Kraliçanın ailəsi ilə bağlı gizli məqamlar üzə çıxdı - SENSASİYALI FAKTLAR
Bizi izləyin

Xüsusi

Kraliçanın ailəsi ilə bağlı gizli məqamlar üzə çıxdı - SENSASİYALI FAKTLAR

Onun ən son arzusu şahzadə ilə ailə qurmaq idi. Amma elə birinci görüşdən, ilk baxışdan aşiq oldu.

Danimarkanın kraliçası II Marqaret və həyat yoldaşı Henrix artıq 52 ildir bir həyatı paylaşır, eyni yastığa baş qoyurlar.

Kim deyir ki, ailə həyatı yağ və bal gölüdür. Düz 52 ildir, bu gözəl cütlük həyatın bütün çətinliklərinə, tufanına birgə sinə gərir.

Bəli, mövzumuzun qəhrəmanları Danimarka kraliçası və sevimli əridir.

Publika.az xəbər verir ki, Marqaret Aleksandrina Torxildur İnqrid 1940-cı il 16 aprel tarixində Danimarkanın paytaxtı Kopenhagenin Alienborq sarayında doğulub. Atası Frederik, anası İnqrid taxt varisləri idilər.

Marqaret dünyaya gələndə Danimarkanın cırtdan krallığı bir həftə idi ki, faşist Almaniyası tərəfindən mühasirəyə alınmışdı. Ölkənin bu ağır vaxtlarında körpənin gəlişi sanki günəşin doğulmağına işarə idi.

Похожее изображение

Qızcığazın valideynləri hesab edirdilər ki, ölkənin gələcək monarxı güclü təhsil almalı, intellekt və davranışları ilə hər kəsə nümunə olmalıdır. Odur ki, gələcəyin kraliçası məktəb təhsili ilə yanaşı evdə də əlavə dərslərlə məşğul olur, gələcəyinə azuqə toplayırdı. Məktəbi bitirəndən sonra Marqaret öncə Kopenhagen universitetində fəlsəfə, sonra isə Kembric universitetində arxeologiya ixtisası üzrə təhsil alır. Bu da azmış kimi Sorbonna və London Universitetlərini də bitirir.

Marqaret hələ yeniyetməlik vaxtlarından kral babası ilə birgə Roma yaxınlığındakı qazıntılarda iştirak edirdi. Şahzadənin fitri istedadını da ilk dəfə babası kral Qustav VI Adolf kəşf edir. Kral anlayır ki, dövləti idarə etmək üçün cinsiyyət limiti olmamalıdır. Marqaretin özündən başqa 2 bacısı da vardı. 1953-cü ildə Danimarka taxt varisliyi haqda qanuna dəyişiklik olunur. Qanun islahatı kralın böyük qızı Marqaretin gələcəyini müəyyən edir.

1958-ci ildə şahzadə Marqaret Dövlət Şurasının üzvü qəbul edilir. Həmin gündən etibarən 18 yaşlı şahzadənin əsas vəzifəsi ölkə daxili və xaricində baş tutan rəsmi görüşlərdə atasını müşayiət etmək idi.

Elə bu səfərlərin birində Marqaret gələcək əri ilə tanış olacaqdı.

Похожее изображение

Kraliça Marqaretin həyat yoldaşı əslən fransız Qraf de Labord de Monpeza 1934-cü ildə doğulub. Qraf da dünyagörüş və savad baxımından kraliçadan heç də geri qalmır. Hüquq və siyasi təhsili ilə yanaşı bir sıra şərq dillərində də danışır.

Əlcəzair müharibəsindən qayıdan gənc Anri Fransa Xarici İşlər Nazirliyinin Asiya departamentində işə başlayır. Daha sonra Fransanın Britaniyadakı səfirinin üçüncü müşaviri vəzifəsinə layiq görülür. Gələcəyin kraliçası ilə də Londonda tanış olur.

İllər sonra Anri etiraf edir ki, ilk görüşləri baş tutan ziyafətə Danimarka şahzadəsinin gələcəyini öyrənən kimi qatılmaqdan imtina edir.
Çünki şahzadənin timsalında özündən razı, hədsiz kaprizli və eqoist saray qızı ilə rastlaşacağından əmin idi.

Lakin gerçək şahzadə Anrinin xəyallarındakı saray qızına bənzəmirdi. Görüş zamanı diplomatın qarşısına istənilən mövzunu barədə danışa bilən, mehriban və sakit təbiətli əsilzadə xanım çıxır.

Hətta bir müddət sonra Anri Danimarkaya səfər edəndə onu hava limanında Marqaret özü qarşılayır.

Şahzadə diplomata olan sevgisini artıq gizlədə bilmirdi. Tezliklə Anri və Şahzadə Marqaretin nişanı barədə məlumat yayılır. 1967-cı ildə isə cütlük ailə qurur. Nikahdan sonra Anri “Əlahəzrət şahzadə Henrix Danimarkalı” tituluna layiq görülür. Doğrudur, bütün kişilər kimi Şahzadə Henrix də kraliça xanımının kölgəsində qalmaqdan məmnun deyildi, amma bütün gücünü övladlarının təlim-tərbiyəsinə yönəldirdi.

Henrix həmçinin bir-birindən gözəl şeirlərin müəllifidir.

Kraliça həyat yoldaşının köməkçi obrazından narahat olduğu üçün onu bir sıra yaradıcı işlərə cəlb edir.

Danimarka kraliçası istedadlı rəssamdır, kitablar üçün illüstrasiyalar, teatr tamaşaları üçün libaslar və dekorlar hazırlayır. Şahzadə isə hər zaman sadəcə kraliçanın həyat yoldaşı olmağa üstünlük verir. Lakin bu aysberqin görünən hissəsidir.

Əslində isə Danimarka xalqı kraliçasını nə qədər sevib qürur duyursa, aciz və daim diqqətsizlik sindromundan şikayətlənən şahzadə Henrixə bir o qədər nifrət edir. Bu baxımdan kraliça bəzən də ərinin arxasında durmağı bacarır.

2002-ci ildə dövlət Henrixə qarşı növbəti ziddiyətli qanun qəbul edir. Belə ki, Marqaretin yoxluğunda Henrixin qəbul etdiyi bütün qərarlar böyük oğlu Frederikin öhdəsinə keçirilir.

Bu çevrilişdən qəlbi küsən Henrix doğma torpaqlarına geri dönür. Kraliça ərinin ardından gedib bir müddət könlün alandan sonra birgə Danimarkaya qayıdırlar.

2016-cı ildə Şahzadə Henrix təqaüdə çıxır və bu barədə rəsmi xəbər yayılır. Əslində isə kraliça ərinin sadəcə həyat yoldaşı statusundan çox məmnundur. Çünki monarxların tam azad səlahiyyətlərə malikdirlər. Marqaretin 52 illik ailə həyatı isə təmiz sevgidən qaynaqlanır.

Kraliça ilə Henrixin iki oğlu var. Böyük oğlu Frederik anasının taxtının varisidir. Xatırladım ki, Danimarkanın kral ailəsinin adətinə görə varisin adı ya Frederik ya da Kristian olmalıdır. Cütlüyün ikinci övladı şahzadə İoahimdir.

Maraqlı məlumatın biri də odur ki, kraliça yalnız öz oğullarının anası deyil. O, həmçinin Hollandiya kralı Villem Aleksandrın, isveç şahzadəsi Karl Filippin, eləcə də Yunanıstan şahzadələrinin xaç anasıdır.

Marqaret hər zaman qürurla etiraf edir ki, onun üçün ən nümunəvi monarx II Yelizavetadır.

Son vaxtlar kral ailəsinin ətrafında şayiələr yayılmağa başlayıb. Belə ki, yaxın günlərdə 83 yaşlı Henrix dünyasını dəyişərsə, kraliça həat yoldaşının yanında basdırılmaq istəmədiyini bildirib. Ümumiyyətlə isə, kral ailəsi dəfələrlə KİV-lərin sensasiyalı materiallarının qəhrəmanına çevrilib.

Belə ki, Henrix Marqaretlə evləndiyi il geniş müsahibə verir. Müsahibədə qadınlara ciddi karyera yaraşdırmadığını, ailənin təməlinin kişi olduğunu vurğulayır.

Danimarka xalqı 52 ildir ki, bu etirafı əlində bayraq edib Henrixin gözü önündə dalğalandırır.
Hətta bir dəfə müsahibədə Henrix uşaqları heyvanlara bənzədir: "Uşaqlar it və atlar kimidirlər. Onlarla xoş münasibət qurmaq istəyirsinizsə, öncə əhilləşdirməlisiniz. Dəfələrlə sillə dadmışam, amma həyatım boyu bunun zərərini görməmişəm”.

83 yaşlı şahzadə Henrix artıq kraliçanı səfərlərdə müşayiət etmir. Kraliça bu durumu müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışsa da cəhdləri uğursuz alınır.

Lakin kral ailəsinin həyatını araşdıran mütəxəssislər şahzadə Henrixin daxilən kifayət qədər zəngin insan olduğunu vurğulayırlar.

“Şahzadə Henrix varlığı ilə bütün kral ailəsinin həyatına rəng qatır. Şahzadə Marqaret razılıq versəydi, monarx tituluna özü yox, həyat yoldaşı layiq görülərdi. Lakin o, bunu etmədi. Şahzadə Henrix isə arvadının ali vəzifəsini əlindən almaq yerinə, özü ikinci plana keçdi”.

Bir çox mənbələrdə isə Henrixin oğullarına danimarkalı qızla evlənmək qadağası qoyduğu haqda məlumat var. Məhz bu səbəbdən hər iki övladı digər millətin nümayəndələri ilə ailə qurub.

Kral taxtının varisi Frederiklə avstraliyalı arvadı Meri haqda söz-söhbətlər səngimir. Frederikin davamlı xəyanətləri artıq medianın əsas xəbərləri sırasındadır.

Ötən il Danimarkanın “Ekstra Bladet” qəzetinə sensasiyalı müsahibə verən seksoloq Yakob Orlik bir çox məşhur danimarkalının yatağından keçən fahişə qadının etiraflarını yaymışdı. Seksoloqun keçmiş məşuqəsi olan bu qadın gələcək kralın onu maddi cəhətdən təmin etdiyini də bildirmişdi. Həmçinin əlavə edim ki, gələcəyin kralı içki düşkünüdür.

Şahzadə İoahim də çox vaxt mətbuatın yağlı tikəsinə çevrilir. Sevərək ailə qurduğu həyat yoldaşı şahzadə Aleksandra bir vaxtlar Danimarka xalqının sevimlisi idi. Bir müddət sonra isə Aleksandra ərinə fotoqraf məşuqu ilə xəyanət edir. Cütlük boşandıqdan sonra Aleksandranın şahzadə titulu əlindən alınır və özündən 14 yaş kiçik sevgilisi ilə ailə qurur.

Kraliçanın özü də ideal deyil. İstirahətlərin birində nəvələrinin yanında siqaret çəkməyi ilə gündəm olan Marqaret mənfi reaksiyalarla qarşılaşmışdı. Hətta “Nənəcan, siqareti söndür” başlıqlı məqalələr yayılmışdı. Demək olar ki, bir çox məkanlarda siqaretlə yaxalanan kraliçanın nəinki öz nəvələrinə, eləcə də gənc danimarkalılara da pis nümunə olduğu bildirilmişdi.

Kraliçanın mehriban düşmən əri isə yenə onu müdafiə etmişdi: "Arvadımdan əl çəkin. İnsan siqaretdən ölmək istəyirsə, mane olmayın. Ümumiyyətlə, başqasının şəxsi işlərinə qarışmaq sizə nə verir? Həyat yoldaşımın anası şahzadə İnqrid siqaretə qızından çox meylli idi. Özü də 90 yaşından dünyadan köçdü. Yəni demək istəyirəm ki, uzun ömürlülüyün səbəbi siqaretdən imtina deyil”.

İstənilən halda bu gün Danimarka dünyanın ən gözəl, inkişaf etmiş, demokratik və azad ölkələrindən biridir. Dövlətin sıravi insanları kral sarayının ətrafında rahat gəzişə və kral ailəsi ilə xoş münasibət qura bilirlər. Bəli, Danimarka böyük bir kral ailəsidir. Hansı ailənin qüsurları yoxdur ki?!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm