Xüsusi
“İmtahan”ın aktrisası SİRLƏRİNİ AÇDI: Ailəmdən xəbərsiz "hə" dedim və... - VİDEOMÜSAHİBƏ
“Bacımı kastinqlərə aparanda bir rejissor mənə rol təklif elədi. Gəlib evdə dedim, əvvəlcə razı olmadılar. Sonra fikirləşdim ki, bu həyat mənimdir və qərarı özüm verməliyəm, səhvi də, düzləri də mənimdir. Sonra ailəmdən xəbərsiz rejissora “hə” dedim. Növbəti dəfə “İmtahan” serialından təklif gələndə artıq ailəmin xəbəri var idi və mənə dəstək oldular. Bu qərarı verməyə peşman olmadım. Çox qəribədir ki, bacımı kastinqlərə mən aparırdım, istəyirdim ki, o, bu sahədə özünü sınasın. Amma iş elə gətirdi ki, özüm aktrisa oldum. Bacım sonra aktrisa olmaq fikrindən daşındı”.
Bu sözləri “İmtahan” serialında əsas rollardan birini canlandıran aktrisa Üzel Kərimova Publika.az-a müsahibəsində deyib. Serialda canlandırdığı İnci obrazı ilə ortaq cəhətlərindən danışan aktrisa fikrini belə izah edib:
“Bəzi xüsusiyyətlərimiz oxşayır. Məsələn, mən də İnci kimi tez inanıram. Amma ümumilikdə bənzəmədiyimiz nüanslar daha çoxdur. Əslində həyatda xoşbəxt olmağın bir sirri də inanmaq və güvənməkdir. Güvənmək hissi insana rahatlıq gətirir. Bu etibardan sui-istifadə edənlər olur, amma sona qədər belə getmir”.
Türk vətəndaşı ilə evli olan Üzel Kərimova həyat yoldaşının sənətdə ona göstərdiyi dəstəkdən də danışıb:
“Həyat yoldaşım ən böyük dəstəkçimdir, azadlığıma çox düşkün insanam, yoldaşım mənə sərhəd qoymur”.
Uşaqlıq illərini yada salan aktrisa imkanlı ailənin övladı olsa da, ərköyün böyümədiyini bildirib:
“Məktəb illərində çox yaxşı imkanımız var idi, maddi baxımdan korluq çəkən ailədə böyüməmişəm. Amma cəmi iki şalvarım var idi. Çünki nənəm çox paltar almağa icazə vermirdi. Cibimdə bəlkə də bir ailənin maaşı qədər pulum olardı. Buna baxmayaraq, nənəm həmişə deyərdi ki, sənin o biri uşaqlardan heç bir fərqin yoxdur, onlar necə geyinəcəksə, sən də elə geyinəcəksən, onlar nə yeyəcəksə, sən də ondan yeyəcəksən. Bir tərəfdən də həddən artıq sərbəstliyimiz var idi. Bəzi məsələlərdə mühafizəkar olmaq lazımdır, digər məsələlərdə isə uşaqlara sərbəstlik vermək lazımdır ki, özlərini tapsınlar”.
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?



















.jpg)


.jpg)

















