

Kişinin kompleksi bəşəriyyətin bəlasıdır. Ağıllı, məsuliyyətli və ləyaqətli kişilərin yetişdirilə biləcəyi pionerləri və skautları qaytarmaq yaxşı olardı. Avropada 8 milyon ali təhsilli kişi işləmir. Çünki hər şeyi asanlıqla və daha rahat yolla əldə etmək istəyirlər.

- Bəli, gənc kişilərin infantalizmi haqqında daha çox eşidirik. Onları dəyişdirmək mümkündür?

- İndi insanlar həyatını məhdud və cahil biliklər üzərində qurmağa, eyni zamanda uşaq sahibi olmağa çalışırlar. Əgər uşağı ilahi bir mənəvi varlıq, Allahın möcüzəsi olaraq qəbul etsəniz, o zaman onun potensialı sonsuza qədər uzanır və uşaq enerji dolu böyüyür.

- Bəs hər şey fərqli olarsa?

- Bu, uşağın müdrik və parlaq gələcəyinin "sünnət oluması" və ya əlindən alınması deməkdir. Təkrar edirəm, bu gün hər şey analar və atalardan asılıdır. Onların övladları artıq heç kimə lazım deyil! Məktəb mühümdür. Ağıllı insanların kollektiv intellekti xoş niyyət və əməldir. 30 adam tərəfindən idarə olunan gəmidə minlərlə sərnişin ola bilər, və bu, doğru yerə getmək üçün kifayətdir. İnsanlara müasir psixoloji baxımdan kömək edilməlidir, bunu öz məruzələrimdə edirəm.

- Ali təhsilsiz yüz minlərlə ana və ata sizə etiraz edəcək: Biz akademik biliklər olmadan da layiqli uşaqları yetişdirdik. Bir çoxları artıq hər şeyi bildiyini iddia edəcək.

- 3 yaşlı ölmüş körpələrinin ürəyini başqasına verməyə razılaşan bir ailəni həmişə xatırlayıram... Onların heç bir akademik təhsili və yüksək intellekti yox idi. Vacib deyil ki, sən akademik olasan. Əgər kim olduğunu bilirsənsə, mənəvi cəhətdən kamilləşirsənsə, ağlını inkişaf etdirirsənsə, dünyəvi təhsil əhəmiyyətli deyil. Bu ən yüksək hikmətdir. Yadınıza salın, hansı müqəddəsin ali təhsili olub?

- Onların sevgisi var idi...

- Kriminal keçmişi olan bir ananı xatırladım. O, bir çox yoluxucu xəstəlikləri olan uşaq dünyaya gətirmişdi. Reanimasiyada olarkən o, başqa bir ananın telefonunu oğurlamışdı. Onu qınamaq yox, tərbiyələndirmək lazımdır. O sevilməyib və bunun nə demək olduğunu bilmir. Fransız psixoterapevtlər göstərir ki, əgər bir adamı gündə 32 dəfə sığallamasanız, o, xoşbəxtlik hissini qazana və özünü kifayət qədər inkişaf etdirə bilməz. Əgər bu yanaşma dünyada hakim olsaydı, onda sivilizasiyamız tamamilə fərqli olardı.

- Sizin üçün sevgi nədir?

- Sevgi həm anlayış, həm də vəziyyət kimi mövcuddur. Sevgi bəşəriyyət üçün konsepsiya kimi - məsuliyyət, xüsusilik və zəngin bilik vermə qabiliyyətidir. Bununla da ürək öz vəzifəsini yerinə yetirir.

Məhəbbətin mənəvi mahiyyəti isə tam aydınlanma və mütləq şəfqətdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm