Lev Tolstoyun nəticəsi: Ən böyük arzum Azərbaycanı... - VİDEO
Bizi izləyin

Xüsusi

Lev Tolstoyun nəticəsi: Ən böyük arzum Azərbaycanı... - VİDEO

Fransada yaşayan rejissor, Lev Tolstoyun nəticəsi Maksim Marduxayev Azərbaycan torpağında baş verən hadisələrə münasibət bildirib. O, Qarabağ faciəsi haqda film ərsəyə gətirən ilk qərbli rejissor kimi, xalqımızın haqq mübarizəsi apardığını vurğulayıb.

Publika.az Maksim Marduxayevlə müsahibəni təqdim edir.

- Maksim, humanist Avropanın göz yumduğu Xocalı, Gəncə, Tərtər, ümumiyyətlə Qarabağda törədilən terrora münasibətinizi bilmək istərdim.

- Bütün bu faciələr insanlıq adına çox böyük ləkədir, həmçinin müharibənin yanlış çözüm yoludur. 30 ilə yaxındır ki, Azərbaycan öz torpağını geri qaytarmağa çalışır. Mən savaşın tərəfində deyiləm. Çünki dünyanın ən dəhşətli hadisəsi hesab edirəm. Lakin vacib bir məqam var. Mixail Qorbaçovun rəhbərlik etdiyi dövrdə erməni ordusu Azərbaycan ərazisinin 20 faizini işğal edib. İllərdir ki, bu haqsız təcavüz siyasəti həllini tapmırdı. Hər bir dövlət öz ərazi bütövlüyünü təmin etməlidir. Azərbaycan buna nail oldu.

- Doğrudur. Cənab prezidentimizin rəhbərliyi altında güclü ordumuz Qarabağı qarış-qarış düşmən tapdağından təmizlədi. ədaləti bərpa etdi.

- Cənab Əliyevin fəaliyyətini çox yüksək dəyərləndirirəm. 1941-ci ildə çəkilmiş bu fotoşəkilə diqqətlə baxmağınızı istəyirəm. Şarl de Qolla oğlu Filipi görürsünüz. Ata qürur və inamla oğluna baxır. Oğlu dənizçidir və fazişzmlə mübarizə aparırlar. Bu fotoşəkil mənə Heydər Əliyevlə İlham Əliyevin haqq mübarizəsini xatırladır. Ata əmindir ki, oğlu bu çətin savaşda mütləq qalib gələcək.

- Əminəm ki, ətrafınızdakı əcnəbilərin Azərbaycan haqda fikirləri də müxtəlifdir.

- Müxtəlif millətlərdən olan dost-tanışım var. İngilislər, fransızlar, amerikalılar və s. Çoxu Azərbaycan haqda məlumatsızdır. Mənim ən böyük arzum Azərbaycan haqda film çəkib, bu zəngin ölkənin gözəl obrazını dünyaya tanıtmaqdır. Azərbaycanın səmasında yenidən sülh bərqərar olmalıdır. Nə Xocalıda, nə Gəncədə, nə də digər şəhərlərdə bombalar uşaqların üzərinə yağmalı deyildi. Bəli, bu planetin havası, suyu, ağacları, meşələri, dağları hamısı biz insanlarındır. Bəs onda niyə tolerant Azərbaycan xalqı 30 ilə yaxındır ki, doğulduğu böyüdüyü evdən zorla qovulmuşdu? Hansı ədalətdən danışırıq?!

- Siz həmçinin azərbaycanlı məcburi köçkünlərin həyatından bəhs edən film çəkən ilk qərbli rejissorsunuz. Bütün qəlbimizlə inanaq ki, növbəti filmlərinizin ünvanı Azad Qarabağ torpağı olacaq.

- Qarabağ savaşı başlayandan bəri məcburi köçkünlərin ağır həyatına çox üzülürəm. Onların çətin güzəranından bəhs edən iki sənədli film çəkmişəm. Qarabağ haqda film hazırlayan ilk qərbli rejissor mən olmuşam. Savaş başlayandan bəri məcburi köçkünlərin ağır həyatına çox üzülürdüm. Düşünürəm ki, misiyamı tamamlamaq zamanıdır. “Qayıdış” adlı 3-cü hissəni ərsəyə gətirmək istəyirəm. Bu filmdə uşaqlığını, gəncliyini ekranlaşdırdığım məcburi köçkün qəhrəmanlarımın doğma vətənlərinə geri dönüşü təsvir olunacaq. Xüsusən də ermənilərin sıx yaşadığı Fransa, eləcə də bütün dünyada bu filmin nümayişinin vacib olduğunu zənn edirəm. Həmçinin Fransanın məşhur ARTE televiziya kanalı filmin nümayişində maraqlıdır. Layihəni gerçəkləşdirmək üçün Azərbaycanın aidiyyatı qurumlarını əməkdaşlığa və mənə dətək olmağa səsləyirəm.Bilirsiniz,Şuşada bitən xarı bülbül çiçəyi mənim üçün məhəbbət rəmzidir. Tezliklə sevgimizə qovuşmaq ümidi ilə...

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm