Xüsusi
Politoloq: İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qəhrəmanıdır
Bu gün ölkə vətəndaşlarının öz məktublarında, sosial şəbəkələrdə paylaşdıqları statuslarında dövlətimizin başçısına “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsini arzulamaları tamamilə təbii qəbul olunmalıdır.
Bu sözləri Publika.az-a müsahibəsində politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir və mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir.
- 2020-ci ildə prezident İlham Əliyevin daxili və xarici siyasətdə əldə etdiyi uğurlar nələr oldu? Və bu uğurların ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?
- 2020-ci ilin geridə qalan zaman kəsiyi ərzində Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin əldə etdiyi uğurların miqyası o qədər genişdir ki, qısa bir zaman ərzində nəinki təhlil etmək, heç sıralamaq da mümkün deyil. Bu baxımdan, yalnız ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən məqamlara diqqət çəkə bilərəm.
2020-ci ildə daxili siyasətdə əldə edilən ən böyük uğur, şübhəsiz ki, ölkədə həyata keçirilən islahatların daha intensiv xarakter alması, dövlət idarəçilik sisteminin daha çevik bir hala gətirilməsidir. Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında hələ 2019-cu ildən başlayan və dövlət idarəçilik sisteminin bütün istiqamətlərini əhatə edən struktur islahatlarının aparılması daxili siyasətdə sonrakı prosesləri stimullaşdıran amillər kimi mühün önəm daşıyır.
Prezidentin həyata keçirdiyi islahatların tərkib hissəsi kimi, siyasi sistemin təkmilləşdirilməsi, ölkədə sivil siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən tədbirləri ölkəmizin daxili siyasətində baş verən inqilabi dəyişikliklər kimi qiymətləndirmək olar. Məhz bu siyasətin nəticəsində Azərbaycanın daha əvvəllər bir masa arxasında oturmaları belə senssasiya kimi qəbul edilən, bir-biri ilə antoqanist münasibətdə olan siyasi təşkilatları ölkənin milli maraqları ilə bağlı bütün məsələlərdə bir araya gəlməyi, xarici təzyiqlərə qarşı vahid mövqedən çıxış etməyi bacardılar. Bu amil özünü 44 günlük Vətən Müharibəsi dönəmində daha qabarıq verdi və qənaətimə görə, ölkənin siyasi partiyalarının vahid, bütöv Azərbaycan qayəsi ətrafında, heç bir ilkin şərt olmadan bir araya gəlmələri Prezident İlham Əliyevin tarixi nailiyyətidir və nəticə ölkənin gələcəyi üçün müstəsna əhəmiyyət daşıyır.
2020-ci ildə ölkənin media və QHT sektorunda da mühüm dəyişikliklər baş verib ki, qarşıdakı illərdə bu sahədə görülən işlərin, həyata keçirilən islahatların ciddi irəliləyişlərə gətirib çıxaracağının şahidi olacağıq. Hər iki istiqamət uzunmüddətli intellektual yatırım, yeni və innovativ mexanizmlərin tətbiqini tələb edən sahələr olduğu üçün prosesin nəticələrinin daha qabarıq görünməsi üçün müəyyən zamana ehtiyac duyulur. Lakin bununla yanaşı, həm COVID-19 yeni növ koronavirus pandemiyası ilə mübarizədə, həm də Vətən Müharibəsi zamanı mediada və QHT sektorunda həyata keçirilən islahatların, şəffaf və çevik idarəçilik mexanizmlərinin tətbiqinin özünü doğrultduğu qənaətindəyəm.
2020-ci il həm pandemiya ilə mübarizədə, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə həyata keçirilən sülhə məcburetmə əməliyyatında, Vətən Müharibəsində Prezidentin əldə etdiyi ən böyük uğur onun Azərbaycan xalqını və dünya azərbaycanlılarını öz ətrafında yumruq kimi birləşdirə bilməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə öz parlaq zəkası, siyasi liderlik keyfiyyətləri, idarəetmə bacarığı, cəsarətli, qətiyyətli və milli maraqlar müstəvisində güzəşstsiz mövqeyi ilə tarixdə çox azsaylı dövlət başçılarına nəsib olan və yaşadığımız zaman çərçivəsində dünyanın daha davamlı dövlətçilik ənənələrinə sahib olan xalqalarının həsəd apara biləcəyi Milli Birliyə nail olmağı bacardı. Hesab edirəm ki, bu amil Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi qədər mühüm və tarixi bir nailiyyətdir.
Və təbii ki, bizim tarixi Zəfərimiz, 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalı altında olan ərazilərimizi azad etməyimiz təkcə 2020-ci ilin deyil, 200 ildən artıq bir zaman kəsiyinin və təbii ki, bütöv Azərbaycan tarixinin ən böyük uğuru, ən böyük qələbəsidir. Bu qələbənin memarı isə uzun illərdən bəri səbrlə, inadla xalqını, dövlətini Vətən Müharibəsinə, Böyük Zəfərə hazırlayan, strateji hədəflərinə doğru, hazırda dərk edildiyi üçün heyrət doğuracaq bir miqyasda fəaliyyət həyata keçirən, mümkünsüzü gerçəkləşdirən Ali Baş Komandan, Prezident İlham Əliyevdir.
- Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycann Silahlı Qüvvələrinin torpaqlarımızı işğaldan azad etməsi cəmiyyətdə yekdil bir fikir formalaşdı. İctimai şəxslər və prezidentə yazılan məktublarda qeyd edilir ki, dövlət başçısına “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilsin. Siz bu barədə nə düşünürsünüz?
- Bu gün ölkə vətəndaşlarının öz məktublarında, sosial şəbəkələrdə paylaşdıqları statuslarında dövlətimizin başçısına “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsini arzulamaları tamamilə təbii qəbul olunmalıdır. İlham Əliyev müzəffər Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanıdır! Həmçinin unutmaq lazım deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın tam qələbəsini təmin etmək üçün həm orduya rəhbərlik edib, həm də ölkəmizin haq səsini dünyaya çatdırmaq, maraqlarımızı təmin etmək üçün böyük bir axına qarşı həm informasiya məkanında, həm də diplomatiya sahəsində sözün əsl mənasında savaşıb və yüz ildən artıq bir zaman kəsiyində dünyanı saran erməni yalanlarını, onların çoxsaylı himayədarlarının total təxribat kampaniyalarını darmadağın edib. Bu baxımdan, İlham Əliyev təkcə müasir Azərbaycan Respublikasının deyil, Azərbaycan adının mövcud olduğu bütün dövrlərin, dünya azərbaycanlılarının və bütün Türk Dünyasının qəhrəmanıdır.
- Azərbaycan ordusunun inamlı qələbəsindən sonra - 2021-ci ildə Azərbaycanın inkişaf yolunu necə görürsünüz?
- Əldə etdiyimiz Böyük Zəfər və Milli Birlik bizi 2021-ci ildə daha qətiyyətli, daha yaradıcı, daha işgüzar olmağa sövq edir. Qələbədən eyforiyaya qaplamalı deyilik, mübarizə davam edir! Əskinə bu qələbə gücümüzə güc qatmalı, bayrağımız qədər ucalan qürurumuzun verdiyi özünəinam sayəsində bütün maneələri dəf etməyə sövq etməlidir. Düşünürəm ki, 2021-ci il COVID-19 adlı görünməyən düşmən üzərində qələbə, böyük islahatlar və quruculuq ili olacaq!
Tanrı Azərbaycanı qorusun!
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO