Xüsusi
Onların kəndində Günəş qırmızı, səma sarı, ağaclar bənövşəyi rəngdədir - VİDEOREPORTAJ
“Dünyanı bir günlük uşaqlara versəydik, nə olardı?”
Düşünmüsünüzmü heç?
Ağaclar yaşıl, Günəş sarı, səma mavi rəngdə olardımı yenə? Qəzəbli insan üzləri, soyuqdan büzüşmüş itlərin gözündəki hüznlü baxış, lazımsız əşya yığan ehtiyac sahibləri qalardımı yer üzündə?
Xoşbəxt olmaq çox da böyük mərifət tələb etmir əslində. Bəlkə kiçik bir qələm, bəlkə dolabda unudulmuş bir cüt əlcək, bəlkə bir cüt isti ayaqqabıdadır xoşbəxtliyin əsl sirri.
Bir qutu boya qələmi ilə bir dünyanı bəzəmək mümkünmü? Bir körpənin üzünə hansı rəngdə qələmlə çəkmək olar təbəssümün izini? Bir körpənin gözlərindən baxanda həyat çox sadə görünür əslində. Onlar üçün dünya sevgi ilə açılmış bir qucaqdır, qayğı ilə çəkilmiş bir sığaldır, sevgi ilə verilmiş bir kiçik bir hədiyyədir. Qoy səma deyil, quşlar mavi rəngdə olsun, ağaclar çiçəkdən deyil, yarpağından bar versin... Dovşanın qulaqları özündən bir az böyük olsun. Uşaqlar bununla xoşbəxt olacaqsa, olsun...
Bu gün sizin mərhəmətli bir əllə tutduğunuz balaca barmaqlar bəlkə elə gələcəkdə sizin taleyinizin əlindən tutacaq. Bu gün sevindirdiyiniz bir qəlb gələcəkdə milyonların gözündəki işıq, sabahındakı ümid olacaq.
Bu gün dünyada müharibə, aclıq, qorxu, ailəsizlik, təhsilsizlikdən əziyyət çəkən 1 milyard uşaq var. Sadə dillə desək, uşaqlığında bir dəfə də olsun, parka gedib dondurma yeməyən 1 milyard insan...
Gəlin dünyanı uşaqlara verək.
Verək ki:
Raketlər yerinə çərpələnglər uçsun, qurğuşunlar yerinə dondurmalar ərisin, bombaların atıldığı yerdə çiçəklər bitsin, boşa çıxan ümidləri partlayan şarlar əvəz etsin, uşaqlar bombaların səsinə deyil, bu şarların səsinə diksinsin...
Bunun üçün nə bombaların darmadağın etdiyi Suriyaya, nə uşaqlarına dərman almaq üçün terrorçulara ağız açan Əfqanıstana, nə də susuzluqdan ciyərləri quruyan uşaqların yaşadığı Somaliyə getmək lazımdır. Dünyanı gözəlləşdirmək elə öz ocağından, vətənindən başlamalıdır.
...Nə qədər nadir tapılsa da, bu missiyanı həyatının amalına çevirmiş insanlar var. Hətta onlar o qədər də uzaqda deyil. Elə bizim ətrafımızda, yanımızda, içimizdədirlər.
Biz də ölkəmizin inkişafına, yaxşılığına, dəyərlərinə xidmət edən insanların hər zaman yanında olmaq missiyası üzrə həmin xeyirxah insanların izi ilə getdik. Bu iz bu dəfə kameralarımızı Ağcabədi rayonunun Laçın obaları mahalında yerləşən Mişni obasına qədər apardı... Burada Laçın rayonunun işğalından sonra doğma yurdlarını tərk etmək məcburiyyətində qalan insanlar məskən salıb. Bu məskəndə Azərbaycan gələcəyinin ən parlaq şəxsiyyətləri yetişir. Şişirtmirəm. Lakin bu barədə gələcək reportajımda daha geniş danışacağam...
Bu video sizə ölkəmizin ən xeyirxah futbolsevərləri ilə insanlığın ən məsum halı necə görüşür, onu göstərir:
Zümrüd Kərimova, Pərviz Həşimi
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO























.png)

.jpg)














