Xüsusi
29 il evlərini yuxularında görən 89 yaşlı Laçın sakini: Tək niyyətim qalıb, o da... - REPORTAJ
Bu gün - 18 may Laçının 29 il əvvəl ermənilər tərəfindən işğal olunduğu gündür. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğalına son qoyan Azərbaycan Ordusu və bu ordunun qalib sərkərdəsi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Laçının işğal ləkəsini bir güllə atmadan, bir şəhid vermədən tarixi qələbəmizlə təmizlədi.
Publika.az-ın əməkdaşları qələbə əhval-ruhiyyəsində andığımız bu günü Laçın rayonundan olan ailənin evində olublar, ailə başçısı, rayonun Xananlar kəndindən olan 89 yaşlı Hüseyn İsgəndərovun Laçınlı xatirələrini dinləyiblər.
Hüseyn İsgəndərov 29 il Laçında qurban kəsmək arzusu ilə yaşayıb. O, hər gecə Laçına bir gün qayıdacağı ümidi ilə yatıb, Laçın yuxusu ilə oyanıb. 89 yaşlı H.İsgəndərovun Laçın yuxusu çin oldu.
.jpg)
29 il əvvəl Laçından çıxarılan, şəhid verən İsgəndərovlar ailəsi də Laçına getməyi böyük səbirsizliklə gözləyir. Onlar hər il 18 may tarixini ağrı-acı ilə qarşılayıblar. Ancaq bu il əvvəlkilərdən fərqli olaraq işğal tarixini başqa ruhda qeyd edirlər.
Hüseyn İsgəndərov deyir ki, qalib xalq kimi işğal tarixini anırıq, tək bir niyyətim qalıb, o da Vətənimə ayaqyalın getməkdir.
İsgəndərovlar ailəsinin ağsaqqalı olan Hüseyn müəllim Laçını hər gecə yuxularında görüb, bu yuxunun gerçək olması üçün hər gün dua edib. İndi isə bu yuxunu gerçək edənlərə dua edir ki, ömrümün bir gününü də olsa, doğma Vətəndə - Laçında keçirim.
Daha ətraflı videoreportajda tanış ola bilərsiniz:
Akqabay Mıradov,
Foto: Pərviz Həşimi
Video: Röyal Adgözəlov
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO

























.webp)








.jpg)

.jpg)