Xüsusi
Tacir Şahmalıoğlu: “Gözümə qara eynək taxıb “taksovatlıq” etmişəm” - VİDEO
Həyatda elə insanam ki, qarışqanı da tapdalamıram, Allahın yaratdığıdır. İnsanlara olduğundan da artıq dəyər vermişəm. Heç vaxt aqressiv insan olmamışam, kinim yoxdur. Əkizlər bürcündənəm, biz kin saxlaya bilmirik. Kiminləsə mübahisəmiz ola bilər, 10 dəqiqədən sonra unuduram. Yaxşı oxuduğuma görə, bu sənətdə özümə qarşı paxıllıq hissi və aqressivlik hiss edirəm. Başqa elə bir düşmən qazanmamışam. Çox xoşbəxtəm ki, düşmən qazanmamışam, çünki düşmənli insan həyatda səksəkəli yaşayır.
Bu sözləri tanınmış müğənni Tacir Şahmalıoğlu Publika.az-a videomüsahibəsində deyib. Sənətçi bildirib ki, istər xanım, istərsə də kişi ifaçıları müəyyən zirvəyə yüksəlmək üçün ömrünü ona qurban verməlidir:
“Amma elə ifaçılar var ki, danışığı “protivniy”dir. Elə oxuyanlar havayı ömür xərcləyirlər. Əsl sənəti olan müğənnilər məşhur olana qədər qurban verməlidir. İndi insanların zövqü korlanıb, yaxşı musiqiyə qiymət verə bilmirlər. Yaxşı musiqiyə qiymət yoxdur. O qədər bayağı mahnılar çıxıb ki, milli musiqilərimiz çox az oxunur. Başqa-başqa millətlərin musiqiləri remiks olunur. Təmiz Azərbaycan musiqisi unudulur”.
Uzun həsrətdən sonra Şuşa səfərindən danışan müğənni qeyd edib ki, keçirdiyi hissi sözlə ifadə etmək olmur: “Amma həyəcandan və göz yaşlarımdan yanımda olan insanlar gördülər ki, nələr yaşadım. Bir anda özümü 76-cı illərdə hiss elədim. Həmin Şuşadır. Şuşa bir üzük qaşıdır, dəyişməyib. 14 yaşıma kimi olduğum yerlərin hamısını ziyarət etdim. Desəydilər, inanmazdım, həqiqətən Şuşada güclü işlər gedir, abadlaşma işləri aparılır. Əslində, Şuşaya tez də gedə bilərdim, amma bəzi insanlarda unutqanlıq var. İllərdir bu günü gözləyirdim və deyirdim ki, ilahi, canımı alma, ömür ver, gedim Şuşanı görüm, sonra ölüm.
Ağdamda isə baxmalı və görməli bir yer saxlamayıblar, hər yer dümdüzdür, daşa qədər talayıb aparıblar, yaşadığımız yeri müəyyən edə bilmirik. Dədə yurdumuz Kətəl çayının düz kənarında idi. Ağdam minalardan tam təmizlənəndən sonra gedib evimizi axtarıb tapacam. Əlbəttə ki, Ağdamı o vəziyyətdə görmək asan deyil, yurdu talan olunmuş insanam. Bilirəm ki, Ağdam əvvəlkindən də gözəl olacaq. Xalqımız buna qadir xalqdır”.
Aytən Məftun
Foto: Ceyhun Rəhimov
Video: Röyal Adıgözəlov
Montaj: Ramazan Vəliyev
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?




































