Xüsusi
Tanınmış sənətçilər ŞUŞA ilə bağlı gözəl bir İLKƏ İMZA ATDI
Sentyabrın 21-i Bakı Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qələbədir adın” musiqili monotamaşasının premyerası olacaq. Tamaşa “Şuşa şəhəri ili”nə və Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunub. Tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Baş rolu əməkdar artist İlham Nəzərovun ifa etdiyi librettonun müəllifi şairə Kəmalə Abıyeva, musiqisi isə bəstəkar Pikə Axundovaya aiddir. Şairə Kamalə Abıyeva layihənin təfərrüatlarını Publika.az-a danışıb.
Kamalə Abıyeva ilə müsahibəni təqdim edirik.
- Kəmalə xanım, sizinlə bu dəfə yeni dərs ili ərəfəsində danışırıq. Bildiyimiz qədər təqaüdə çıxmağa qərar vermisiniz. Bu günlərdə hansı hissləri keçirdiyinizi bilmək istərdik.
- Artıq təqaüddəyəm. Sözün düzü, bir az kədərlidi. Təqaüdçü olmaq kədərləndirir. Ömür ötdü yəni. Bir tərəfdən də düşünürsən ki, bu yaşa çatmaq, illərlə xalqına xidmət etməyi bacarmaq xoşbəxtlikdi. Ötən tədris ilinin son zənginə qonaq kimi dəvət olunmuşdum. Qəribə idi. 40 il özünü ev sahibi hiss elədiyin məktəbə qonaq kimi getmək. Ən azı Bakı Təhsil İdarəsindən diqqət gözləyirdim. Olmadı. Kədərləndim. Məni üzən son illərdə təhsilin vəziyyəti, məktəbin, müəllimin hörmətdən düşməsi, müzakirə obyektinə çevrilməsidir. Həmişə şəxsiyyət yetişdirməyə çalışmışam, buna nail olmuşam. Ürəyim, vicdanım rahatdı.
- Məktəbdən ayrılmağınız yaradıcılığınızda nəyi dəyişdi?
- Məktəbdən ayrılığıma yaradıcılıq kömək oldu. Elə adamlar var ki, onlar üçün daha çətindi. Mənə çətin deyil. Çoxunun dediyi kimi, “təhsil itirdi, mən yox”. Yaradıcılıqda təqaüdə getmək yoxdu. 5-6 saat dərs deyəndən sonra yaradıcılığa köklənmək bəzən çətin olurdu. Müəllimlik ağırdı, beyin və ürək işidi. Mənəvi və fiziki sağlamlığı sərf etməkdi. Təbii ki, indi daha çox vaxtım olur.
- Yəqin indi ədəbi fəaliyyətə daha çox zaman ayırmağa başlamısınız. Nə yeniliklər var?
- Elədi. Bir ildə 2 kitabım hazır oldu. Şeirlər, esselər, hekayələr yazıldı. Bir neçə yeni mahnı yarandı və vaxt tapıb tədbirlərə gedə bilirəm. Daha iki kitab hazırlayıram. Ömür möhlətim çox deyil, tələsirəm.
- Kamalə xanım, müharibə bitər-bitməz şəhidlərimiz haqqında silsilə yazılar yazırsız. Şuşa İli ilə bağlı yeni kitabınız nəşr olunub. Bu barədə oxucularımıza danışın.
- Bəli, artıq oxucularınız bilir ki, Astara şəhidləri haqqında “41” adlı kitabım 2021-ci ildə, qələbəmizin ildönümündə hazır idi. Sonra müxtəlif bölgələrdən olan şəhidlərimiz, qazilərimiz haqqında yazdım. Bu kitabda esselər, Vətən mövzulu şeir və hekayələr yer alıb. Kitabın üz qabığında verdiyim kimi, Şuşa İlinə “Torpaq”la gəldim. Şəhidlər haqqında yenə silsilə yazılar yazıram. Bu da növbəti kitab olacaq.
- Hər il ölkəmizdə Milli Musiqi Günləri keçirilir. Bu il 18-26 sentyabrda keçiriləcək Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalında müəllifi olduğunuz libretto da səsləndiriləcək. Bu barədə məlumat verməyinizi istərdik.
- Bilirsiniz, o dönəmdə bir çox mahnılar yarandı. Şuşaya da bir-neçə mahnı həsr olundu. Şəhidlərə məktub kimi “Sən elə azadsan”, “Şəhid anası”, “Qarabağım”, “Vətən savaşı” kimi şeirlər yazmışdım. Amma mənə görə, bunlar az idi. Qalib Baş Komandanımız İlham Əliyev 2022-ci ili Şuşa İli elan edəndə beynimdən Şuşayla bağlı nəsə fərqli bir şey yazmaq keçdi. Yeni ilin ilk günlərində Pikə xanım Axundovadan zəng gəldi. Onunla bir neçə ay öncə Avanqard ansamblının konsertindəki çıxışı zamanı əyani tanış olmuşdum. Çox yaxın münasibətimiz yaranmışdı. Pikə xanım çox istedadlı pianoçu, bəstəkar olmaqla yanaşı, təvazökar, mədəni, zəngin bir insandır. Səsindəki həyacanı da hiss etdim. “Kəmalə xanım, sizdən bir xahişim olacaq, İlham Nəzərovun Şuşa ili ilə bağlı bir ideyası var. Müsiqili kiçik bir əsər işləmək istəyirik. Libretto üçün sizə müraciət etməyə qərar verdik. Razılaşmaya da bilərsiz, amma bilirəm ki, istədiyimizi siz verə bilərsiz ” dedi. Anında razılaşdım. Hədsiz sevindim və “Nə edim?” yükündən xilas oldum.
- Monotamaşanın premyerası harda və nə zaman baş tutacaq?
- Artıq tamaşa hazırdır. Sentyabrın 21-də saat 17-də Beynəlxalq Muğam Mərkəzində ilk dəfə nümayişi ediləcək. Bu əsəri Pikə xanım festivala təqdim edib.
- Nəzərə alsaq ki, ilk dəfədir belə bir musiqili monotamaşa hazırlanıb, əsərin yaranma tarixçəsini öyrənmək yerinə düşər. Tamaşanın özəlliyi nədən ibarət olacaq?
- İdeya əməkdar artist, Azərbaycanda yeganə kontratenor və 5 oktava səsə malik İlham Nəzərovundur. Prezident 2022-ci ili “Şuşa İli” elan edəndə o, müxtəlif obrazlı musiqil tamaşa ideyası ilə Pikə xanıma müraciət edib. Təbii olaraq libretto üçün “Kimə müraciət edək” sualı yaranıb. Məni seçmələrindən çox məmnunam. Əsərin əsas özəlliyi odur ki, ilkdir. Bu, musiqili monotamaşadı. Bir aktyorun teatrı kimi. Tamaşadakı musiqi nömrələri müxtəlif janr və üslubdadı. Müxtəlif səs tembrləri üçündür. Bütün obrazları eyni ifaçı səsləndirir. Məsələn, Ana obrazını İlham Nəzərov peşəkarçasına ifa edir. Ümumiyyətlə, musiqi o qədər zəngin, ifa o qədər professionaldır ki, bütün hadisələri duyursan. Ən əsası burda Zəfər ruhu var. Göz yaşı yoxdu, şəhidlərimizin “biz qalibik” hayqırtısı var. İlk dəfədir ki, bu festivalda müəllif kimi çıxış edirəm. Festivalda yeni musiqi nömrələri olsa da, belə əsər yoxdur.
- Pikə xanım və İlham bəylə iş birliyiniz, bu proses barədə nə deyə bilərsiniz?
- Necə gözəl işbirliyimiz var, bilsəniz. Övladım yaşındadılar. Aramızda qarşılıqlı anlaşma, hörmət və sevgi var. Sözləri yazanda sujetlə bağlı, obrazlarla bağlı fikirlərim olurdu. Mütləq bölüşürdüm. Yeni kitab hazırlayırdım, Pikə xanım müdafiəyə hazırlaşırdı, uğurla da müdafiəsi oldu. İlham tədbirlərdə, arada xarici səfəri də oldu. Hər ikisi bir neçə yerdə müəllim işləyir, buna baxmayaraq müəyyən edilmiş vaxtlarda məşqlər edirdik. Onları məşqdə izləmək bir ayrı zövqdü. İş prosesimiz rahat idi. İstənilən təklifi müzakirə edib ümumi rəyə gəlirdik. Heç kimin “mən deyən olsun” yanaşması yoxdu. İnsanın eqosu olmalıdı. Eqo peşəkarlığı və istedadı üstələyəndə yaxşı iş alınmır. Hər ikisi o qədər istedadlıdı ki, “mən-mən” deməyə ehtiyacları yoxdu.
- Tamaşada hansı əhəmiyyətli mesajlar görə biləcəyik?
- Ən böyükmü, vacibmi mesajım özümüzdən, ya başqa millətdən olan, düşmənlərədi: Əsrlərlə hücumlara məruz qalan başıbəlalı ölkənin torpaqlarının azadlığı uğrunda savaşı bitmir, torpağını qorumaq arzusu, Vətən sevgisi ölmür. Şəhid övladının çıxışı da gələcəyimizin rəmzi kimi məhz bu mesajı ötürür. Müharibə qəhrəmanlarımızın vətən əmanəti əmin əllərdədir. Bu partiyanı isə İlham Nəzərovun oğlu 7 yaşlı Səid Nəzərli ifa edəcək.
Aytən Məftun
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş