Azərbaycanda 10 yaşlı qızdan hər kəsi ŞOKA SALACAQ ƏMƏL: “Biz evlənək”, “Səni sevirəm” dedi - VİDEO - (ARAŞDIRMA)
Bizi izləyin

Xüsusi

Azərbaycanda 10 yaşlı qızdan hər kəsi ŞOKA SALACAQ ƏMƏL: “Biz evlənək”, “Səni sevirəm” dedi - VİDEO - (ARAŞDIRMA)

Təsəvvür edin ki, 10 yaşlı bir qız özündən yaşca böyük ifaçılarla “Biz evlənək”, “Ölə bilərəm”, “Səni sevirəm”, “Məcnunam”, “Ay qız ölərəm sənin üçün” sevgi-məhəbbət mahnıları oxuyur və restoranlarda çıxış edir. Təsəvvür etdiyiniz bu hadisə nağıl və uydurma deyil, acı gerçəkliyin özüdür. Bu uşağın musiqi və rəqs istedadının olmasını inkar etmək haqqımız olmaya bilər, amma dünyəvi dəyərlər bizə haqq verir ki, 10 yaşlı uşağın mahnıda “Biz evlənək” sözlərini qəbul etməyək.

Sosial şəbəkələr demək olar ki, yaşından asılı olmayaraq hər kəsə özünü maksimum dərəcədə ifadə etməyə imkan verir, eyni zamanda uşaqlara. Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər uşaq əməyindən istifadəni qadağan etsə də, sosial şəbəkələr uşaqların bu və ya digər dərəcədə öz qabiliyyətini nümayiş etdirə bilməsi üçün yeni-yeni imkanlar təqdim edir. Özünüifadə üsullarının çeşidləri də genişdir. Lakin bütün uşaqların bu imkanlardan faydalı və düzgün şəkildə yararlandığını demək olmaz. Təəssüflə qeyd etməliyik ki, uşaq blogerlər arasında öz yaşıdlarına nümunə və ilham verəcəklər azdır.

Publika.az bu məsələ ilə bağlı ekspertlərin rəylərini öyrənib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə valideynlərin uşaqlarının özlərini bu cür tanıtdırmasına icazə verməsini kəskin tənqid edib:

Image result for kəmalə ağazadə

“Uşağın gənc reperlə dueti və rəqsi məni daha çox narahat etdi. Bu qız 10 yaşlı bir uşaqdır. Bu gün onun etdiyi bütün hərəkətlərin məsuliyyəti ədəbsiz valideynlərinin günahıdır. Qızın oxuduğu mahnının sözlərinə və rəqs edərkən ifadə etdiyi bədən dillərinə baxın, görün nəyi təmsil edir. O uşaq gözəl rəqs etsə və bundan zövq alsa da, nə etdiyini dərk etmir. Onun bu rəqsindən zövq alanlar kimdir?

Uşaq təhsildən yayındırılır, axşam saatlarında içki məclislərində pul müqabilində rəqs edir və əldə etdiyi qazancından onun valideynləri yararlanır. Bu uşağın vergi hesabı da yoxdur. Valideynlərini dindirsən, deyəcəklər ki, qızımız istedadlıdır, indidən tanıtmaq istəyirik. Amma sual yaranır ki, nə ilə tanıdırsınız, nəyi öyrətmək istəyirsiniz? Cəmiyyətə bu hərəkətləri ilə nəyi təbliğ edəcəklər? Ədəbli, əxlaqlı, savadlı gənc və vətənimizə xeyir verəcək nəslimiz tənəzzülə uğrayır. Üzümü tutub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bildirirəm ki, bu tip halları araşdırsınlar.

Əgər bu uşağın restoranlarda, toylarda, məclislərdə çıxış etdiyi təsdiqini taparsa, o zaman söhbət uşaq əməyinin istismarından gedəcək. Uşaq dərk etmir ki, istismar nədir. Əlbəttə ki, valideynlər bundan məsuliyyət daşıyır. Restoran sahiblərinə insaf arzulayıram, istəyirlər ki, məclislər daha maraqlı olsun, amma bu uşaqların sayəsində yox... Yadınızdadırsa, bir müddət əvvəl mələklər restoranların künclərində qalırdı, saat səkkizdən sonra onların çıxışları olurdu. Dəfələrlə uşaqları o vəziyyətdə görüb valideynlərini bütün uşaqlarla oradan çıxarmışam. Amma yenə də belə hallar var”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, 10 yaşlı qızın restoranda rəqs etməsi və kiminsə gətirib ona pul verməsi uşaq istismarıdır:

Image result for mehriban zeynalova

“İstismar odur ki, üçüncü tərəf gəlir götürsün. Burada valideyn gəlir götürür. Təbii ki, o uşağı restorana kənar adam yox, valideyni gəlir götürmək məqsədilə aparır. Təhsildən yayınırsa, yaşına yaraşmayan rəqslər edirsə və yaxud yaşına uyğun olmayan mahnılar oxuyursa, qanunvericiliyə əsasən istənilən şəxs qəyyumluq şöbəsinə yazıb uşağın istismarı barədə məlumat verməlidir. Daha sonra qəyyumluq şöbəsi hüquq-mühafizə orqanları qarşısında məsələni qaldırır.

Restoranlarda uşaqların mələk obrazında çıxış etməsi bir neçə il əvvəl aktual idi. Bununla bağlı uzun müddət mübarizə aparıldı və demək olar ki, müəyyən mənada qarşısı alındı”.

Ekspert iddia edib ki, bu məsələdə müəssisəni də cərimələmək lazımdır:

“Burada həm valideyn, həm də müəssisə cavabdehlik daşıyır. Əmək müfəttişliyinin qaynar xəttinə zəng vurub məlumat vermək lazımdır ki, məsələni nəzarətə götürsünlər. Eyni zamanda qəyyumluq şöbəsinə valideynləri ilə bağlı bildirmək lazımdır ki, uşaq təlim-tərbiyədən yayındırılır və qazanc məqsədilə əməyinin istismarı baş verir.

Qəyyumluq şöbəsinin araşdırmasına əsasən valideynlik hüququndan məhrum etmək, yaxud etməmək olar. Uşağın istismarı təsdiqlənərsə, təhsildən yayındırılıbsa, cinayətə cəlb etmək və ya cərimə ilə bu məsələ yekunlaşa bilər. Amma uşağın çıxış etdiyi müəssisələr böyük cərimə ilə yaxasını qurtara bilməyəcək.

Narınc Uşaq Psixologiya mərkəzinin baş uşaq psixoloqu Tünzalə Aslanova uşaq istismarında onların aldığı tramvalardan danışarkən valideynləri diqqətli olmağa səsləyib:

“Uşaq istismarı sön dönəmlərdə ən aktual problemlərdən biridir. Azərbaycan hüquqi dövlətdir, biz hüquqi dövlətdə yaşayırıq, vətəndaş kimi öz hüquqlarımızı bilməliyik ki, gələcəkdə hüquqlarımız tapdalanmasın və bizdən istifadə olunmasın. Azərbaycan qanunvericiliyinə əsasən 15 yaşına qədər uşaqların işlədilməsi qətiyyən yolverilməzdir. Lakin bəzi valideynlər, valideyni əvəz edən şəxslər bilərəkdən və ya bilməyərəkdən bu qaydanı pozurlar. İstismar dedikdə insanların ağlına daha çox fiziki və ağır işlərlə məşğul olan, əziyyət çəkən uşaqlar gəlir.

Emosional istismar hər kəsin qarşılaşmadığı durumdur. Son dönəmlərdə feysbuk, instaqram və ya tik-tok kimi sosial şəbəkələrdə baxdığımız videolarda emosional istismar hallarına tez-tez rast gələ bilərik. Məsələn, sosial şəbəkədə hansısa bir uşağın gözəl rəqs videosuna və ifasına baxıb zövq ala bilərik. Əslində bu cür videoların sosial şəbəkələrdə yayılması uşaqların emosional istismarı deməkdir. Əlbəttə ki, uşaqlar boş vaxtını səmərəli keçirməlidir və bu səmərə onların daha uğurlu olduğu tərəfə istiqamətləndirilməlidir. Məsələn, idmanı sevən uşaqları idmana, rəqsi sevən uşaqları rəqsə yönəltmək daha məqsədəuyğundur. Belə vərdişlərin sonradan qazanc məqsədinə çevrilməsi uşaqların istismarı ilə yekunlaşacaq.

Əgər hər hansı valideyn uşağının gözəl rəqs bacarıqlarından istifadə edərək ondan maddi qazanc əldə edirsə, onun hüquqlarını pozmuş olur. Bilirik ki, tədbirlər axşam 6-dan sonra başlayır. Bu saatlarda uşaqlar dincəlməlidir. Məclislərdə bir çox hallarda içki verilir və tütün məmulatları istifadə olunur. Uşaqların belə mühitdə olması artıq onların istismarı deməkdir. Çünki həmin vəziyyətdə oradakı insanların nə edəcəyini heç kim bilmir. Uşaq həmin mühitdə oynamaq və oxumaq məcburiyyətindədir deyə, çıxışı ərzində o mühitdə qalmalıdır. Bu da uşağın istismarı deməkdir. Belə hallara yol vermək olmaz. Həmin uşaqlar gələcəkdə şiddət yönümlü yetişir, mənəvi zənginliyə deyil, maddiyyata daha çox önəm verən şəxslərə çevrilirlər. Yeniyetməlik dönəmlərində aqressiv davranışlar sərgiləyir, əsasən narkotik, içki və siqaret kimi pis vərdişlərə aludə olurlar. Başlıcası belə uşaqlar təsir altına tez düşür və manipulyativ olur. Yaş dövrünü düzgün keçə bilmədiyi üçün kənardakıların təsiri altına daha tez düşür. Buradan valideynlərə səslənirəm, uşağımızı düzgün istiqamətləndirməliyik, ondan müəyyən qazanc mənbəyi olaraq istifadə etməməliyik. Unutmamalıyıq ki, uşaqlar bizim gələcəyimizdir. Gələcəyin təməlini isə biz qoyuruq. Uşaq sayəsində qazanılan pulu özünüz daha çox səy göstərərək əldə edə bilərsiniz, lakin uşağın saflığını heç kim qaytara bilməz. Həm qanuni, həm də insani tərəfdən uşaqların istismarına yol verməməliyik”.

Azərbaycan Uşaqlar Birliyinin hüquqşünası, eyni zamanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə UNICEF-in birgə layihəsi olan Hüquqi Mərkəzin rəhbəri Fariz Əkbərov bildirib ki, azyaşlıların müəyyən məkanlarda pul müqabilində çıxış etməsi uşaq istismarıdır:

Image result for Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə UNİCEF-in birgə layihəsi olan Hüquqi Mərkəzin rəhbəri Əkbərov

“Hüquqi cəhətdən baxdıqda, qanunvericiliyə əsasən uşaqların toyda rəqs etməsi uşaq istismarı hesab olunur. Bu, həm milli adət-ənənələr, həm də hüquqi baxımdan uzlaşmalıdır”.

Bəstəkar, musiqişünas Məryəm Əlibəyli vurğulayıb ki, uşaq mahnılarının sözləri digərlərindən fərqlənməlidir. O, 10 yaşlı Zəhranın mahnılarda sevgi-məhəbbət mövzularına müraciət etməsini pisləyib:

На изображении может находиться: Meryam Alibeyli, часть тела крупным планом

“30 ildir ki, uşaq musiqisi ilə məşğulam. Uşaq psixologiyasının formalaşması, düzgün tərbiyələnməsi, sağlam mühitdə inkişaf etməsi, xeyirli övlad və vətəndaş yetişdirmək üçün onun öz dünyası, əyləncəsi olmalıdır. Onların ən çox işlənən variantları mahnılardır. Hər bir uşaq teatrla və ya atrobatika ilə məşğul ola bilməz, amma mahnı oxuya bilər.

Uşaq psixologiyasında söz aparıcı qüvvələrdən biridir. Öz mahnılarımda sözlərə xüsusi diqqət ayırıram. Uşaqlar münəccim və ya sehrbaz kimi obrazlar haqqında yazılan mahnılarımı sevə-sevə oxuyur. Uşaqlar bundan zövq alırsa, müsbət emosiyalarını onları dinləyən digər uşaqlara da ötürürsə, məktəb, bağçalarda ifa olunursa, valideynlər və müəllimlər mənə müraciət edirsə, deməli, buna ehtiyac var.

Təsəvvür edin ki, özünü reklam etmək istəyən hər hansı qadın “Necə söhbətdir, ala” sözləri olan bir mahnı oxuyur. Bu qadının evində 10 yaşlı bir qızı böyüyürsə və anasından bunu görüb götürürsə, onun üçün bu adiləşir. Böyüklərə, uşaqlara, ümumiyyətlə xalqa nəyi göstərirsənsə, nələr təbliğ və təşviqat olunursa, bu vəziyyət kütlə üçün adiləşir. Təbii ki, uşaqlara da bu sirayət edir. Ata var ki, uşağın belinə muncuqlu yaylıq bağlayıb oynaması ilə fəxr edir, qürurla ona əl çalır.

Göbək rəqsinin özü bir sənətdir, amma bizim mentalitet üçün yox. Meyxana da gözəl sənətdir, amma onun da hansı formatda deyilməsinin tərzi var. Bəzən uşaqları böyüklərlə meyxana deməyə aparırlar. Uşaq gözəl söz sərrafı olsa da, deyişmədə bəzən digər mövzulara keçir, təhqir və söyüşdən istifadə edir. Əlbəttə ki, bu biabırçılıqdır. Uşaqların oxuya biləcəyi o qədər gözəl mövzular var ki... Vətən, ana, bayraq, dostluq, torpağa bağlılıq, heyvanlara sevgi və s. maksimum dərəcədə çalışırıq ki, mahnılarda uşaqlara vətənə bağlılıq və humanist dəyərləri aşılayaq. Amma mən təkəm və bu qəbildən olan uşaq mahnıları da azlıq təşkil edir.

Uşaqlara hər xalq mahnısı da oxutdurmaq olmaz. Niyə uşaq “Yar yaxasın düymələsin” və ya “Gəlmişəm otağına oyadam səni” kimi mahnıları oxumalıdır? Başqası yoxdur?

16 yaşına çatmamış uşağa sevgi mahnıları oxutdurmaq olmaz. Xəyalə Manaflı “İlk məhəbbət” mahnısını 16 yaşında ifa etmişdi. Bu da təsadüfi deyil, uşaqların ilk məhəbbəti 16 yaşında olur. Xəyalə Azərbaycanda ilk uşaq olub ki, estrada janrında mahnılar oxuyub. 5 yaşından 16 yaşına qədər ona icazə verilməyib ki, məhəbbət mövzularında mahnı oxusun. O mahnının özündə də uşaqlıq var idi. Həyatında nə isə baş verir, amma bilmir ki, bu nədir. Mahnının sözlərində məhəbbətin nə olduğu ona təbiətin dili ilə izah olunur. Hər bir vətəndaş da bu məsuliyyəti daşıyır.

Uşaqların doğum günü və ya bayram şənliklərində oxuması ayıb deyil. Amma bundan istifadə etmək olmaz. Uşaq partilərində təbii ki, onlar öz yaşıdları ilə birlikdə əylənə bilərlər”.

Musiqiçi qeyd edib ki, daha sonra televiziya kanalları onun rəhbərlik etdiyi uşaq qruplarına qadağa qoyub:

“ 4-5 il əvvəl “Can-bala” və “Noğullar” qrupu ilə “Space” kanalının səhər proqramında efirə çıxırdıq. Verilişin redaktor və ya aparıcısı hansısa müğənnidən rüşvət aldığı üçün müğənniyə də, həmin verilişdə “Can-bala” da olduğu üçün bizə kanal tərəfindən qadağa qoyuldu. Uşaq ona öyrətdiyim mahnını küçədə oxuyacaq? Və ya gedib hansısa icra hakimlərinə yalvaracağam ki, tədbirlərinizə bizi çağırın?”

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm