Dünya
Atambayevin Putinin xəstəxanasına getməsinin sirri: Ərdoğandan ŞOK TƏLİMAT
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan prezidenti Almazbek Atambayevin Türkiyədə heç bir xəstəxanada müalicə edilməməsi barədə təlimat verib.
Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu iddia ilə qırğızıstanlı millət vəkili Omurbek Tekebayev çıxış edib.
Parlamentdə danışan millət vəkili ölkənin daxili və xarici siyasətini tənqid edib. O, ölkənin daxili və xarici siyasətinin tamamilə müflisləşdiyini dilə gətirib.
“Atambayev Türkiyədə olarkən Ərdoğan bu təlimatı verdi: Türkiyənin heç bir xəstəxanası Qırğızıstan prezidenti Atambayevi qəbul etməyəcək. Atambayev xərcləri özü ödəyərək bir dostunun otelində qaldı. Daha sonra Rusiya prezidenti Vladimir Putin onu ölkəsinə gətirdi. Bundan başqa, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də vasitəçilik edərək onun xəstəxanaya yatırılması üçün kömək təklif etdi”, - millət vəkili bildirib.
Qırğızıstanın “Bagıt.Kg” qəzetinə danışan Qırğızıstanın Türkiyədəki səfiri Mambetjunus Abılov isə Türkiyə-Qırğızıstan əlaqələrinin pisləşməsini FETÖ (Fəthullahçı Terror Təşkilatı) faktoru ilə əlaqələndirib: “Ərdoğan çox duyğusal insandır. O, bir dəfə arxanı çevirsən, bir daha üzünə baxmaz. FETÖ Qırğızıstanda güclüdür. Gülənçilər Qırğızıstanda dərin kök salıblar. Dünyada belə bir vəziyyətdə olan ikinci bir ölkə yoxdur”.
Xatırladaq ki, Almazbek Atambayev sentyabrın 19-u BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 71-ci sessiyasında iştirak etmək üçün gedərkən İstanbul Atatürk hava limanında səhhəti pisləşib. Onun Türkiyədə harada müalicə aldığı barədə məlumatlar isə gizli saxlanıldı. Sentyabrın 22-də Qırğızıstan prezidenti mütəxəssislərin tövsiyəsi və Rusiya tərəfinin dəvəti ilə Rusiyanın prezident aparatı yanında Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.Oktyabrın 1-də isə Qırğızıstan prezidenti xəstəxanadan buraxılıb.
Türkiyə iyulun 15-də edilən dövlət çevriliş cəhdindən sonra Qırğızıstandan FETÖ məktəblərinin başlanmasını tələb edib. Lakin, Qırğızıstan buna etiraz edərək Türkiyənin tələbini geri çevirib. Bu barədə məlumat verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Qırğızıstanın xarici işlər nazirliyi “ultimatum və şantaj dili ilə edilən açıqlamaya” əməl etməyəcəklərini bildiriblər.
Qırğızıstanda Fəthullah Gülənin 20-dən çox məktəbi, kolleci və universiteti var. Bu təhsil ocaqlarında illik təhsil haqqı 3 min dollar civarındadır.
Ömər Dağlı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
-
Enerji15 Sentyabr 22:00Neft kəskin bahalaşdı













.png)















.jpg)

