Xüsusi
Heykələ dönən adam: “Saçlarım mənim ikonuma çevrilib” - FOTO
Şəhərdəki abidələrin, parklardakı heykəllərin, postament üzərində dayanan daimi şəhər sakinlərinin nələr hiss etdiyini, nə düşündüyünü çətin ki, fikirləşirik. Bizim üçün onlar sadəcə tanış obrazlar və simalar, küçə interyeridir. Bu əbədi sakinlər bizim yadımıza yalnız yaşadığımız şəhəri əcnəbi qonaqlara, dostlara tanıdanda yada düşürlər. Mənə isə hərəkətsiz qəhrəmanın hisslərini öyrənmək həmişə maraqlı olub. Daş personajları dilə gətirmək qeyri-mümkün olsa da, artıq bir müddətdir ki, Bakı küçələrində peyda olan yeni personaj suallarıma cavab verdi.
Publika.az “Çamadanlı adam” kimi məşhurlaşan canlı heykəl obrazının yaradıcısı Pərviz Fəxrəddinlə müsahibəni təqdim edir.
- Pərviz bəy, sizi daha yaxından tanıyaq.
- Adım Pərviz, soyadım Abdullayevdir. 30 yaşım var. Aktyor və ssenaristəm.
- Doğrudur ki, teatr, kino və ya incəsənətin hər hansı bir sahəsi sənət adamlar üçün peşədən daha çox həyat tərzidir?
- Əgər həqiqi sənət adamlarından söhbət gedirsə, belə hesab etmək olar. Misal olaraq: Van Qoq ağlayaraq deyirdi ki, “mənim sənətimi əlimdən alsalar ölərəm”. Düşünürəm ki, sənət nümayiş olunursa ona özündən daha çox şey qatmaq lazımdır. Belə olduqda peşədən çox həyat tərzinə çevrilə bilər.
- Sizi şəhərdə hamı heykəl adam kimi tanıyır. Bəs nə zaman “daşlaşmağa” qərar verdiniz?
- Burada əsas məsələ daşlaşmaq yox, su olmaqdır. Heykəlin içində insan olmaq asan deyil. Əsas odur ki, insan öz içində heykələ çevrilməsin.
- Sənət naminə heykəl obrazına bürünmək anlaşılır və alqışlanır, bunu sənətənin fərqli bir tərəfi kimi qiymətləndirmək olar. Bəs gerçək həyatda ürəyinizi, qanınızı “donduran” hadisə nə olub? Bu hadisə sizə hansı təcrübə qazandırıb?
- Nəinki qan donduran hadisə, təbiətdən başqa heçnəyə təəccüblənmirəm.
- Şəhərdə heykələ adama sataşanlar, incidilər olurmu?
- Belə hallar olduqda lazımi tədbirlər görülür.
- Obrazın inandırıcı alınmasında kostyumun rolu xüsusidir.
- Gördüyünüz heykəllə bağlı bütün detallar, kostyumun hazırlanması və qrim tamamı ilə mənə məxsusdur. Kənardan asan görünsə də, incə məqamlar var ki, onlara xüsusi diqqət etmək önəmlidir. “Çemodanlı adam”ın hazırlıq prosesi təxminən 1 saat çəkir, peşəkar teatr qrimidir. Qrimin təmizlənməsi də bir o qədər vaxt tələb edir.
Obraza gəldikdə, o, içimizdən biridir, “Cəbiş müəllim” xarakterlidir. Eyniadlı filmdən ilhamlanaraq obraza çemodan əlavə etmişəm. Ümumiyyətlə insan yaratdığı obrazı canlandırmaq üçün ilk növbədə öz bədənini tanımalı və idarə etməyi bacarmalıdır. Bu qədər marağa səbəb olacağını gözləmirdim, bir anda sosial şəbəkələrdə foto və videolar paylaşılmağa başladı.
- Bildiyim qədər “Çemadanlı adam” küçə sənətinin inkişafı üçün təşkil olunan layihənin bir hissəsidir. Niyə belə bir obraz yaratmaq qərarına gəldiniz?
- Daha öncə Türkiyədə “Canlı Heykəl” kimi küçəyə çıxmışam. Daha sonra bunu Bakıda həyata keçirməyi planlaşdırdım. Və Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin “Küçə sənətçiləri” ilə bağlı layihəsi olduğunu öyrəndim. Müraciət etdim, təsdiq etdilər və beləcə bizim də “Canlı Heykəl”imiz oldu.
- İstənilən hava şəraitində bu geyimdə dayanmaq həqiqətən çətin olar. Sənət naminə qurban verməyə dəyərmi?
- Əlbəttə, asan deyil, hər şey hava şəraitindən asılıdır. Bu işi görmək üçün havalar əsasən mülayim və sakit olmalıdır. Külək, yağış və qar bu işə mane olur... Əmək sərf olunmayan heç bir iş mənə cəlbedici gəlmir. Hər çıxışda izləyən insanlardan dəfələrlə eşidirəm. Deyirlər: görəsən necə dayanır yorulmadan? Bəziləri robot oldumuğu düşünüb müxtəlif fikirlər səsləndirir, təbii ki, bütün bunları eşidirəm. İnsanların reaksiyaları, davranışları və s. Bütün bünların hamısını izləmək və tərpənmədən dayanmaq asan deyil. Amma mən sevərək və yorulmadan edirəm bunu. Eyni zaman bu işi Azərbaycanda həyata keçirdiyim üçün çox sevinirəm. Bir şey qazanmaq üçün bir şeyi qurban vermək lazımdır mütləq. Yoxsa həyat darıxdırıcı olar. Onu da qeyd edim ki, “Canlı Heykəl” i təkcə küçədə saxlmaq istəmədiyim üçün haqqında film ssenarisi yazıram. Yaxın gələcəkdə artıq filmini çəkməyi düşünürəm.
- Bəs sənət naminə saçlarınızdan necə imtina etməyə hazı olarsınız? Yoxsa onlar yaradıcı ruhunuzun ayrılmaz hissəsidir.
- Saçlarım mənim ikonuma çevrilib, ayrılmaz bir parçam kimidir, ancaq çətin də olsa onlardan imtina edə bilərəm. Əgər bir Tarkovski və ya Kieslovski filmi çəkilərsə və mən orada rol alsam.
- İşinizin maddi tərəfinə toxunmaq istərdim. Əldə etdiyiniz gəlir sizi qane edirmi?
- Mən aktyor və ssenaristəm. Daha çox ssenari və film üzərində işlər görürəm. “Canlı heykəl” sırf qazanc məqsədli deyil. Burada “qane edir, ya etmir” məsələsi mövzu ola bilməz. Sevərək bir sənəti nümayiş etdirmək və bundan az, ya da çox pul qazana bilmək bacarığının olması yaxşı haldır.
- Pərviz bəy, festivalda qalib gələn ssenarinizdən danışaq. Mövzu nədir, bu festivalın əhəmiyyəti nədən ibarətdir?
- Film hekayənin baş qəhrəmanı Aydının uşaqlığından orta yaşlara qədər olan xatirələri ətrafında cərəyan edir. Filmin araşdırdığı və işıqlandırmağa cəhd etdiyi əsas məqam əslində şüurlu və yetkin həyat sürməyə çalışmasına baxmayaraq, həyatın Aydının qarşısına çıxardığı gözlənilməz məsələlərə olan reaksiyaları və bu məsələlərin həlli üçün aldığı qərarların öz həyatına olan birbaşa təsiridir.
Filmin ssenarisi Stokholm, Kan, Berlin, Brno, Lisbon, Sankt-Petersburq, Moskva və İstanbul festivallarına seçilib. Çəkilişlər 2023-cü ildə başlanması planlanır. Bu barədə daha ətraflı filmin təqdimatından sonra daha ətraflı danışa bilərik.
- Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bir neçə həftə əvvəl teatrda izlədiyi tamaşanı və AZDRAMA-nın baş rejissoru Azərpaşa Nemətovu kəskin tənqid etmişdi. Sitat: “Məncə aktyorlar yeganə peşə sahibləridir ki, onlara yalan danışmaq olar. Amma onları səhnədə insafsızcasına istismar etmək olmaz. Həm də səhnə aktyorun oksigenidir, onunla manipulyasiya edilməz”.
Sualım bu sitatla bağlı olacaq. Nə düşünürsünüz, aktyorlara yalan danışmaq olar? Və sənət adamlarımızın istismar olunması barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, aktyora ancaq, səhnədə yalan danışmaq olar. Sualın “istismar etmək olmaz” la bağlı olan hissəsi isə tamamilə doğrudur.
- Gələcək planlarınızı və hədəflərinizdə nələr var?
- Zaman içində zaman tapıb dünya üçün daha böyük işlər görmək.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı