"Reinkarnasiyada pasiyent “özünü keçmiş həyatında görür”" - Hipnozçu ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Reinkarnasiyada pasiyent “özünü keçmiş həyatında görür”" - Hipnozçu ilə MÜSAHİBƏ

Bəşəriyyətin hər zərrəsində cavab tapa bilmədiyimiz məqamların sonsuz sualları yatır. Təəssüf ki, hələlik elm də bu suallar qarşısında acizdir. Məsələn, reinkarnasiya kimi...

Bu fenomenin mənası nədir? Həqiqətən keçmiş həyat anlayışı varmı? Rusiyanın tanınmış hipnoz mütəxəssisi, psixoloq Anton Kvitçastıy ilə bu mövzu ətrafında danışdıq.

- Doktor, keçmiş həyatımız, yaxud həyatlarımız nə qədər məntiqli anlayışdır?

- Gəlin, oradan başlayaq ki, dünya ideyalarla doludur. Bəzən məntiqli, bəzən isə lap mənasız... Bəzən elə olur ki, absurd saydığımız fikirlərin mərkəzində həqiqət payı yatır. Bəzənsə əksinə çox ağıllı ideyaların dərininə baş vurduqca, absurd olduğunun fərqinə varırsan. Bəli, bəziləri üçün keçmiş həyat fenomeni gülməli səslənə bilər, amma öncə aydınlaşdırmaq lazımdır. Ən qədim dövrlərdən indiyədək insanlar reinkarnasiyaya inanıb. Hindistan, Afrika, Amerika, Avstraliyada yaşayan aborigenlər bunun bariz nümunəsidir. Hətta hiudizm və sufizmə sitayiş edənlər bunu nəinki mümkün sayır, kainatın qanunu hesab edir.

Aucune description de photo disponible.

- Çünki müəyyən həyat təcrübəsi keçiblər...

- Bir sıra insan nəinki keçmiş həyatında, hətta həyatlarında kim olduğunu xatırlayır. Bu hal ən çox 2-5 yaşlı uşaqlarda təkrarlanır. Onlaröncəki həyatda mənsub olduqarı tam fərqli ailələri, dinləri, irqləri, hətta nəvə-nəticələri, ölüm tarixləri haqda da danışırlar. Dərin hipnoz halında doğumlarından öncəki müddət haqda geniş məlumat verən o qədər insan var ki, hər kəs bir maraqlı hekayə danışır. Bu halda özlərini illər, əsrlər öncə yaşamış insan kimi təsvir edirlər. Parapsixologiyada “ksenoqlossiya” termini mövcuddur. Bu insanın heç vaxt danışmadığı, heç bilmədiyi, eşitmədiyi dilə hakim olmağı deməkdir. Bu qəribə hadisə əsasən insan yatanda, yaxud hipnoz halında olanda baş verir. Lakin bununla bağlı elmi faktlar azdır. Açığı reinkarnasiyada da məsələ eynidir. Elm aləmində xüsusi sübut yoxdur.

- Tutaq ki, üç yaşlı oğlan keçmiş həyatı ilə bağlı geniş məlumat verir, hətta bəzi ailə sirlərini də açıqlayır. Bəs bu qədər informasiya üç yaşlı uşaqda hansı mənbədəndir?

- Üç yaşlı uşağın bu qədər məlumata sahib olmağı təəccüblüdür. Bəli, o, yaşamaq istədiklərini yaşadıqları kimi də qələmə verə bilər. Ümumiyyətlə sual yaradan məqamlar çoxdur. Tanınmış psixiatr Yan Stivenson komandası ilə birgə iki mindən çox insanı öz təcrübəsinə dəvət edir. Hər biri keçmiş həyatları barədə fikirlərini bölüşür. Bütün bu faktlar reinkarnasiyanın sübutudur. Bilirsiniz, insanlar bu dünyaya gəldikləri kimi köçüb gedirlər. Ondan bu müddət öncə və sonra baş verənlər isə dünya görüşümüzün məhsuludur. Məhz hipnoz vasitəsilə reinkarnasiya anlayışını açmaq, pasiyentin “özümü keçmiş həyatımda gördüm” kimi ifadəsinə aydınlıq gətirmək mümkündür. Bəzənsə hipnozdan sonra insanların malik olduqları ateist, yaxud qatı dini dünya görüşləri oyandıqdan sonra gördüklərini, duyduqlarını rədd edir. Lakin bu məhdudiyyət təkcə şüurumuzda deyil, duyğu orqanlarımızda da mövcuddur. Məsələn, insan qulağı iyirmi min hersdən artıq səs dalğalarını ayırd edə bilir. Bu dalğalar ultrasəs adlanır. Lakin biz onu da bilirik ki, məhz bu bir sıra canlılar, o cümlədən yarasa ultrasəslər vasitəsilə təhlükəni, istiqaməti müəyyən edə bilirlər.

- Bəs biz yarasanın özümüz sahib olmadığımız bacarığı barədə hardan bilirik?

- Çünki əvvəllər ancaq günəş işığının nüfuz etmədiyi mağaranın divarlarına çırpılmadan uçan yarasa haqda fərziyyələr irəli sürə bilərdik. Bu təxminlər həqiqətə çox yaxın və ya kifayət qədər uzaq ola bilərdi. Lakin o, ultrasəs dalğalarını qeyd etmək üçün cihaz icad etdikdən sonra insan dərk etdi ki, məhz ekolokasiya qabiliyyəti həmin heyvanlara işıq olmadan kosmosda hərəkət etməyə imkan verir. Keçmiş həyatı sübut etmək də buna bənzər məqamdır. Dünyanın düzəni də, quruluşu da müasir elmin təsvir etdiyindən daha zəngin və əsrarəngizdir. Lakin məsələ budur ki, hələ reinkarnasiyanı ölçə bilən cihaz icad edilməyib.

- Ümumiyyətlə belə bir cihaz icad etmək mümkündür?

- İcad olunsa, bütün qaranlıq məqamlar işıq üzünə çıxacaq. Mumkün olmasa da, reinkarnasiya fenomeni inanc məsələsi kimi çözülməmiş qalacaq. Məsələn, sən Allaha inanırsan ya yox, bu, inanc məsələndir. Lakin onun varlığını elmi şəkildə sübut etmək hələlik mümkün deyil.

Bugün bir çox insanlar ali qüvvənin bizə həyat qığılcımı üfürdüyünə inanırlar. Lakin bunun necə baş verdiyinə dair elmi fikirləri qəbul edə bilmirlər. Və bu, təəccüblü deyil, çünki "ağ xalatlı qoca" sadəcə müəyyən bir dövrdə yaşamış insanların şüurunda doğulmuş bir obrazdır. Allah insanı (bizi) yaradıb və biz onun yer üzündəki surətiyik. Düşünürəm ki, "keçmiş həyatlar" da insanların müəyyən bir fenomen barədə təsəvvürlərindən başqa bir şey deyil və bu fikir bir növ ehtimalla həqiqət toxumlarını birləşdirir.

(ardı var)

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm