Xüsusi
Ermənilərdən Heydər Əliyevlə bağlı ŞOK ETİRAF: O, istefa verməsəydi, biz noyabr ayında... - VİDEO
Video əlavə olunub.
***
Oktyabrın 3-də ölkə başçısı İlham Əliyev işğaldan azad olunan Suqovuşan və Talış kəndlərinə baş çəkdi. Bir sıra obyektlərin açılışında iştirak etdi. Su elektrik stansiyalarının istismara verilməsi mərasiminə qatıldı. Prezidentin işğaldan azad olunan bölgələrə səfəri, eləcə də burada Ermənistanın keçmiş rəhbərliyi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyəti tərəfindən də təqdir edildi.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Publika.az-a müsahibəsində bildirdi ki, ölkə başçısının işğaldan azad olunan ərazilərə hər bir səfəri gələcək nəsil üçün salnamə xarakteri daşıyır.
- Nəsib müəllim, Prezidentin işğaldan azad olunan ərazilərə, xüsusən də Suqovuşan və Talış kəndlərinə səfəri ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Əvvəla onu deyim ki, Prezident İlham Əliyevin Qarabağ bölgəsinə, işğaldan azad olunmuş torpaqlara səfərlərinin hər biri tarixi hadisədir. Cənab Prezidentin səfərlərinin hər birinə müxtəlif aspektlərdən yanaşsaq, görərik ki, burada müharibədən sonra bərpa işləri çox sürətlə həyata keçirilir. İnfrastruktur və yenidənqurma layihələri də sürətlə gerçəkləşdirilir. Yeni yollar salınır. Tarixi-memarlıq abidələri yenidən bərpa edilir. Qlobal miqyasda yeni beynəlxalq hava limanları tikilir. Artıq Füzuli Beynəlxalq Hava Limanının açılışı da olub. Bəzi hava limanlarının təməli qoyulub. Elektrik xətləri yenidən çəkilir. Qaz, su və sosial obyektlərin açılışında cənab Prezident şəxsən iştirak edir. Prezident işğaldan azad edilən ərazilərdə görülən yenidənqurma işlərinə nəzarət missiyasını həyata keçirir. Eyni zamanda cənab Prezident hər bir səfərində işğaldan azad edilən hər bir bölgənin azad edilməsi zamanı aparılan döyüş əməliyyatlarının taktiki xarakterini ictimaiyyətə çatdırır. İşğaldan azad edilən bölgənin çətin relyefinə, iqliminə uyğun uğurlu döyüş əməliyyatlarından söz açır. Eyni zamanda düşmənin 30 il ərzində qurduğu mühəndis-istehkam qurğularının qəhrəman əsgərlərimiz tərəfindən yarılmasını, Azərbaycan əsgərlərinin həmin maneələri aşaraq hansı qəhrəmanlıqlar göstərməsini xalqa çatdırır.
- Xalq ölkə başçısının hərbi əməliyyatların gedişi ilə bağlı söylədiyi fikirləri maraqla qarşılayır...
- Bütün bunlar hər bir Azərbaycan vətəndaşında böyük maraq hissi oyadır. Təbii ki, müharibə dövründə, döyüş əməliyyatlarının keçirildiyi ərəfədə bütün bu döyüş əməliyyatlarının hazırlanması, həyata keçirilməsi, orada həyata keçirilmiş ayrı-ayrı epizodlar hərbi sirr təşkil etdiyi üçün ictimaiyyətə açıqlanmırdı. Ancaq müharibədən sonra hər birimiz üçün Şuşa, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd, Suqovuşan, Murov dağı, Talış kəndlərində hansı əməliyyatların keçirildiyi maraq doğurur. Bunların necə planlaşdırılması hər birimizə maraqlıdır. Bu baxımdan ölkə başçısı Suqovuşan və Talış kəndlərində gələcək nəsillər üçün şanlı salnamə xarakteri daşıyan fikirlər söylədi. Yəni bu, bizim müasir tariximizdir. Prezident bu barədə danışmaqla həm də gələcək nəsillər üçün tarixi, mədəni bir irs qoyur. Bu baxımdan da hesab edirəm ki, ölkə başçısının işğaldan azad edilən ərazilərə səfərlərinin çox böyük əhəmiyyəti var. Biri var bütün bunları Bakıda oturub danışasan, biri də var, yerində - işğaldan azad olunan ərazilərdə, Suqovuşan, Talış yüksəkliyinin hansı əməliyyatlar nəticəsində necə alındığı ilə bağlı fikirlərini səsləndirəsən. Həmin yerləri də əyani şəkildə göstərəsən. Bu baxımdan həmin detallar xalq tərəfindən də maraqla qarşılanır. Digər tərəfdən, görülən işlər və planlaşdırılan layihələrlə bağlı Prezidentin səsləndirdiyi fikirlər olduqca maraqlıdır. Ən əsası, həmin bölgənin əsas sahibləri olan bir milyondan çox keçmiş məcburi köçkünlər də Böyük qayıdışla bağlı həyata keçiriləcək layihələri böyük səbirsizliklə gözləyirlər.
- Prezident Suqovuşanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana da xəbərdarlıqlar etdi.
- Cənab Prezident budəfəki səfərində xüsusi bir məsələyə də toxundu. Bu da Ermənistanın əvvəlki prezidenti, Nikol Paşinyandan əvvəl hökumət rəhbəri postunu tutan Serj Sarkisyan haqqında dediyi fikirlərdir. Sarkisyan artıq kifayət qədər tanınmış və primitiv həyat düşüncəli, siyasətdən anlayışı olmayan biridir, baxmayaraq ki, uzun illər siyasətin içərisində olub. O, özü haqqında dayaz ağıllı bir insan təsəvvürü yaradır. Sarkisyanın beynəlxalq görüşlərdə, özünün çıxışlarında davranışları, səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. Publik şəkildə Xocalı soyqırımının törədilməsini öz boynuna götürüb. Hətta həmin soyqırımı qətliamlarında iştirak etdiyini bildirib. Bütün bunlar onun nə qədər məhdud düşüncə tərzinə malik olduğunun göstəricisidir. Britaniyalı jurnalist Tomas de Valla müsahibəsində uşaqların, qadınların, mülki əhalinin qətlə yetirilməsində iştirakından iftixarla danışan bu məxluq hətta təsəvvür edə bilməzdi ki, bu nüans tarixə qara bir ləkə kimi düşəcək. Milyonlarla erməninin, soydaşlarının, özünün, millətinin adına bir ləkə yazdırdı. Baxmayaraq ki, Sarkisyan həmin vaxt ali dövlət postunu tutmuşdu, ancaq o, siyasət tarixində cılız, xırda bir insan kimi qaldı. Onun mahiyyəti, xisləti dəyişmədi.
- Belə çıxır ki, elə ona görə də xalq Serjikdən üz döndərdi?
- Bəli, məhz belə olduğuna görə, Ermənistan xalqı sonuncu seçkilərdən, 2018-ci ildən bu tərəfə, ələlxüsus, müharibədə biabırçı məğlubiyyətinə baxmayaraq, Paşinyan kimi populist bir insana səs verib. Təsəvvür edin, Sarkisyanı seçməkdənsə, Paşinyanı üstün tutublar. Erməni xalqı məhz Serj Sarkisyan və Robert Koçaryan kimi cinayətkarlara nifrət etdiyi üçün Nikol Paşinyana səs verdi. Öz xalqına qarşı nə qədər qəddar olasan, öz xalqının qarşısında nə qədər cinayətlərin olmalıdır ki, xalq müharibəni uduzan bir insanı səndən üstün tutsun. Serjikin prezidentliyi dövründə Ermənistanda total korrupsiya və ancaq özünün, ailə üzvlərinin şəxsi maraqlarına xidmət edən siyasət aparması Ermənistan xalqı tərəfindən böyük nifrətlə qarşılandı. Erməni xalqı məhz buna görə Serjikə adekvat cavab verdi. Çox maraqlıdır ki, bu məxluq 20 iyun seçkilərində heç parlamentə də düşmədi.
- Bəs belə simasızın Ulu öndər Heydər Əliyevlə bağlı fikirlər səsləndirməsinin kökündə nə dayanır?
- Onun Heydər Əliyev kimi əlçatmaz bir zirvəyə söz atması, söz deməsi, onun haqqında artıq-əskik danışması ümumiyyətlə, absurddur. Bir tərəfdə dünya səviyyəli bir insan, SSRİ-nin ən yüksək siyasi elitasında təmsil olunmuş böyük dövlət xadimi Heydər Əliyev, bir tərəfdə də primitiv, adi “JEK” rəisi səviyyəsində Serjik Sarkisyan... Serjikin Heydər Əliyev kimi bir düha ilə bağlı hər hansı fikir səsləndirməsi görün nə qədər absurd, nə qədər qəbuledilməzdir. Sarkisyan Ulu öndər Heydər Əliyev haqqında səsləndirdiyi fikirlərlə ancaq özünə qarşı mənfi enerji, pis rəy formalaşdıracaq. Hətta onun belə bir dahi ilə bağlı qəbulolunmaz fikirlər səsləndirməsi ermənilərin özləri tərəfindən gülünc qarşılanar... Ona görə də cənab Prezident Serjik haqqında çox dəqiq fikirlər səsləndirdi və haqlı olaraq qeyd etdi ki, kişilikdən danışırsansa, gəl burada, Talışda, Suqovuşanda danış. Sənin yaratdığın ordunu biz məhv etmişik, Paşinyanın yox. Sənin və Robert Koçaryanın uzun illər korrupsiya məngənəsində boğduğu, “duşonka” alveri edən generallarının yaratdığı ordunu biz darmadağın etmişik. Ona görə də Serjikin kişilikdən danışmağa mənəvi haqqı yoxdur. Hesab edirəm ki, cənab Prezident bu fikirləri çox dəqiq, düzgün ifadə etdi. Hətta “Miatsum”un liderlərindən olan Aqanbekyan deyirdi ki, əgər 1987-ci ilin oktyabrında Heydər Əliyev politbürodan istefa verib getməsəydi, biz noyabr ayında Qarabağ məsələsini gündəmə gətirə bilməzdik. Heydər Əliyev çox böyük, bütün dünya liderləri tərəfindən qəbul edilən bir siyasətçi idi.
Tural Turan
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü