Xüsusi
Tanınmış əcnəbi yazıçı: Bu, Azərbaycan xalqının başlıca özəlliyidir - MÜSAHİBƏ
Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.
Publika.az xəbər verir ki, əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir.
Sərgi bir çox ölkələrin ictimai, siyasi xadimlərini, səfirlərini bir araya toplayır. Sərgini maraqla izləyənlər sırasında Azərbaycanın yaxın dostu, dahi Nizami irsinin tədqiqatçısı xanım Ragnhild Tori də olub.
Norveçin tanınmış tədqiqatçı yazıçısı xanım Ragnhild Tori ilə müsahibəni təqdim edirik.
- Əziz Ragnhild, sizi oxucularımıza necə təqdim edək?
- Düşünürəm ki, təqdimatım yazdığım kitab vasitəsilə daha uğurlu və yaddaqalan olacaq. Elə bu il 880 illik yubileyi qeyd edilən, nəinki Azərbaycanın, eləcə də dünya ədəbiyyatının klassiki sayılan Nizami haqda qələmə aldığım kitab həyatımın ən gözəl səhifələridir.
- Düşünürəm ki, bundan gözəl təqdimat ola bilməzdi.
- Bəs bir müddət Azərbaycanda yaşadığımı bilirsiniz?
- Məlumatlıyam. Amma özünüzdən eşitmək istərdim.
- 2005-ci ildə ilk dəfə Azərbaycana səfər etdim. Əslində, 6 aylıq gəlmişdim. Amma 9 il yaşadım.
- Az müddət deyil. Hansı şəhərimizdə məskunlaşmışdınız?
- Gözəl Gəncə şəhərində... Beynəlxalq məktəbin direktoru vəzifəsində çalışırdım. Azərbaycanda əziz dostlarım var. Hələ də ildə iki dəfə görüşlərinə gedirəm.
- "Nizami İli"ndə belə gözəl məlumat əldə etmək çox xoşdur.
- Elə Gəncəyə gəldiyim ilk günlər ərzində Nizami haqda eşitdim. Mənim üçün çox rəngarəng mövzu idi, odur ki, araşdırmağa qərar verdim. Bir də oyandım ki, artıq 9 ildir Nizaminin irsini araşdırmaqla məşğulam. Klassikinizdən bəhs edən çox dəyərli kitab yazdım. Məni xoşbəxt edən əsas məqamlardan biri də Azərbaycan Təhsil nazirinin təqdim etdiyi mükafat oldu. Həqiqətən Nizami elə böyük poeziya nümayəndəsidir ki, tək Şərqdə deyil, Qərbdə də tanınıb, sevilir. Zənnimcə, o, mədəniyyətlər arasında körpü qurmağı bacaran nadir klassiklər sırasına daxildir.
- Oslonun mərkəzində Azərbaycana aid məlumatlarla tanış olmaq sizdə hansı təəssüratları oyatdı?
- Bugünkü sərgi könlümü açdı. Mənə möhtəşəm duyğular yaşatdı. Uzun müddət zal boyu gəzişib sanki Azərbaycana döndüm.
- CAN təşkilatının növbəti sərgisində hansı məqamları da görmək istərdiniz?
- Niyə də Nizamiyə həsr olunmasın?!(gülümsəyir) Bilirsiniz, Nizaminin öz dövründə dostluq, sevgi, vicdan, ümumiyyətlə, humanizm haqda yazdığı misraları günümüzlə çox gözəl səsləşir. Düşünürəm ki, çağdaş insan onun müdrik kəlamlarını bir daha dinləməlidir. Ölkələrimiz arasında mədəni əlaqələri gücləndirmək zamanıdır. Nizami haqda yazdığım kitab kainat boyda nəhəng yaradıcılıqla tanışlıqdır. Kifayət qədər anlaşıqlı üslubda yazıldığı üçün uşaqlar da rahat oxuya bilər. Yəni bu kitab dərslik kimi də istifadə olunub, böyük Nizami poeziyasının təbliğinə təkan verə bilər.
- Humanist təklifdir. Azərbaycan artıq ikinci vətəninizdir. Ölkəmizlə bağlı ən doğma xatirənizi bölüşməyinizi istərdim.
- Çoxdur, lap çox. Hətta azərbaycanlı dostlarım bu günədək doğum günlərində Norveçə gəlirlər. İndi xatırlayıram, düşünürəm ki, Nizamiyə həsr etdiyim kitabımın təqdimatı ən gözəl xatirələrimdən biridir. Təqdimat mərasiminə 500 nəfər qonaq toplaşmışdı. Hamıdan gözəl rəylər eşidirdim. Bu birlik məni çox məmnun etmişdi. Ümumiyyətlə, bu, Azərbaycan xalqının başlıca özəlliyidir - birlik, dəstək, dostpərvərlik.
Leyla Sarabi
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO