Xüsusi
“Kurtlar Vadisi”nin məşhur aktyoru: “Xankəndi”də qalıram, çox möhtəşəmdir
Türkiyənin məşhur aktyoru, “Şefkat Tepe” serialında Kordon Celil, “Kurtlar Vadisi Pusu” serialında isə Yasin rolu ilə yadda qalan Ertuğrul Şakar Publika.az-a müsahibə verib. Aktyor müsahibəsində Qarabağ zəfərinə həsr olunan yeni layihəsindən danışıb və filmlə bağlı bir sıra mühüm detalları açıqlayıb.
Müsahibəni təqdim edirik:
- Ertuğrul bəy, Azərbaycanla bağlı hansı yeni layihələriniz var?
- Hazırda yalnız bir layihə üzərində çalışırıq və bütün qüvvəmizi buna sərf edirik. O da Qarabağ zəfərinə, Azərbaycanın 44 gün ərzində apardığı haqlı mübarizəyə həsr olunub. Buna görə də başqa heç bir iş üzərində çalışa bilmirik, çünki bizim üçün önəmli olan layihə də məhz budur. Var gücümüzlə və enerjimizlə buna fokuslanmışıq və başqa heç bir layihəni götürməmişik. Tək həyatımız məhz bu işdir.
- Qarabağ zəfərinə həsr olunan yeni layihənizdən ətraflı danışmağınızı rica edirəm.
- Film çox özəl bir ekran işi olacaq. Çünki layihəmiz Qarabağ zəfərini və o mübarizədə yaşananları özündə ehtiva edən bir layihədir. Biz müharibə zamanı bir çox qəhrəmanlıqları, igidlikləri, Azərbaycanın qələbəsini özündə əks etdirən bir film ərsəyə gətirəcəyik. Bakıya gəlmə səbəbimiz, eyni zamanda həyata keçirdiyimiz ilk işlər də məhz bu səbəbdəndir və mükəmməl iş ortaya qoymağa hədəflənmişik.
- Filmin adı müəyyənləşibmi?
- Mövzu çox özəldir, bu səbəbdən də tam məlumat verə bilmirik. Azərbaycanda dövlət nümayəndələri ilə görüşəcəyik. Nəticədə bu dövlətin əsgərini maraqlandıran bir layihədir. Filmin adı və ssenarisini onlara təqdim edəcəyik. Ekran əsərinin adı da məhz onların uyğun gördükləri adlardan biri olacaq.
src="/storage/files/upload/0eb5e4303469dda1dcebfc134a8fda51b3b61fad.jpg" style="width: 668px; height: 445.333px;" class="fr-fic fr-dib fr-fil">
- Layihədə türkiyəli, yoxsa azərbaycanlı sənətçilər yer alacaq?
- Həm Türkiyədən aktyor və aktrisalar iştirak edəcək, həm də Azərbaycanın sənət insanları layihədə yer alacaqlar. Bu filmi birlikdə ərsəyə gətirəcəyik.
- Filmə çəkəcəyiniz aktyorlar müəyyənləşibmi?
- Hazırda bir sıra səbəblərə görə bununla bağlı heç bir məlumat verə bilmirik. Həm də bunu indiki məqamda doğru hesab etmirik. Bizdə və ya onlarda hansısa bir səbəb ortaya çıxa bilər. Ancaq biz onlarla görüşlərimizi davam etdiririk, tövsiyələrimizi veririk. Onlara bildirmişik ki, istirahət edin, idman edin və filmə hazırlanın. Lakin o adları indidən deyə bilmərik.
- Film harada çəkiləcək, Şuşada, yoxsa artıq başqa bir təyin olunub?
- Çox istəyirik ki, çəkilişlər Şuşada olsun. Dövlət icazə verərsə, orada çəkəcəyik. Ancaq bildirsələr ki, hazırda Şuşa uyğun deyil və bizə çəkiliş üçün məhz ora bənzəyən başqa bir yer versələr ki, burada çəkilişlərinizi edin, o zaman onların uyğun gördüyü yerdə çalışacağıq.
- Şuşaya, Qarabağa həsr olunan filmin orada çəkilməsi daha məqsədəuyğun olmazmı?
- Doğrudur, ancaq bu, durumdan asılıdır. İcazə versələr, filmimizi böyük məmnuniyyətlə orada çəkəcəyik.
- Filmi hansı ölkələrdə yayımlamağı düşünürsünüz?
- Filmimiz bütün kinoteatrlarda yayımlanacaq. Avropada, Asiyada, yəni hər bir yerdə nümayiş etdirməyi düşünürük.
src="/storage/files/upload/4b3047a33d45fa2b1d0bb627f96b58774dc01397.jpg" style="width: 661px; height: 440.667px;" class="fr-fic fr-dib fr-fil">
- Çəkilişlərə nə zaman başlamağı, başa çatdırmağı və filmi yayımlamağı düşünürsünüz? Yəni tamaşaçılar hansı tarixi gözləsinlər?
- Hazırda hazırlıq mərhələsindəyik. Nə qədər diqqətli davranarsaq, bir o qədər də gözəl bir iş ortaya qoyarıq. Hər hansı bir şeyin üstündən keçmədən, bəsitləşdirmədən bir iynə ucu kimi bu layihə üzərində çalışırıq. Çox detallı işləyirik. Buna görə də hansısa tarix göstərmək çox çətindir. Ancaq ən qısa zamanda hər şeyin yolunda getməsi diləyilə başlamağı planlaşdırırıq.
- Filmdə qazilər, müharibə iştirakçıları və şəhid ailələri yer alacaqmı?
- Filmin sonunda qazilərimizi və şəhid ailələrini göstərəcəyik.
- Təklif sizdən gəldi, yoxsa Azərbaycandan?
- Bu layihəni biz düşündük. Çünki 2020-ci ilin sentyabrında Qarabağ müharibəsi başlayan zaman Ankarada yerləşən Azərbaycan səfirliyinə “mail” göndərdim ki, mən də müharibədə iştirak etmək istəyirəm. Onlar da mənə hazırda ehtiyac olmadığını bildirdilər. Mən də dedim ki, siz mənə müharibəyə qatılmağa icazə vermirsinizsə, mən də savaşın filmini çəkərəm. Dostlarla bir araya gəldik və bildirdik ki, həyata keçirəcəyimiz ilk iş bu olsun. İstək bizim istəyimizdir. Çünki Azərbaycan bizim vətənimizdir, buraya böyük sevgimiz var.
- Bakıda qazilərlə görüşdünüz. İstərdim, bu barədə təəssüratlarınızı danışasınız.
- Onlar bizim Azərbaycana gəldiyimizi bildikdən sonra mənimlə görüşmək və tanış olmaq istəyiblər. Uzun yol gəldiyimiz üçün yorğun olsaq da qazilərimizlə görüş təşkil etdik. Daha sonra şəhid anası da mənimlə görüşmək istəyirmiş və bildirib ki, mən haradayamsa, oraya gələcək. Dedim ki, mən sizin ayağınıza gələrəm. Şəhidimizin evinə getdim. Belə yanaşdığımız, duyğusal düşündüyümüz üçün bu işi ərsəyə gətiririk. Başqaları belə bir layihəni həyata keçirib korlamasınlar.
src="/storage/files/upload/98a115715be0ab35d9fdf33bae5bc69132547a26.jpg" style="width: 663px; height: 442px;" class="fr-fic fr-dib fr-fil">
- Bu filmlə bərabər olaraq Türkiyədə hansısa layihə üzərində çalışırsınızmı? “Şefkat Tepe”, “Kurtlar Vadisi Pusu” seriallarında oynadığınız rollarla insanların yaddaşına köçdünüz. Yenə də belə bir mövzuda filmə çəkiləcəksinizmi?
- Hazırda üzərində çalışdığımız layihəni təkcə Türkiyə və ya Azərbaycan üçün etmirik, bunu həm də dünya üçün edirik. Çünki dünyada böyük səs gətirəcək, Qarabağda verilən mücadilənin haqlı bir mübarizə olduğunu nümayiş etdirəcək film ərsəyə gətiririk. Bunu bir kənara qoyub başqa-başqa layihələr üzərində işləmək bu filmə haqsızlıq və hörmətsizlik olar.
- Milyonlarla “Kurtlar Vadisi Pusu” seyrçiləri böyük həyəcanla serialın yenidən ekranlara qayıtmasını gözləyirlər. Hətta deyərdim ki, onlar ekran işinin dayandırılmasına görə incikdirlər. Sözügedən serialın aktyoru olaraq necə düşünürsünüz, yenidən başlaya bilərmi?
- Bu barədə məlumatım yoxdur. “Kurtlar Vadisi Pusu”nun yenidən başlayıb-başlamayacağını layihənin prodüseri bilir. Ona görə də serialın aktyoru olaraq mənim fikir bildirməyim doğru olmaz.
- Oynadığınız hansı rolla daha çox tanınırsınız?
- Tamaşaçılar oynadığım bütün rolları sevdilər. Burada ən çox deyə bir şey yoxdur. Bir insan öz övladları arasında necə ki, sevgi ayırımı edə bilmirsə, oynadığımız rolları da izləyicilərimizin sevgisindən qaynaqlı bilirik. Buna görə də tam olaraq “bu rolumla daha çox tanınıram” deyə bilməyəcəm.
- Bakını gəzdinizmi?
- Bundan əvvəl gələndə də səfərim çox qısa çəkdi. Bu dəfə də iki gün ərzində də qazilərimiz və şəhid anası ilə görüşdük. Ona görə də Bakını tam gəzə bilmədik. Ancaq bura çox gözəldir. Xüsusilə, qaldığımız hotelin otaqlarının adı Qarabağın rayonlarının adıdır. Bu, çox möhtəşəm addımdır. “Şuşa”da qalmaq istəyirdim, ancaq dolu idi. Mənim qaldığım otağın adı “Xankəndi”dir. (gülümsəyir).
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO