ABŞ
Dünya yeni böhranın astanasında – Trampdan ÇAĞIRIŞ
ABŞ prezidenti Donald Tramp “altılıq” ölkələrinin İranla imzalanan nüvə sazişi ilə bağlı növbəti bəyanat verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin başçısı nüvə razılaşmasını ləğv etmək üçün Senatdakı respublikaçılara çağırış edib.
Qeyd edək ki, daha əvvəl AŞ-ın vitse-prezidenti Maykl Pens bildirib ki, Donald Tramp nüvə sazişi ətrafında yaranan fikir ayrılıqlarının nizama salması üçün Tehran barəsində təkrar sanksiyalardan çəkinib. Vitse-prezident vurğulayıb ki, ABŞ gələcəkdə belə yumşaq davranmaq niyyətində deyil.
“Səhv etməyin, bu, onların son şansıdır. Əgər İranla imzalanan nüvə sazişi ən yaxın aylarda təkrar gözdən keçirilməsə, ABŞ dərhal ondan çıxacaq”, - Pens deyib.
Qeyd edək ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) arasında İranın nüvə probleminin nizama salması haqqında razılaşma əldə edilib. Qəbul edilmiş planın icrası BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur.
Bir çox ölkələr, həmçinin ekspertlər hesab edir ki, İranla nüvə razılaşmasının ləğvi dünyada yeni nüvə silahlanması yarışının başlanmasına gətirib çıxaracaq.
Ömər Dağlı
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı














.jpg)























.jpg)
.jpg)
