Xüsusi
Bu gün bizim susmaq günümüzdür - Baş redaktor
Azərbaycan mediasında xüsusi dəsti-xətti ilə seçilən “Aznews.az” saytı 7 yaşını qeyd edir.
Publika.az bu münasibətlə saytın baş redaktoru Taleh Şahsuvarlı ilə həmsöhbət olub.
- “Aznews.az” öz ömrünə necə başladı?
- “Aznews.az” analitik informasiya portalı artıq yeddinci ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində sayt öz adını Azərbaycan cəmiyyətinə, siyasi dairələrinə, media cameəsinə mötəbər brend kimi təqdim edə bilib. Ona görə də mən hər şeydən əvvəl bu saytın yaranmasında, inkişafında əziyyəti olan bütün jurnalistləri təbrik edirəm. Artıq bir ildir ki, mən bu sayta rəhbərlik edirəm. Bu bir il ərzində hansı uğurlarımız olub sualına cavab vermək istəmirəm. Çünki bu gün bizim danışmaq yox, susmaq günümüzdür. Hesab edirəm ki, dəyərli oxucularımız zəhmətimizi yetərincə qiymətləndirə bilir. Əlbəttə, səhvlərimiz, nöqsanlarımız ola bilər. Əsas məsələ onları aradan qaldıraraq, hədəflərimizə, qarşıya qoyulan məqsədlərə çatmaqdır. Bununla bağlı bizim üçün müsbət bir təkan var. Bu da hazırda komandamızın mütəşəkkilliyi, psixoloji təzyiqdən uzaq olması, rahat və səmimi mühitdə çalışaraq yaxşı dostluq münasibətləri çərçivəsində məqsədlərə nail olmaq yolunda birgə addımlamasıdır.
- Baş redaktor kimi öz kollektivinizdən razısınızmı?
- Bu sualın iki tərəfi var. Bu gün birlikdə çalışan insanların hər biri çox istedadlı və qabiliyyətli jurnalistlərdir. Onlardan bəzisi təcrübəlidir, bəziləri cəmi bir il əvvəl ölkənin ən prestijli universitetlərini bitirərək bizim aramıza qatılıb. Buna baxmayaraq, onların hər biri öz sahəsi üzrə yaxşı təcrübə qazanıblar. Məsələn, Səidə Nurməmmədli, Pərvanə Ağazadə hazırda yetərincə ümid vəd edən jurnalistlərdir. Mən onların Azərbaycan mətbuatında çox ciddi işlər görə biləcəyinə inanıram. Eyni zamanda, Babək Göyüşlü, Bahar Rüstəmlini də təcrübəli isimlər siyahısına əlavə etmək olar. Nigar Orucova, Aynur Ələkbərova və Rəqsanə xanım da bizimlə çiyin-çiyinə işləyən istedadlı əməkdaşlarımızdır. Sözün açığı, onların hər birindən çox razıyam. Çünki hər birinin özünəməxsus dəsti-xətti var.
- “Aznews.az”da hansı yeniliklər etməyi düşünürsünüz?
- Mətbuat hər zaman yeniliklərə ehtiyacı olan sahədir. Gündən-günə təkmilləşməlidir, inkişaf etdirilməlidir. Biz də hazırda bəzi yeniliklər üzərində işləyirik. Azərbaycanda artıq görüntülü xəbər önə çıxıb. Biz də öz xəbərlərimizi görüntülü variantda təqdim etmək üçün müəyyən planlar üzərində çalışırıq.
- Saytınızın Azərbaycan mətbuatında gələcək yerini necə təsəvvür edirsiniz?
- Jurnalistikanın beynəlxalq prinsiplərinə əməl etməyə çalışırıq. Əlbəttə ki, hər bir media strukturu həm də bir biznes layihəsidir. Biz də məsələyə daha çox bu şəkildə yanaşırıq ki, “Aznews.az” öz-özünü maliyyə ilə təmin edən, inkişaf edən, informasiya gətirən xəbər portalına çevrilsin. Bunun üçün də məqsədyönlü şəkildə fəaliyyət göstəririk. Eyni zamanda, bizim bəzi saytlardan fərqimiz ondan ibarətdir ki, burada fəaliyyət göstərən hər bir əməkdaş Azərbaycan dövlətinə, milli maraqlarına bağlı insanlardır. Millətə sadiq insanlar olaraq biz Azərbaycan davası aparırıq. Bu davaya az da olsa, töhfə verə biliriksə, bu da bizim uğurumuzdur. İnşallah bu uğurlar davamlı olar.
Publika.az saytının kollektivi olaraq həmkarlarımızı təbrik edir, informasiya müharibəsində qələmlərinin iti, xəbərlərinin qüvvətli olmasını diləyirik!
7 yaşın mübarək, “Aznews.az”!
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa23 Noyabr 19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL