Xüsusi
Nazirliklərin veb-saytları media deyil, boşuna PR edirlər - Qulu Məhərrəmli
"Yeni media” dedikdə ilk ağla gələn bu kommunikasiya sisteminin məhz internet üzərində var olmasıdır. Yeni medianı anlamaq üçün öncə yeni media mühitinin nə olduğunu anlamaq gərəkdir. Etik öhdəliklərlə yanaşı, dəyişməz öhdəliklər də var olmaqdadır. Bunlar juralistikanın təməl prinspləridir: xəbərin doğruluğu, dəqiqliyi, qərəzsizliyi, vicdanlılığı, etibarlılığı və s. Yeni medianın açdığı fürsətdən yararlanaraq, təşəbbüs irəli sürərək sosiallaşmaq olar. Bəs qloballaşan müasir dünyada yeni medianın tələbləri nələrdir? Azərbaycanda müasir mətbuatda aparılan islahatlar hansı yeniliklərə və ya inkişafa səbəb olacaq? Məsələ ilə əlaqədar "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i Qulu Məhərrəmli ilə söhbət etdik.
Publika.az sözügedən müsahibəni təqdim edir:
- Qulu bəy, metrix.az saytını izləyirsiniz? Sizcə, saytın yaradılması mətbuatda keyfiyyətə doğru irəliləmədə nə kimi rol oynayır?
- Sözügedən sayt yeni yaranıb. Demək olar ki, hazırda media adamları arasında çox da populyar deyil. Lakin veb-saytların bu saytda populyarlaşmasında marağı var. Həmin sayt güzgü kimi onlayn media strukturlarının reytinqini göstərir. Bunu bir növ internet sərgisi kimi qəbul etmək olar və müəyyən mənada stimul da yaradır. Həmçinin saytlar arasında gizli və ya açıq şəkildə rəqabət hissini gücləndirir, saytların fərqlənmək cəhdlərini artırır. Bu mənada hesab edirəm ki, bu cür saytın yaradılması müsbət haldır. Həm də bu onlayn mediada gedən prosesləri yaxından izləməyə imkan verir. Lakin bunun mətbuatda keyfiyyəti nə qədər artıracağını demək çətindir. Niyyət yaxşıdır, lakin bu birbaşa keyfiyyətə təsir edəcəkmi?! Bu sual üzərində bir qədər düşünmək lazımdır. Ona görə bu saytın özündə saytların keyfiyyətli material reytinqini müəyyənləşdirən göstəricilər çap olunmalıdır. Məsələn, saytdakı materiallar peşəkarlıq baxımından necə qiymətləndirilir, hansı kriteriyalar əsas götürülür? Hesab edirəm ki, yanaşmanı dərinləşdirmək, çoxşaxəli yanaşmanı təmin etmək üçün addımlar atılmalıdır. Lakin bütün hallarda bunun özünün stimul olması şübhəsizdir və heç bir mübahisə doğurmur.
- Reytinqə önəm vermək lazımdırmı?
- Xarici ölkələrdə, xüsusən fransız sosiologiyasında televiziya, siyasi liderlər və fəaliyyətdə olan digər dinamik qurumlarda reytinq əsas götürülür. Bu, kommunikasiyanın bir elementi, göstəricisi kimi nəzərə alınır. Amma reytinq heç bir halda keyfiyyətin göstəricisi ola bilməz. Məsələn, bizim televiziya sahəsində hər hansı tok şou şəxsi həyat məsələləri önə çəkilir, insan taleləri predmet və ya reklam kimi istifadə olunur. Belə reytinq gətirən media məlumatları heç də sağlam nöqteyi nəzərdən qiymətləndirilə bilməz. Televiziya praktikasında da var ki, sensasiya yaratmağa, ucuz şou düzəltməyə çalışan televiziya verilişlərinin reytinqləri yüksəkdir. Çünki bu tip proqramlara evdar qadınlar, cəmiyyətin müəyyən bir təbəqəsi baxır. Bununla da bu kimi verilişlər yüksək reytinqini təmin etmiş olur. Məhz, bu amillərə görə keyfiyyət məsələsində reytinq əsas göstərici sayıla bilməz. Biz cəmiyyəti irəli aparmaq, inkişaf etdirmək istəyiriksə, birinci növbədə keyfiyyətə diqqət yetirməliyik.
- Medianın İnkişafı Agentliyinin işini necə dəyərləndirirsiniz?
- Medianın İnkişafı Agentliyi demək olar ki, bu sahədə digər qurumlarla müqayisədə daha çox yeni addımlar atıb. Yeni media haqqında qanunun qəbul edilməsinə nail olub, struktur formalaşdırıb, maraqlı layihələri var. Artıq bir neçə dəfə media qurumlarının maliyyələşdirilməsi üçün addımlar atıb. Yeni layihələr, yeni istiqamətlər verilib və s. Amma bütün bunlarla yanaşı, Agentliyin əsas işi ölkədə mətbuat azadlığının inkişafına nail olmaqdır. Dünyada hər il media reytinqləri çap olunur və insan məyus olur ki, Azərbaycan mətbuat azadlığı məsələlərinə görə axırıncı yerlərdədir. Hesab edirəm ki, mediamız elə bir mexanizmə yiyələnməlidir ki, ölkədə azad mətbuatın sayı çox olsun. Cəmiyyətə alternativ informasiyalar daha tez çatsın. Cəmiyyətimizin inkişafına mane olan problemləri daha kəskin tənqid edə bilsin. Dünyada media sahəsində gedən trendlərin Azərbaycanda inkişaf etməsinə Medianın İnkişafı Agentliyi bu və ya başqa formada dəstək verməlidir. Nəticə etibarilə Agentliyin atdığı addımlar reallığa uyğundur və cəmiyyətdə müsbət qarşılanır.
- Qurumların özlərinin veb-saytlarını yaratmasını necə dəyərləndirirsiniz?
- İstər dövlət qurumlarının, istərsə də QHT-lərin yaratdığı saytları mən medianın bir parçası hesab etmirəm. Ola bilər qurum haqqında məlumatlar olsun, lakin bu heç bir halda KİV deyil. Çünki bu veb-saytların yaranmasında əsas məsələ korporativ maraqların ifadəsidir. Ona görə onlara media materialı kimi yanaşmaq və qiymətləndirmək doğru olmaz. Bəli, istənilən təşkilat, idarə, müəssisə özünün saytını yaratmalı, səhifəsini açmalıdır. Özünün gördüyü işi barədə cəmiyyətə geniş məlumat verməlidir. Yəni bu onun aşkarlıq fəaliyyətinin göstəricisi sayılır. Əvvəllər bu cür qurumların saytlarının qiymətləndirilməsi aparılırdı. İndi də ara-sıra monitorinq məqsədilə müəyyən keyfiyyət yoxlamaları aparılır. Ona görə də bu cür səhifələrin, saytların olması doğrudur. Amma bunlar heç bir halda KİV sayıla bilməz. Yəni həmin veb-saytda çap edilən materiallar yalnız həmin qurumun PR-i üçün lazımdır. Bunu həm də sözügedən qurumun hesabatı saymaq olar və onun imicini formalaşdırır.
-
İdman22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
-
Sosial19:48Miri Yusif qızı ilə - VİDEO
-
Sosial19:12Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
-
Səhiyyə19:00Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır
-
İdman18:12100 milyonluq Arda Gülərlə bağlı MARAQLI FAKT
-
Sosial18:00Bakının qışda palçığa, yayda toza çevrilən yolu - Video





































