Xüsusi
Azərbaycandan dünyaya açılan inteqrasiya pəncərəsi: 30 ilin gerçəklikləri nə deyir?
6.3.6 Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;
Birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycanın dünyaya inteqrasiyası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Azərbaycan xalqının təkidi və tələbi ilə onun 15 iyun 1993-cü ildə ikinci dəfə ölkə rəhbəri seçilməsi ilə Azərbaycanın dünyaya inteqrasiyasında yeni və çoxşaxəli bir mərhələ başlandı. Gənc dövlətimiz 1993-cü ilin ikinci yarısından başlayaraq təkcə siyasi deyil, iqtisadi, mədəni, idman və digər aparıcı sahələrdə də dünyaya açılmağa başladı. 30 illik bir müddət ərzində ölkəmiz dünyanın sayılıb-seçilən, hörmət edilən, hesablaşılan bir dövlətinə çevrildi. Məhz Ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi dünya birliyinə inteqrasiya siyasəti nəticəsində bu gün aparıcı güc mərkəzləri, superdövlətlər belə Azərbaycanın dünyadakı günü-gündən artan münasibətinə həsəd aparırlar. Bəzi hallarda bu həsəd həmin ölkələrin qısqanclıqlarına da gətirib çıxara bilir.
Azərbaycanın dünya birliyinə inteqrasiyası onun regional inteqrasiya qurumlarını yaratmaq, burada təmsil olunmaq prosesində milli inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi qlobal meyillərlə nə dərəcədə uzlaşması kimi başa düşülməlidir. Müasir beynəlxalq münasibətlərin subyektləri qismində yeni çoxsaylı qurumların meydana gəlməsi "suveren milli dövlət və inteqrasiya proseslərinin siyasi aspekti" problemini həddən çox aktual edib. Hətta müzakirələrin mərkəzinə gətirib çıxarıb. İnteqrasiya prosesində dövlət, onun roluna, funksiyalarına və vəzifələrinin dəyişməsinə dair fikir müxtəlifliyi çeşidli mövqelər, nəzəri yanaşma və baxışlar doğurub. İnteqrasiya müasir dövrün obyektiv, labüd xarakterli inkişaf meyillərindən biridir. Belə qlobal xarakterli prosesə qoşulan hər hansı bir dünya dövləti ilk növbədə təbii ki, müstəqil, suveren respublika olmalıdır.
Ümummilli lider Heydər Əliyevin başçılığı ilə xarici siyasətimizdə əldə olunan uğurlardan ən böyüyü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi idi. İşğal dövrünə qədər Azərbaycan bütün dünyanı Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılmasına nail oldu.
Azərbaycan dövləti demokratiya yolunu, Avropaya inteqrasiya kursunu seçib. Prezident İlham Əliyev hakimiyyətinin ilk illərində bildirirdi ki, dünya birliyinə biganəlik siyasəti yaxşı nəticəyə gətirib çıxara bilməz. Çünki dünyada baş verən proseslər bir-biri ilə çox sıx bağlıdır:
“Bu, reallıqdır və onu nəzərdən qaçırmaq olmaz. Bəli, reallıqları biz mütləq nəzərə almalıyıq, lakin öz taleyimizi özümüz təyin edirik. Azərbaycan müstəqil dövlətdir".
Hazırda Azərbaycanın Avropa elm-təhsil məkanına inteqrasiyasına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərin diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin bəhrəsidir.
Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq ölkəmizin xarici siyasətinin prioritetlərindəndir.
Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir.
Qeyd edək ki, Azərbaycanın dünyada ən böyük təşkilat olan BMT-dəki mövqeləri kifayət qədər möhkəmdir. 2011-ci ildə ölkəmizin 155 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasına (TŞ) iki il müddətinə qeyri-daimi üzv seçilməsi də bunu göstərir. BMT çərçivəsindəki fəaliyyəti Azərbaycanın müstəqil inkişafına dəstək verməklə yanaşı, beynəlxalq ictimai rəyin ölkəmizin maraqlarına uyğun istiqamətdə formalaşmasına şərait yaradır.
BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında da Azərbaycanın mövqeyi kifayət qədər möhkəmdir. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi. Bu, gənc Azərbaycan dövləti üçün çox böyük nailiyyətdir.
2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşünü uğurla təşkil etdi və beləliklə biz bu qurumda sədrliyi öz üzərimizə götürdük.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etməyə başladı. Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü. 2020-ci il mayın 4-də həmin tədbiri məhz Azərbaycan təşkil etdi. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər.
Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nəticəsi olaraq, hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.
Zirvə görüşü zamanı Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdi. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.
Bir sözlə, dünyanın BMT-dən sonrakı ikinci ən böyük təşkilatında da Azərbaycanın yeri çox möhkəmdir. Bu da Azərbaycanın dünyaya hansı sürətlə inteqrasiya etdiyinin göstəricisidir.
Beynəlxalq əməkdaşlığın ölkəmizə qazandırdığı dividendlər isə suverenliyimizin möhkəmlənməsinə, eyni zamanda davamlı islahatların dərinləşməsinə xidmət edir. Yəni bu əməkdaşlıq Azərbaycana müxtəlif sahələrdə əlavə nüfuz qazandırır. Bununla bərabər ölkəmizin milli maraqları bu prosesdə hər zaman öncəlik təşkil edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz bütün ölkələrlə və təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı səmərəli əməkdaşlıq qurmağın tərəfdarıyıq. Milli maraqlarımızın müdafiəsindən isə heç vaxt geri durmayacağıq.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
src="/storage/files/upload/cd9d1f533f295581edb126782f8dfa1971c3d6c7.jpg" style="width: 411px; height: 411px;" class="fr-fic fr-dib">
-
İdman22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
-
Sosial19:48Miri Yusif qızı ilə - VİDEO
-
Sosial19:12Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
-
Səhiyyə19:00Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır
-
İdman18:12100 milyonluq Arda Gülərlə bağlı MARAQLI FAKT
-
Sosial18:00Bakının qışda palçığa, yayda toza çevrilən yolu - Video





































