Xüsusi
Yəhudilərlə bağlı insanı lərzəyə salan fakt: çay boyu düzülən ayaqqabılar və... - FOTO
Kimsəsiz olmaq hamının həyatında ən ağır dərddir. Dunay çayının sahilində sahiblərini gözləməkdən köhnəlmiş ayaqqabılar da insanlarla eyni kimsəsizliyi bölüşür və bu günədək insanlığa sığmayan vəhşiliyin xatirəsi kimi çay boyu uzanırlar. Fakt odur ki, ayaqqabı sahiblərinin heç biri nə çimmək, nə də intihar etmək üçün çaya doğru addımlamırdı. Bu, İkinci dünya müharibəsi zamanı minlərlə yəhudinin vəhşicəsinə qətlə yetirilməsindən bəhs edən bir keçmişin çirkin ayaq izləridir.
Publika.az bu yazıda oxucuları insan taleyindən bəhs edən ən kədərli abidənin hekayəsi ilə tanış edir:
Macarıstan parlamentinin binası ilə üzbəüz, Dunay çayının sahilində düzülmüş dəmir ayaqqabılar İkinci Dünya Müharibəsində baş verən qırğınların xatirəsinə qoyulmuş ən kədərli abidə kimi məşhurdur. 1944-cü ilin oktyabrında Hitler tərəfindən devrilmiş Macarıstan hökumətinin lideri Mikloş Hortinin yerinə Ferens Szalasi təyin edilir. Hitlerin ideologiyasını dəstəkləyən Szalasi yəhudiləri vəhşicəsinə öldürmək əmri verir. Dəhşətli qətllər Kəsişən Oxlar partiyası tərəfindən həyata keçirilirdi.
80.000-ə yaxın yəhudi Macarıstandan Avstriya sərhəddinə qovulur, 20.000-ə yaxın yəhudi isə Szalasi hökuməti tərəfindən Dunay boyunca vəhşicəsinə qətlə yetirilir. 1944-1945-ci illərdə hər gün 50-60 nəfərdən ibarət yəhudi dəstələri yük maşınlarında Dunay çayının sahillərinə gətirilirdi. İnsanlar bir-birinin ardınca domino kimi düzülür, sonra güllələnirdilər. Həm də nasistlərə xas olan qəddarlıqla - çox pul xərcləmədən bir çox insanı məhv etməyə imkan verən bir üsulla. Əvvəlcə insanları zəncirlə bağlayıb çayın kənarında düzür, sonra cəmi bir güllə ilə 60 nəfəri eyni anda öldürürdülər. Qabaqdakına atəş açır, o isə çaya yıxılaraq digərlərini arxasınca çəkib çayda boğulmasına səbəb olurdu. Beləliklə, ölüləri basdırmağa ehtiyac yox idi, cəsədləri çayın axını aparırıdı.
Bəs ayaqqabılar sahildə niyə qalmışdı?
Bunun səbəbi də alman ehtiyatlılığı idi, qırğını etməzdən əvvəl qurbanları ayaqqabılarını çıxarmağa məcbur edir, sonra ehtiyacı olan almanlara paylayırdılar. Ya da satışa göndərilirdi, müharibənin 5-ci ilində onlar dəyərli bir məhsul idi.
Bu, unudulmaz qətliam uzun illər Macarıstanda yaşamış məşhur rejissor Can Toqay və heykəltəraş Gyula Pauer tərəfindən əbədiləşdirilib. Layihənin sahibi Can Toqay insan faciəsinə diqqət çəkmək üçün o günlərin bu dərin xatirəsini dəmir ayaqqabılarla ölümsüzləşdirmək qərarına gəlib. Budapeştdə Dunay çayının sahilində yerləşən bu açıq muzey 1940-cı illərə aid ayaqqabı dəbinə uyğun hazırlanan 60 cüt dəmir ayaqqabıdan ibarətdir. Bütün ayaqqabılar ilk baxışdan o qədər real görünür ki, yalnız diqqətlə baxdıqda onların metaldan olduğunu anlamaq olar. Unudulmuş təsir yaradan ayaqqabılar bu vəhşiliyin qurbanı olan insanların xatirəsini ehtiramla yad etmək üçün unikal bir əsərdir.
2005-ci ildə Budapeştdə ayaqqabı abidəsi qoyulduğu gündən Avropa və Macarıstanda yəhudi soyqırımı hər il bir dəqiqəlik sükutla yad edilir. Macarıstanın baş naziri hətta 12 yaşlı oğlunu da götürərək Dunay Ayaqqabılar abidəsinə doğru yürüş edib və bununla da yəhudilərə edilən zülmün ağrısını hiss etdiyini bir daha vurğulayıb. Abidənin 3 nöqtəsində yerləşdirilmiş, macar, ingilis və ivrit dillərində “Qurbanların xatirəsinə. 1944-1945-ci illərdə Arrow Cross milisləri tərəfindən Dunayda atəşə tutulub. 16 aprel 2005-ci il” yazısı var.
Bu, monumental sənətin rəssamlıqdan heç də az emosional ola bilməyəcəyini təsdiqləyən dünyanın ən güclü və təsirli abidələrindən biridir. Tufli abidəsi həm də hər kəsin ürək ağrısı ilə tərk etdiyi bir yerdir. Çay boyu 40 metr uzunluğunda düzülən 60 cüt ayaqqabıya baxanda qurbanların üzlərini görür, çarəsiz səsini, uşaqların ağlamasını eşidirsən. Onların hamısı sırf yəhudi olduqları üçün öldürülüb.... Qoyulan gündən turistlərin populyar ziyarətgahına çevrilən abidə bütün dünyada yüksək qiymətləndirilir. Ziyarətçilər hansı gün gəlmələrindən asılı olmayaraq burda şam yandırır və gül gətirirlər.
Böyük Vətən Müharibəsindən əvvəl Macarıstanda 800.000-ə yaxın yəhudi yaşayırdı, Budapeşti bəzən İudapeşt adlandırırdılar. Bəzi məlumatlara görə, macar yəhudilərinin yalnız dörddə biri Holokostdan sağ çıxıb. Bununla belə Budapeştdə yəhudi icması Avropada ən böyük icmalardan biri olub və olmağa davam edir. Yeri gəlmişkən, yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi Teodor Hertsl Avstriya-Macarıstan İmperiyasında anadan olub. Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin təməlini qoyub. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail dövlətinin banisi hesab olunur.
Soyqırımın üzərindən artıq 70 ildən çox vaxt keçib, bir vaxtlarda Budapeştdə ağır təqiblərə məruz qalan, aclıqdan və soyuqdan ölən yəhudilər bu gün şəhərin ən gözəl kvartallarında yaşamağa davam edir. İndi onlar Budapaştin ən varlı sakinləri sayılır.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi