Avropa
Polşa Ukrayna ilə sərhədə qoşun yeritdi
Polşa ordunun mühəndis bölmələrini infrastrukturun möhkəmləndirilməsi məqsədilə Ukrayna ilə sərhədə göndərib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, 18-ci mühəndis alayının hərbi qulluqçuları Polşa-Ukrayna sərhədi yaxınlığındakı buraxılış məntəqələrinin və infrastruktur obyektlərinin gücləndirilməsi işlərinə başlayıblar. Polşanın müdafiə idarəsinin rəhbəri qeyd edib ki, hərbçilər həmçinin sərhəd keçidlərində mühafizəni gücləndirəcəklər.
Bundan əvvəl Kosinyak-Kamış bildirmişdi ki, Polşa Ukrayna ilə sərhəddəki buraxılış məntəqələrində təhlükəsizliyi gücləndirir, o cümlədən müşahidə və keşikçi məntəqələri tikir. O, bu cür addımların səbəbi kimi Rusiyadan gələn təhlükəni göstərib.
Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı bildirib ki, əsgərlər “Şərq qalxanı” proqramı çərçivəsində, o cümlədən xüsusi hərbi sədlərdən — “Hesco bastions” sədlərindən istifadə etməklə istehkamların inşası istiqamətində fəaliyyət göstərirlər. Hərbçilər həmçinin sərhədçilərə mühəndis dəstəyi göstərir, xüsusən də Dorohusk, Medıka və Korçova keçid məntəqələri yaxınlığında müşahidə və keşikçi məntəqələri tikirlər.
Hüseyn İbadlı
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı












.jpg)










.png)











