Fransız alim ermənilərlə bağlı ŞOK FAKTLARI AÇDI: Azərbaycan və Türkiyəni yox etmək üçün...
Bizi izləyin

Xüsusi

Fransız alim ermənilərlə bağlı ŞOK FAKTLARI AÇDI: Azərbaycan və Türkiyəni yox etmək üçün...

Maraqlı təzadlarla dolu dünyada yaşayırıq. Məsələn, bu gün ermənipərəst siyasətilə diqqət mərkəzində olan Fransada qondarma soyqırımı ifşa edən fransız tarixçilər də var. Həmsöhbətim Maksim Quən kimi…

Cənab Quən hər ilin 24 aprel tarixində qeyd olunan qondarma "erməni soyqrımı"nın iç üzünü Publika.az-ın oxucuları üçün açacaq.

- Mösyö Quən, özünüz haqda qısa məlumat verməyinizi rica edirəm...

- Hələ 6 yaşında ikən tarix kitabları və xəritələrə marağım oyandı. 13-14 yaşlarımda Türk tarixinin Kamalçılar inqilabı dövrünü oxudum. Get-gedə türk tarixinə daha çox bağlandım. Osmanlı İmperiyasının tarixi haqda kitablar axtarıb tapdım. Erməni münaqişəsi ilə bağlı materiallara rast gəldim. Lion Universitetinin tarix fakültəsini bitirdim. Sonra isə Sorbonna Universitetinin müasir tarix ixtisası üzrə magistr təhsili aldım. Hazırda Avrasiya İncelemeleri Mərkəzinin mütəxəssisiyəm. 19 əsrdən başlayaraq, xüsusən də 1918-1923-cü illər ərzində Fransa Respublikası ilə türk komitələri arasındakı münasibətləri araşdırıram. Həmçinin Osmanlı imperiyası dövründən günümüzədək qarşılıqlı əlaqələri tədqiq edirəm.

Картинки по запросу maxime gauin

- Sizinlə ilk dəfə əlaqə saxlayanda qondarma "erməni soyqırımı" barədə müsahibə etmək istəyimi bildirdim. Sizsə "soyqırımı" sözünü eşidən kimi "olmayan şeydən danışmayaq, qondarma "erməni soyqırımı" adlandıraq" dediniz.

- Əslində mən erməni xalqına qarşı mübarizə aparmıram. Bu, bir xalqa qarşı düşüncə savaşı deyil. Sadəcə ermənilər türklərə, azərbaycanlılara, onlar kimi düşünməyənlərə, hətta öz millətlərinə qarşı haqsızlıq edirlər. Dəfələrlə ermənilər tərəfindən təqibə, təhqirə məruz qalmışam. Hətta Fransada fəaliyyət göstərən erməni qəzetləri 2008-ci ildə məni yəhudi əsirlərini Osvensimə göndərənlərə tay tutdular. Tək ona görə ki, qondarma "erməni soyqırımı" haqda bəzi gizli faktları mətbuatda bölüşmüşdüm. Həmin insanları məhkəməyə verdim, layiqli cəzalarını aldılar. Amma hələ də haqqımda böhtan dolu məqalələr dərc olunur. İnsanın akademik obyektiv sübutları nə vaxtdan faşıstlik sayılır, anlamıram.

- Tarixə qarşı vicdanlı mövqeyiniz təqdirəlayiqdir.

- Mən antierməni mövqedə deyiləm. Sadəcə erməni ekstremistlərinə qarşı sübutlarla çıxış edirəm. Onların tutduğu yolu bütün erməni millətinə aid etmək doğru deyil. Tarix boyu özlərinə qarşı terror törədildiyini iddia edən, bu iftiranı dünyaya qışqıran erməni ekstremistlərinə qarşı mübarizə aparmaq lazımdır. 1918-1920-ci illər ərzində baş verən erməni sürgünü və kütləvi şəkildə qətliamdan bəhs edən tarixi sənədlərə rast gəldim. Bu sənədlərin çoxu həmin dövrdə Ermənistanın Daxili işlər naziri olan dahi liderləri Ruben Ter Minasyanın memuarları idi. Tarixçilər həmin sənədlərin ermənicə olan əlyazma nüsxələrini fransızcaya çevirməkdən imtina etdilər.

- O zaman gəlin, saxta "genosid"in iç üzünə birgə nəzər salaq...

- Sadə dillə izah etməyə çalışacam. 19-cu əsrdə Osmanlı imperiyası ilə erməni separatçıları arasında münaqişə başlayır. Osmanlı imperiyası deyəndə biz sadəcə türkləri deyil, orada yaşayan digər millətləri də nəzərdə tuturuq. Osmanlı imperiyasında çaxnaşma yaradan erməni separatçıları hakimiyyət tərəfindən cəzalandırılırdılar. Onlar bununla yollarından dönmür, kürdləri öldürüb, məscidləri yandıraraq ölkədə qarışıqlıq yaradırdılar. Osmanlı imperiyasını dağıtmağa çalışan xarici qüvvələr isə ölkədə yaşayan digər xristian xalqları deyil, məhz erməniləri özlərinə müttəfiq seçmişdilər. Bəli, ermənilər rus və Britaniya imperiyalarının diqqətini özünə çəkməyə nail oldular. Ermənilər Anadolunun bütün nöqtələrində yaşayırdılar. 19-cu əsrin əvvəllərindən etibarən isə Rus imperiyası onları öz ərazisində geniş şəkildə məskunlaşdırmağa başladı. Birinci dünya müharibəsinə Türkiyənin də cəlb olunması onu içəridən məhv etmək istəyənlərə böyük imkanlar yaratdı. Rusiya və digər Avropa ölkələrindəki təlimatlandırılmış ermənilər türklərə qarşı yönləndirildi. Qafqaz və digər regionlardan Osmanlı imperiyasına erməni silahlıları soxuldular. Şərqi Anadoluda çaxnaşma törədən ermənilər savaş əsnasında qurban da verirdilər ki, bu da qərb mətbuatında erməni xalqının kütləvi qırğını kimi əksini tapırdı. Ermənilər Şərqi Anadoluda öz müstəqil dövlətlərini yaratmaq istəyirdilər. Rus savaşçıları 1915-ci ildə Van şəhərini ələ keçirdəndə isə ermənilər yerli əhalini qırıb orada məskunlaşdılar. Rusların himayədarlığı ilə Vanda erməni hakimiyyəti quruldu.

- Ermənilər iddia edirlər ki, qondarma "soyqırımı"nda 1,5 milyon soydaşları qətl edilib...

- Ermənilərin kürəyə dəyən zərbəsinə türk ordusu onları məskunlaşdıqları ərazilərdən köçürmək qərarı ilə cavab verir. Həmçinin qeyd edim ki, bu qərar yalnız savaş ərazisində yaşayan ermənilərə aid idi. Osmanlı imperiyası ermənilərə qarşı zorakılığı qanunla qadağan etdi. İmperiyaya xəyanət edən erməni ictimai və siyasi xadimləri həbs olundu. Ölkədən köçürülən ekstremistlər əsasən ərəb torpaqlarına və Rusiyaya üz tutdular. Ölüm səbəbləri isə soyuq hava, xəstəliklər və s. idi. Əslində ermənilər bu tarixi ona görə "genosid", yəni "soyqırımı" adlandırılar ki, qəbul edilmiş qərardan sonra Osmanlı torpaqlarında dövlət qurmaq istəkləri köçürülmə səbəbilə puç olmuşdu. Onlar türkləri 1922-ci il İzmirin yandırılmasında da günahlandırılırlar. Bu, iftiradır. Əslində isə Qərbi Anadolunun bir sıra ərazilərində yanğın törədən yunan hərbi dəstələri anlayırdılar ki, eyni şeyi İzmirdə edə bilməyəcəklər. Belə ki, 1919-cu ildən etibarən yunan ordusu yanğın üsulunu türklərə qarşı silah kimi istifadə etməyə başladı. Türk ərazilərini əldə saxlaya bilmədikləri üçün hər yeri külə çevirmək qərarına gəldilər. Özləri geri çəkildikləri üçün komandalarındakı erməni köüllülərini bu işə cəlb edib ölümə atdılar. Bu qədər.

Картинки по запросу maxime gauin

Əlavə etmək istədiyim bir şey də var: bir sıra Osmanlı erməniləri hətta Birinci Dünya Müharibəsi dövründə də imperiyaya sadiq qaldılar. Osmanlı Bankının direktorunun erməni müavini hətta 1927-ci ilədək vəzifəsində qaldı. Habelə İmperiyanın bir neçə erməni senatoru da hakimiyyətlə çox isti münasibətdə idilər. Bu, isə bir daha türk hakimiyyətinin qərəzsiz və ədalətli qərarından xəbər verir.

- Fransa daim qondarma "soyqırımı" dəstəkləyən ökələr sırasında olub. Lakin bəzi ictimai xadimlər, o cümlədən Siz, bu tarixi problemi "soyqırımı" adlandırmaqdan imtina edirsiniz...

- Ermənilərin qondarma "soyqırımı" Britaniya, İspaniya, Portuqaliya, Almaniya və digər ölkələrdə də isti müzakirə olunur. Sadəcə Fransa ən çox erməni məşkunlaşan ölkədir. Burada 300 mindən çox erməni yaşayır. Təbii ki, səslərini dünyaya çatdıran da həmin insanlardır. Doğrudur, erməni ekstermistləri və sadəcə fransızlaşmış ermənilər adlı cəbhələr mövcuddur, amma birinci tərəf çoxluq təşkil edir. Fransadakı türk və azərbaycanlı icmaları isə bu baxımdan fəal deyillər. Erməni diasporu nəinki Avropada, ABŞ-da və digər regionlarda da öz missiyalarını yayırlar. Bir neçə ay öncə Fransa prezidenti 24 aprel tarixinin Fransada erməni "soyqırımı"nın anım günü kimi kimi qeyd olunacağını söylədi. Lakin Fransa Konstitusiya şurasının bir sıra senatoru bu qanunun qüvvəyə minməsinə etirazını bildirdi ki, buna da da bilavasitə türk-fransız icmalarının fəallığı səbəb oldu. Amma bu, bir dəfə hərəkətə keçməklə mümkün olan məsələ deyil. Uzunmüddətli və birgə davamlı fəaliyyət önəmlidir.

- Erməni və türk məktəblərinin tarix dərsliklərində qondarma "soyqırımı" necə təqdim olunur?

- Təəssüflə qeyd edirəm ki, erməni hakimiyyəti məktəblərdə də yanlış siyasət yürüdür. Onların tarix dərslikləri tamailə təhrif olunub və Türkiyə, Azərbaycana qarşı kin və nifrət doludur. Türk dərsliklərində isə belə hala rast gəlməmişəm.

- Artıq bir neçə ildir ki, Türkiyədə yaşayırsınız. Oradakı ermənilərdən bəhs etməyinizi istəyirəm.

- Türkiyədə yaşayan minlərlə ermənini bir neçə cəbhəyə bölmək lazımdır. Erməni milliyyətçiləri, uzun əsrlər boyu Türkiyədə məskunlaşıb türkləşərək Parlamentdə seçib-seçilmə hüququna malik olanlar. Xatırladım ki, məhz onlar artıq erməni milliyətçiləri üçün əlverişli soydaş, məsləkdaş sayılmırlar. Bəziləri ölkələrindəki ağır iqtisadi-siyasi vəziyyət ucbatından Türkiyəyə işləməyə gəliblər. Həmin kütlə üçün qondarma "soyqırımı"ndan da vacib güzəranlarıdır. Bir qrup erməni isə sovet Hakimiyyəti dövründə illeqal şəkildə Türkiyədə sığınacaq tapanlardır. Onlar həmin zamanlar Erməni İnqilab Federasiyası Daşnaksütnunun diktaturasından qaçıb Türkiyə vətəndaşlığı alıblar.

- Bildiyiniz kimi, bu gün Ermənistan Azərbaycan torpaqlarının da 20 faizini işğal altında saxlayır. Bu barədə fikirlərinizi eşitmək istərdim.

- Hələ 19-cu əsrdə Çar Rusiyası, sonralar Stalin quruluşu erməniləri Azərbaycana qarşı düşmən mövqeyində yetişdirib. Hətta şərqdə ilk cümhuriyyətin dağılmasında da ermənilərin böyük payı var. Bu gün Azərbaycan müstəqil ölkədir. Bu, sevindirici faktdır. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hələ də öz həllini tapmayıb. Amma biz bu qətnamələrlə razılaşırıq və məsələnin Azərbaycanın xeyrinə həll olunacağını gözləyirik. Bilirsiniz, tarixən belə olub ki, təbii sərvətlərilə öyünə bilməyən kasıb ölkələr qonşu torpaqlarına göz dikiblər. Eyni hal Qarabağ münaqişəsinə də aiddir. Dənizi, nefti, digər sərvətləri olmayan Ermənistan bu gün Azərbaycana məxsus torpaqları işğal edib. Hətta bir əsr keçmişə qayıdaq. Ermənistan və Gürcüstan 1918-1920-ci illərdə Azərbaycan və Türkiyəyə qarşı müttəfiq olub işğalçı siyasəti yürüdürdülər. Cənab Paşinyan aydın görməlidir ki, dövlətinin yürütdüyü işğalçı siyasəti, yad torpağa sahib olmaq ambisiyası hər iki xalqın taleyinə mənfi təsir edir. Ümid edək, gözləyək ki, o, yanlış addımından tezliklə geri duracaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm