Xüsusi
Pul verib kitab almırlar, amma yazıçıdan əsər tələb edirlər - MÜSAHİBƏ
Publika.az">Publika.az yazıçı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin saytımıza verdiyi ”Qarabağ və ədəbiyyat” mövzulu müsahibəsini təqdim edir.
- Elçin bəy, bildiyiniz kimi, şanlı qələbəmizdən artıq iki ilə yaxın müddətdir keçib. AYB, bu birliyin üzvləri bu mövzu ilə bağlı sanballı əsərlər ortaya qoya bilibmi? Mən əsər deyərkən daha çox sanballı romanları nəzərdə tutmaq istəyirəm. Mənə elə gəlir ki, müasir oxucu tarix yox, tarixi proseslərin içində bədii, maraqlı obrazlarla dolu əsər oxumağı sevir. Misal üçün Ernest Heminqueyin "Əlvida silah"ı kimi əsəri nəzərdə tuturam.
- İstənilən bədii əsərin janrı sonradan bəlli olur. Sonradan bilinir ki, bu əsər roman, poema, hekayə və ya şeirdir. Ədəbiyyatşünaslıq və ədəbi tənqid inkişaf etdikcə bu meyarlar yaranır. Ümumiyyətlə, fundamental əsər böyük olmaya da bilər. Daşıdığı ideya önəmlidir. Bu balaca hekayə, balaca bir şeir də ola bilər. Vətən müharibəsindən sonra AYB Anar bəyin təşəbbüsü ilə "Qarabağ dastanı", "44 günün zəfəri", "30 ilin həsrəti" adlı samballı kitablar çıxardı. Həmin kitabı mən "Qarabağın bədii ensiklopediyası" hesab edirəm. Həmin əsərdə işğaldan azad olunmuş 8 rayonumuzun yazıçılarının esse və publisistik yazıları toplanılıb, eyni zamanda yazıçımız Elçin Əfəndiyevin, Anar bəyin yazısı, Rəşad Məcidin ön sözü kitabda var. O kitabda Qarabağın tarixi, Qarabağın xanım şairləri, Qarabağa aid şeirlərlə bağlı epizodlar var. Bu kitab bizim Vətən müharibəsina verdiyimiz ilk sanballı töhfəmiz oldu. Siz bilirsiniz ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, AYB-nin qatqısı ilə Şuşada "Vaqif Poeziya Günləri" keçirildi. Bundan sonra mənim redaktorluğum və ön sözümlə "Bütün yollar Şuşaya aparır" adlı kitabı biz oxucuların ixtiyarına buraxdıq. Bu kitabda elm adamlarının, yazıçı, şair, publisistlərin yazıları, məqalələri öz əksini tapdı. Mən bu kitabı da yüksək qiymətləndirirəm. Fərdi yaradıcılığa gəldikdə isə müharibənin gedişində də, qələbəmizdən sonra da xeyli şeirlər, hekayələr, sonralar isə artıq romanlar da yazıldı. Misal olaraq İlqar Rəsulun "Sara" romanının adını çəkə bilərəm. Mən özümdən çox danışmaq istəmirəm. Bu barədə silsilə hekayələrimi oxuya bilərsiniz.
Bilirsiniz deyirik ki, niyə qələbədən əsərlər yazılmır. İstər qələbədən, istər məğlubiyyətdən yaz, əsərin episentrində insan dayanır. Onun hissləri - kədəri, sevinci onun emosiyaları dayanır. Ağılla qəlbin birləşməsindən mükəmməl əsərlər yaranır. 30 illik dönəmdə biz müharibə ilə bağlı bu aspektdə xeyli əsərlər, povestlər yazmışıq. Özümdən misal çəksəm "Vida" romanını deyə bilərəm. Aqil Abbasın "Dolu" romanı, Elçin Əfəndiyevin "Qarabağın şikəstəsi" povestini misal çəkə bilərəm. Bu siyahını çoxdur. Müsahibədir və unutduqlarım olur. Kiminsə adını çəkməyib xətrinə dəymək istəmərəm.
Çox əsərlər yazılacaq, çünki qələbə möhtəşəmdir. Ən yaxşı fundamental əsərləri də həmişə qalib xalqın nümayəndələri yazır. Yazıçı sülhə, daha doğrusu, ədalətə çağırmalıdır.
Kino məsələsindən danışsaq, bu daha böyük maliyyə tələb edir. Bununla bağlı Mədəniyyat Nazirliyinin düşünürəm ki böyük planları var. Müdafiə Nazirliyi də müharibə ilə bağlı filmlərin çəkilməsi, əsərlərin yazılmasında maraqlı olmalıdır. Məsələn, ABŞ-da müharibə ilə bağlı çəkilən filmlərin böyük əksəriyyətini Pentaqon maliyyələşdirir. Düşünürəm ki, Müdafiə Nazirliyi də bu haqda ciddi düşünməlidir.
src="/storage/files/upload/8ad362f77d889fd2b71dc0dddedb16253cc1d2e1.jpg" style="width: 605px; height: 404.013px;" class="fr-fic fr-dib">
- Elçin bəy, bəlkə biz yazırıq amma təqdimat yaxşı deyil?
- Bu vacib məsələdir. Hamı elə bilir ki, Qarabağla bağlı ciddi əsərlər yazılmır. Yazılır, sadəcə bunun ciddi təqdimatı olunmur. 300-500 tirajla sən nə edə bilər, hansı oxucuya çata bilərsən? Tirajı çoxaltmaq da olmur, çünki oxucu və kitab satış şəbəkəsi geniş deyil. Bizim rayonlarımızda kitab mağazalarımız yox dərəcəsindədir. Kitab təqdimatının formatı dəyişməlidir. Radiolarımız bu məsələdə əlçatandır. Maşında gedərkən, qadınlar mətbəxdə yemək bişirərkən radio onlar üçün xüsusi olaraq əlçatan olur. Buna görə də radiolarda esselərin təqdimatı, hekayə gecələrinin keçirilməsi vacibdir. Televiziyalarımız da bu işdə maraqlı olmalıdır. Düşünürəm ki, verilişlər, səhnələşdirilmiş hekayələrin efirdə təqdimatı çoxalmalıdır. Bəzi adamlar yazıçıları, şairləri qınayırlar ki, guya biz gecikirik, yazmırıq və s. Onlar anlamırlar ki, hal-hazırda ən müdafiəsiz, ehtiyacı olan zümrə yazıçı və şairlərimizdir. Dövlət AYB-ə dəstək verir. Amma AYB-də elə də yüksək qonarar yoxdur. Çünki büdcəmiz o qədər də geniş deyil. Jurnal və dərgilərdə də KİV-in dəstək fondunun ayırdığı pul dərginin ərsəyə gəlməsinə, qonararların verilməsinə ancaq çatır. Maaşlar çox aşağıdır. Düşünün ki, burada ayda 250-300 manata işləyən işçilərimiz də var. Çox az nəşriyyatlarımız var ki, yazıçılarımızı çap edib onlara qonarar verirlər. Əsasən yazıçı yazır, öz hesabına nəşriyyata çapa verir, sonra isə satılmasını gözləmək və s. 500 tiraja bir manatdan qonarar 500 manat edir. Düşünürəm ki, bəlkə dövlət də kitabların bir hissəsini öz üzərinə götürsün. Dövlətin əsas funksiyalarından biri də həyatın yaxşılaşdırılması, boş sosial sahələrə dəstəyindən ibarətdir. Bəlkə dəstək üçün yeni bir fond yaradılmalıdır. Mədəniyyət Nazirliyi kitabların bir qismini alır, amma bu çox azdır və hərkəsi əhatə etmir. Heç mən də düşünmürəm ki, hamının kitabı alınmalıdır. Amma müəyyən monitorinqlər keçirmək olar. Bildiyim qədəri ilə Mədəniyyət Nazrliyinin kitab sənayesi şöbəsi bununla bağlı işlər görür, lakin biz bundan tanış deyilik. Bu layihələr, fikirlər AYB də təqdim oluna bilər. Baxıb biz də öz fikirlərimizi bildirə bilərik. Mən həmçinin layihələrə də nəzarət edirəm.
Ümumilikdə, ədəbiyyat niyə yaranmır, niyə təqdim olunmur məsələsinə kompleks şəkildə baxmaq lazımdır. Bu özfəaliyyət tələb etmir. Özfəaliyyət odur ki, yazıçı otursun və əsərini yazsın. Daha digər işlər nəşriyyatın məsələsidir. Bizdə nəşriyyatlarla iş zəifdir. Qonararın az olması, yaşam standartlarının aşağı olmasına görə şair-yazıçılara mərhəmətlə yanaşmaq lazımdır. Onlar xalqın fikirlərini, düşüncələrini formalaşdıran və əks etdirən zümrədir. İstedadlı yazarların çoxu köşə yazısı yazmaqla öz istedadını, enerjisini sərf edir. O bir az pul qazanmaq üçün, ailəsini dolandırmaq üçün bunu edir. Onları anlamaq lazımdır. Kənardan "niyə belə olmur?" demək çox asandır. Möhtəşəm zəfərimizə qədər də torpaqlarımızın niyə alınmaması barədə danışılırdı. Çünki buna zaman, hazırlaşmaq lazım idi. Ədəbiyyata da bu baxımdan zaman lazımdır. Yazıçı, şairlərin üzərinə getmək olmaz.
src="/storage/files/upload/8530da5439bf6f5cd16d8145b7d17cbee813483d.jpg" style="width: 581px; height: 387.787px;" class="fr-fic fr-dib">
- Elçin bəy, belə bir fikir də var ki, büdcəmiz yox dərəcəsində olsa belə Birinci Qarabağ müharibəsi dönəmində biz daha yaxşı əsərlər, musiqilər, filmlər görürdük. Bundan belə bir nəticəyə gəlmək olarmı ki, bizim ədəbiyyat kədərdən daha yaxşı bəhrələnir? Vaqif Səmədoğlunun yaratdığı "Moşu" obraz kimi biz də xoşbəxtliyə qafiyə tapa bilmirik? Uzun illər, əsr boyu qələbəyə həsrət də olan xalq qələbə haqqında yazmağı yadırğaya bilər?
- Burada iki məqam var. Dünyanın ən böyük əsərləri, istər film olsun, istər əsər, teatrlar faciə üzərində qurulan əsərlərdir. Tarix boyu bu belədir. İtki, bu itki ilə barışmamaq məsələnin bir tərəfidir. İkinci tərəfi ondan ibarətdir ki, bəli, bu qələbə bizi bir qədər sakitləşdirdi. İllər boyu yazdığımız, işlədiyimiz mövzunun bəhrəsini gördük və bu yorulub hüzurlu bir yuxuya dalmaq kimidir. Şübhəsiz ki, illər boyu Qarabağ mövzusunda o qədər yazdıq, düşündük və bu qələbə bizə bir rahatlıq gətirdi. Biz sanki istirahətə çəkilmişik və zamanla daha möhtəşəm əsərlər yazılacaq. Zaman ona görə lazımdır ki, biz qələbəni dərk etməliyik. Onun necə baş verdiyini dərk etmək, analizlər aparmaq, beyin və ürək süzgəcindən keçirməliyik. Dəqiq olmalıyıq ki, hansı mesajları verməli, hansı mesajları xaricə ötürməliyik. Bu çox vacib məsələdir. Siz düşünün ki, buna baxmayaraq yenə də bəyax adlarını çəkdiyim əsərlər yaranır, yazılır. Müharibə anturajdır və əsərdə əsas mövzu insandır. Qələbə və ya məğlubiyyət statistik göstəricidir. Ədəbiyyatda əsas məsələ bu mahiyyəti çıxara bilməkdir.
- Ümumi bir fikir də var ki, yazıçıların mütləq həssaslıq göstərməli olduğu mövzu ola bilərmi? Belə bir öhdəliyi varmı? Axı, yazıçı həm də azad ruhdur.
- Burada da iki yanaşma var. Birincisi, sən şair olmasan da vətəndaş olmalısan, ikincisi isə vətəndaş olmaq vacib deyil, yaxşı şair olmaq vacibdir. Hər iki yanaşmanın geniş izahı var. Fikrimcə, yazıçı və şairin vətəndaş öhdəliyi var. Mən azərbaycanlıyamsa, mənim xalqım, millətim təcavüzə məruz qalıbsa, mən rahat diyana bilmərəm. Yazıçı kimi bunu işıqlandırmaq yazıçının mənəvi öhtəliyidir. Senzura olmasa da insanın özünün daxili bir senzurası var. Həmişə deyirəm ki, yazmaq təkcə "yazmaq" sənəti deyil, həm də "nəyi yazmamaq" sənətidir. Jurnalistikada da bu belədir. Nəyi demək və nəyi deməmək... Təbii ki, hər şeyi demək olmaz. Buna görə də düşünürəm ki, bəli, qanuni olmasa da mənəvi öhdəliyi var.
src="/storage/files/upload/f3eef58539be6a2c6a707219f29fcda0b066fbeb.jpg" style="width: 579px; height: 386px;" class="fr-fic fr-dib">
- Elçin bəy, bira z öncə verdiyim sualın cavabında Müdafiə Nazirliyinin bu məsələdə marağının vacibliyini vurğuladınız. Bəs sahibkarların bu məsələdə dəstəyinin vacibliyindən nə deyə bilərsiniz?
- Bu da təbliğatın bir formasıdır. Blmirəm xeyriyyəçiliklə bağlı bizdə qanun var, ya yoxdur. Amma yoxdursa, olmalıdır. Xeyriyyəçilər ədəbiyyat fondlarına, mədəniyyət fondlarına dəstək verə bilərlər. Açığı çox vaxt ədəbiyyata dəstək verən adam da heç istəmir ki, onun adı çəkilsin. Bu yazılmamış qanundur. Bəzi dövlət qurumları düşünürlər ki, bir insan ədəbiyyata dəstək veribsə deməli pulu var və bu pul hardandır ki, ədəbiyyata dəstək olur? Ədəbiyyatı dəstək olunacaq son yer kimi görürlər. Bu çox nadan düşüncədir. Bu reallıqdır ki, Azərbaycanda bəzi məmurlar ədəbiyyatın artıq olduğunu düşünürlər. Xeyriyyəçilik təkcə maddi dəstək deyil. Məsələn bizim "Natavan" klubunda çoxsaylı Qarabağla bağlı kitabların təqdimatına televiziyaları dəvət etsək də gəlmirlər. Səbəbini soruşduqda reytinqin olmadığını deyirlər. Onlar pul qazanmağı üstün tuturlar, amma yazıçıdan əsər tələb edirlər. Paradoks bundadır ki, pul verib kitab almırlar, amma yazıçıdan əsər tələb edirlər. Kitab sərgiləri olur və televiziyalar ciddi təbliğat etmirlər. Onlardan soruşsaq ki, ən son hansı kitabı oxuyublar, cavab verməkdə çətinlik çəkəcəklər. Mənim bir xeyriyyəçi iş adamı dostum pandemiya ilə mübarizə üçün fonda yüz min manat pul köçürdü. Bunun saytda dərc olunmasını istədikdə, ona bunun üçün pul tələb etdilər. İnsan fonda xeyli pul köçürür və bu informasiyanı yayımlamaq üçün də ondan pul tələb edirlər. Sonra yazıçı və şairdən möhtəşəm əsərlər tələb edirlər. Yenə vurğulayım ki, əsərlər yazılıb və yazılacaq sadəcə bu məsələyə diqqətli yanaşmaq lazımdır.
- Sonda sizin həm vətəndaş, həm də yazıçı mövqeyinizi öyrənmək istəyərdik ki, trendlərə düşən, "You Tube"-da olan Qarabağla bağlı mahnıları yəqinki eşitmisiniz. Siz bunları bu minvalda olan sənət hesab edirsiniz?
- Meşələrdə pələng, canavar, tülkü, siçan, dələlər, okeanlarda balina, müxtəlif ölçülü balıqlar, kilkələr, fərqli heyvanlar olur. Yaradıcılığa, mədəniyyətə də belə yanaşmaq, müxtəlif rənglərin olduğu mühit kimi baxmaq lazımdır. Bəzi mahnılar düşünmək, intellekt, bəziləri əylənmək, istirahət üçündür. Buna görə də kimsə Qarabağla bağlı bir mahnı yazıb və hansısa bir zümrə buna qulaq asırsa, buna pis yanaşmaq və buna qadağa qoymaq lazım deyil. Ədəbiyyatda da Qarabağla yazılan hər əsər hörmətə layiq deyil. Lakin sən həmin insana Qarabağ sevgisini bu cür ifadəsinə nəsə deyə bilməzsən. O bunu bacarıb. Cəmiyyəti öz zəif və güclü tərəfi ilə qəbul etmək lazımdır.
src="/storage/files/upload/3783d7b3a603b7b97b6bf39b03edc1739ac1784a.jpg" style="width: 579px; height: 384.968px;" class="fr-fic fr-dib">
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO