Xüsusi
Nəsiminin yanında dəfn olunan sultan xanımı kimdir? - SİRLƏR AÇILIR (VİDEO)
“Hələb malik olduğu tarixi ekzotikanı müharibələrə və dağıntılara rəğmən qoruyub saxlaya bilib. Şəhərin özünəməxsus memarlıq strukturu və mətbəxi var. Həyətli evlər xüsusi dizaynda tikilib. Kiçik darvazadan böyük həyətə daxil olursan. Düz mərkəzdə səni hovuz qarşılayır. Hovuzun başında mütləq bir-iki ağac olur ki, bunlar da mandarinlə portağalın calağı olan meyvəyə aiddir. Daha sonra, evin qabağında eyvan formasında istirahət otağı kimi açıq zal var. Evlərin əksəriyyəti ikimərtəbəlidir. Hamam otaqları xüsusi məntiqlə tikilib. Qapının altında suyun axıdılması üçün mexanizm qurulub. Hamam otaqları digərlərinə nisbətən maili olur. Evin qapısı mütləq günçıxana, pəncərələri isə günbatana tərəf olmalıdır. Hava dövriyyəsi üçün də xüsusi pəncərələr qoyulub. Hələbin mətbəxi digər şəhərlərinkindən çox fərqlənir. Kababları məşhurdur. Məsələn, məni gilas kababına qonaq etmişdilər. Möhtəşəm daddır. İnsanları çox mehribandır. Qonağa xüsusi hörmət bəsləyirlər. Sanki bu insanlar bu qədər dəhşəti yaşamayıblar. Hər gün güllə, bomba səsi eşitməyiblər. Hələb tacirləri Azərbaycanla münasibətləri yenidən bərpa etmək istəyirlər. Qızılları, parçaları və ədviyyatları ilə məşhur bir şəhərdir. Hər küçəsi, kandarı tarix qoxur. Tarixi memarlığı xüsusilə möhtəşəmdir”.
Dahi Azərbaycan şairi, həyat faciəsi ilə əfsanələşmiş, vücudunun soyulmuş dərisində Azərbaycan fikir tarixini, şeirini, ədəbiyyatını və irsini həkk etdirən İmadəddin Nəsimi məhz belə bir şəhərdə uyuyur. Şamaxı kimi vaxtilə şahlıqlara, imperatorluqlara paytaxtlıq etmiş torpaqda dünyaya göz açan Nəsiminin vətəndən çox uzaq diyarlarda dəfn olunmasının təsəllisini, bəlkə də, belə bir tarix, sənət qoxan şəhərdə yatmasından ala bilərik.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, fotoqraf Orxan Əzim “Nəsimi ili”nə ən gözəl yekunu vurub. O, Suriyanın Hələb şəhərinə səfər edərək Nəsiminin məqbərəsini salamlayıb, fotoaparatının yaddaşında Nəsimi və onun simasında Azərbaycan xalqına doğmalaşmış Hələb şəhəri ilə fotosöhbətini gətirib.
Orxan Əzim bildirir ki, Nəsimi məqbərəsinin yerləşdiyi həyətdə bir neçə sufi qəbri var. Binanın cənub-qərb hissəsində Nəsiminin qəbri yerləşir. Deyirlər ki, Osmanlı sultanlarından Mustafa Paşa 1821-ci ildə hücrəni təmir etdirib, Nəsiminin həyat yoldaşının məzarını ora köçürüb və həmin qəbir indi də oradadır. Cənub hissədə fasadda 1775-ci ildə bir qəbrin yerləşdirildiyi haqda məlumat verilsə də, kimə aid olduğu yazılmayıb. Digər bir versiyaya görə, naməlum qəbir Osmanlı sultanlarından birinin həyat yoldaşına aiddir.
Publika.az-ın “Xüsusi” layihəsinin qonağı fotoqraf Orxan Əzimdir.
Zümrüd
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...














.webp)




.jpg)






.png)













.jpg)