Afrikanın ən qorxunc ənənəsi Azərbaycanda: bədənin inanılmaz yerlərini deşirlər və... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Afrikanın ən qorxunc ənənəsi Azərbaycanda: bədənin inanılmaz yerlərini deşirlər və... - MÜSAHİBƏ

Bir neçə il əvvəl bədəninin müxtəlif nöqtələrinə pirsinq etdirənlərin sayı az idisə, bu gün dəbin ardınca gedən hər kəs vücudunu sırğalarla bəzəyir. Bəli, müasir insan ağrıdan çəkinmir, ağlınıza gəlməyən ən riskli nöqtələrini deşib küknar kimi sırğalara bürünür.

Bütün qəribə ənənələr kimi pirsinqin də kökü Afrikadan gəlir. Hətta günü bu gün Afrika qəbilə və tayfaları ən qorxunc pirsinq növləri ilə bizi heyrətləndirməyə davam edirlər. Planet tarixində qulaq və dodağını deşib sırğa taxan ilk tayfa masailər olub. "Tunel" adlanan çox enli deşiklərin sayının çoxluğu tayfa üzvünün sosial durumdan xəbər verirdi.

Картинки по запросу пирсинг африканцы

Bir sıra qədim dövlətlərdə isə kölələrin və qulların qulağına halqa sırğa taxılardı.

Müasir pirsinqlər 20-ci əsrdən etibarən dəbə minməyə başladı. Ötən yüzilliyin əvvələrində qulaqlarını deşdirənlərin böyük hissəsi incəsənət nümayəndələri idi. Onların fan-klublarına daxil olmaq istəyənlər də eyni nöqtələrini deşdirib sırğa taxırdılar.

Onu da deyim ki, istənilən nahiyəyə edilən pirsinqin öz tarixi var. Məsələn, göbək pirsinqi qədim Misir qızlarından qalan ənənədir. Göbəyinə sırğa taxan Misir qadınları firon ailəsindən olan ali zümrənin üzvü sayılırdılar. Qulaq deşmək isə qızıl dərili amerikanların yadigarıdır. Onlar hesab edirdilər ki, qulağa, hətta dodaq və buruna taxılan sırğa bədəni cinlərdən qoruyur. Avropada yalnız ekvatoru keçən matrosların qulağında sırğaya rast gəlmək olurdu.

Ötən əsrin 80-ci illərindən sonra isə reperlər və “underground” musiqiçilər arasında pirsinq dalğası yayılmağa başladı.

Hətta bir maraqlı məqamı da nəzərinizə çatdırım ki, dil pirsinqinin tarixi şamanlığa dirənir. Qədim əyyamlarda şamanlar dillərini deşib sırğa taxardılar ki, tanrılarla ünsiyyətləri möhkəmlənsin.

Bu gün isə insanlar individuallıqlarını nümayiş etdirmək, seksuallıqlarına bir az da cazibə qatmaq üçün pirsinqə meyllənirlər.

Publika.az-ın həmsöhbəti ən ekstremal pirsinqlərini təhlükəsiz və minimal ağrı ilə həyata keçirən Aysel Məmmədovadır.

Onunla söhbətimizdə dəlinməmiş məqamlara aydınlıq gətirməyə çalışdıq.

- Pirsinq problemli prosedur deyil. Amma hamilə və süd verən qadınlara qadağan olunmalıdır. Çünki bu müddət ərzində immun sistemi aşağı düşür, saç və dişlər zəifləyir. Bədənin bütün vitamin və minerallarını dölə verdiyi üçün açılan yaranı sağaltmağa gücü çatmır. Çox vaxt müraciət edən xanımlar deyir ki, 5 dəqiqəlik işdir, çətin heç nə yoxdur. Belə barmaqarası yanaşmaq doğru deyil. Əmizdirmə dövründən sonra isə yenə sağlıq durumu nəzərə alınmalıdır ki, pirsinq həyata keçirilsin. Sadaladığım şərtlər şəkər xəstələrinə də aiddir. Bu xəstəlik zamanı, təəssüf ki, yara sağalmır. Hətta ötən dəfə bir müştəri müraciət etmişdi. Qulağında herpes vardı. Özü dedi ki, immunitetim zəifləyən kimi herpes yaranır. Demək ki, immunitet daim oynayır. Bu da pirsinq edəndən sonra özünü göstərəcək.

- Hamını maraqlandıran sual. Pirsinq neçə müddətə sağalır?

- İstər qığırdaq, istərsə də qulaq məməsi olsun, pirsinqin sağalmağına minimum 6 ay tələb olunur. Müştəri iki həftədən sonra düşünə bilər ki, yarası artıq sağalıb. Lakin dəliyin içində dəri əmələ gəlməsi uzun müddət aparır. Pirsinqdən sonra gigiyena şərtlərinə mütləq əməl olunmalıdır. Adi yaranı necə qanatmaq, toxunmaq olmazsa, pirsinqə də eyni həssaslıqla yanaşmaq lazımdır. Bəziləri düşünür ki, uzun müddət su vurmaq olmaz, hətta bir neçə gün çimmir. Bu müddətdə havadakı mikrob, toz dəriyə hopur. Odur ki, təmizliyə riayət etmək mütləq şərtdir. Pirsinq etdirəndən sonra həmin nahiyənin üstündə yatmaq da qadağandır. Yaxud qolunuzu qulağın altına qoyub dəstək verməlisiniz.

- Bu gün qulaq deşmək adi gözəllik salonlarında da gerçəkləşdirilir. Siz isə eksremal sayılan pirsinqlərin öhdəsindən gəlirsiniz.

- Bu işə həvəskar kimi başlamışam. Sonra Rusiyada akademiyada təhsil almışam. Hazırda konfranslarda da iştirak edirəm. Bu individual peşədir. Ustaların sağalmaq üçün yazdıqları dərmanlar da fərqlidir. Mütəmadi xaricdə təşkil olunan konfranslara qatılıram. Rusiyada son iki ayda antiseptik qulluq kimi yalnız sudan istifadə olunur. Yəni başqa heç bir dərman, məlhəm vurulmur. Mən isə bilirəm ki, yaşadığımız ərazinin coğrafi şəraiti buna uyğun deyil və xanımlarımızın dərisi daha qalın və yağlıdır. Odur ki, öz üsullarımdan istifadə edirəm.

- Otağınıza girəndə daha rahat, dağınıq ortam görəcəyimə ümid edirdim, amma cərrahiyyə kabineti ilə rastlaşdım.

- Pirsinq təcrübə ilə formalaşan işdir. 100 faiz əməl olunmalı əsas qaydası sanitariya şərtləridir. Bütün alətlər bir istifadəlik olmalıdır ki, insanları gözəlləşdirməyə çalışarkən sağlamlıqlarına zərər yetirməyək.

Похожее изображение

- Aysel xanım, mikrodermal pirsinq növü yenicə yayılmağa başlayıb. Bu haqda məlumat verə bilərsiniz?

- Mikrodermal artıq 4 ildir ki, Azərbaycanda yayılıb. Bu qaşlı pirsinq növünü ilk dəfə mən etməyə başlamışam.

- Mikrodermal pirsinqlər dəriyə yeridilir və çıxışı yoxdur. Qeyri-peşəkar yanaşma ola bilər, amma mən çıxışı olmayan pirsinqlər etdirməkdən çox qorxuram.

- Bu pirsinqlər dərinin üst təbəqəsindəki piy qatına edilir. Hətta stomatologiyada istifadə olunan implant materialı sayılan titan sırğalar, qaşlar taxılır. Bu metalın heç bir allergik təsiri yoxdur. Özüm də artıq 4 ildir, mikrodermal qaş taxıram. Fikrimcə, çox estetik və gözəldir. İnsanlar hər görəndə, təəccüblə baxırlar.

- Qığırdaqla qulaq məməsi pirsinqlərinin fərqlərini izah edə bilərsiniz?

- Ümumiyyətlə, qığırdaqda sinir yoxdur. Qığırdaq bərk olduğuna görə dəlmə prosesi zamanı tapançadan istifadə etmək olmaz. Qığırdaq iynə ilə deşiləndən sonra usta müştərini bir müddət nəzarətdə saxlamalıdır. Çünki biz dəri ilə işləyirik. Dərinin reaksiyası isə şiş verməkdir. Müştəri bir aydan sonra məsuliyyət daşıyıb ustanın yanına müayinəyə getməlidir. Bu, hər iki tərəf üçün rahatlıqdır.

- Dediniz tapança ilə qığırdağı dəlmək qadağandır. Bu məqamı bir az dərindən izah edə bilərsiniz?

- Bilirsiniz, tapança ilə pirsinq zamanı qulağı iynə yox, sırğa dəlir. Sırğanın ucu isə iynə kimi iti olmur. Qığırdaq bərk olduğundan sırğanın ucu dərini zədələyə bilər. İynə deyəndə tikiş iynəsini nəzərdə tutmuruq. Söhbət cərrahi skalperdən hazırlanmış ucu şiş alətdən gedir.

- Aysel xanım, ən çox qarşılaşdığınız sual yəqin ki, budur: pirsinq edərkən keyidicidən istifadə olunmalıdır?

- Keyidicidən uşaqlarda istifadə etmək olar, amma böyüklər keyitməsiz keçinməlidirlər. Orqanizmə narkoz yeridiləndə, sağlam hüceyrə və sinirlər ölür. Pirsinq nahiyəsinə də keyidici tətbiq edəndə dəriyə şiş verir. Şiş çəkiləndən sonra dəlik açılan kanal əyilir. Hətta bir dəfə iş yoldaşım xahiş etdi ki, mənə keyidici ilə pirsinq et, başqa cür dözə bilmərəm. Ertəsi gün qulağı şişib çox kritik duruma gəldi. Ona görə müştərilərimə tövsiyə edirəm ki, keyidicidən uzaq dursunlar.

- Ümumiyyətlə, işiniz təhlükəlidir. Heç olubmu ki, müştəriyə pirsinq edəndən bir müddət sonra gəlib etirazını, iradını bildirsin?

- Dəfələrlə olub. Amma mən öz dərimə də müxtəlif növ pirsinq edirəm. Nəticə göz qabağındadır, doğru seçilən sırğa və məsuliyyət yaranı tez sağaldır. Doğrudur, heç kim mənfi nəticədən sığortalanmayıb, amma əsas məsuliyyət öz üzərimizə düşür.

- Ən yeni pirsinq trendləri hansılardır?

- Bayaq da dediyim kimi mikrodermal, qulağın içərisindəki deis, göbək pirsinqləri əsas trendlərdir.

- Əvvəllər pirsinqə yalnız rok ifaçılarında, onların fanatlarında rast gəlinərdi. Bu gün adi müəllimə, həkim, yaxud evdar xanımlar da bədənlərinin müxtəlif nöqtələrinə dəlik açdırır.

- Bəli, artıq müraciət edənlər çoxdur. Məsələn, bir az yaşlı xanımlar utanaraq müraciət edirlər. Bu kompleksi anlamıram. Əsas nəzərə almaq lazımdır ki, müştərinin 18 yaşı tamam olmadan valideyn icazə vermirsə, pirsinq etmirəm. 16 yaşa qədər müştərilərlə isə ümumiyyətlə işləmirəm. Pirsinq böyük məsuliyyətdir. Onu tamlığı ilə dərk etmək lazımdır. Bədənə gözəllik qatan aksessuardır, estetikadır... Dərk etdiyiniz vaxtda qərar verməlisiniz. Doğrudur, tatu kimi ömürlük deyil, amma orqanizmin ağrısı hesabına başa gələn prosedurdur. Məsuliyyəti hiss etmək lazımdır.

- Dediniz 16 yaşadək olan müştəriləri geri çevirirsiniz.

- 16 yaşa qədər olan yeniyetmələrin orqanizmi bu ağırlığa tab gətirmir. Müraciət edənlər çoxdur, xüsusən də göbək pirsinqi üçün gəlirlər. Amma düşünürəm ki, o yaşda fikirlərini dərslərinə yönəltmək daha çox məqsədəuyğundur. 16-18 yaş arası müştəri ilə valideyn özü də gəlməlidir. Məsləhətləşəndən sonra pirsinq edirəm. Hətta bəzən analar 12 yaşlı uşağı gətirirlər ki, göbək pirsinqi istəyir. Təbii ki, razılaşmıram. Hətta Rusiyada akademiyada oxuduğum vaxtlar qızların ilk qulaq dəliyini 14 yaşda da açmağı tövsiyə etmirdilər.

- Amma bizdə belə bir adət var ki, qız uşağı doğulursa, 1 yaşına qədər qulağı deşilib sırğa taxılmalıdır.

- Bu, yanlış düşüncədir. Bəzən gənc qızlar gəlir, körpəlikdə açılan qulaq dəliklərini düzəldirik. Uşaq aktiv olur, çox şeyi dərk etmir. Dəlik açmağa icazə vermir. Buna görə də nəticə ürəkaçan olmur. Ən əsası burun və qulaq daim böyüyən orqandır. İllər keçdikcə forması da dəyişə bilər. Məsələn, sağla sol qulaqdakı dəliklər arasında fərq yarana bilər. Ona görə pirsinqin müəyyən yaşı olmalıdır.

- Bu fikir bizim ölkəmiz üçün inqilabdır. Amma bir o qədər də məntiqlidir.

Похожее изображение

- Heç olur ki, məsələn, 70 yaşlı müştəri gəlib elə bir yerinə pirsinq etməyinizi istəyir ki, təəccüblənirsiniz?

- Olur. Amma təəccüblənmirəm. Əksinə sevinirəm ki, insanlar bu komplekslərini yenməyi bacarırlar. Dəfələrlə olub ki, hicablı, niqablı qadınlar intim bölgələrinə pirsinq etməyimi istəyiblər. Əksəriyyəti ailəlidir. Dini baxımdan nə dərəcədə məqbul olduğunu soruşanda isə deyirlər ki, müqəddəs kitabımızda bu haqda heç nə yazılmayıb. Dindar kişilər isə deyirlər ki, peyğəmbərimizin qulağında sırğa olub. Haram deyil. Hamısını razı salmağa çalışıram.

Bir də onu deyim ki, çətini birinciyə qədərdir. Sonra insanda pirsinq alışqanlığı yaranır, artıq yenilərini də etdirmək istəyir. Gigiyenik şərtlər və sağlamlığınız buna imkan verirsə, özünüzü zövqdən məhrum etməyin.

Leyla Sarabi,

Fotolar: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm